Nizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Bolge
Oxunub: 267
2 iy 2020 | 19:16
Nizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir


Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması və həmin tələblərə əməl olunması üçün Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən tədbirlər daha da gücləndirilib.

02 iyul 2020-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən mağazalara baxış keçirərək xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi ilə bağlı sanitar qaydalara əməl olunmasının vacibliyini bildirib.

Həmçinin Operativ Qərargahın nəzdində yaradılan mobil qruplar tərəfindən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə mütəmadi olaraq topdan və pərakəndə qida məhsullarının satış obyektlərində, bazarlarda, ictimai-iaşə müəssisələrində, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin monitorinqi aparılır, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür.

Bundan əlavə, mobil qruplar hər gün sakinlərlə maarifləndirici söhbətlər aparır, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları, eyni zamanda xüsusi karantin rejiminin tələblərinə əməl etməklə, yoluxma riskini azaltmaq üçün mümkün qədər evdə qalmağı, xüsusi ehtiyac olmadıqda evləri tərk etməkdən çəkinməyi tövsiyə edirlər.

Eyni zamanda, əhali arasında dəfn mərasimləri istisna olunmaqla yas mərasimlərinin keçirilməsinə qoyulan qadağaya riayət olunması, ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi və ya parça maskalardan, həmçinin respiratorlardan istifadənin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.


Nizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilirNizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilirNizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilirNizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilirNizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilirNizami rayonunda koronavirus infeksiyasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO