Məcburi köçkünlərin dözülməz həyat şəraiti: “Pəncərəsi olmayan yerdə, nəmişlik içərisində yaşayırıq” — VİDEO
Bolge / Video
Oxunub: 548
12 iy 2020 | 17:00
Məcburi köçkünlərin dözülməz həyat şəraiti: “Pəncərəsi olmayan yerdə, nəmişlik içərisində yaşayırıq” — VİDEO


“Neçə illərdir pəncərəsi olmayan bu dörd divarda, nəmişlik içərisində yaşayırıq. İki uşaq anasıyam. Uşaqlarım şəraitsiz, anti-sanitar yerdə yaşamaqdan xəstəlik tapıb. Həkimlər vərəq-vərəq dərman yazırlar. Nə paltarlarını ala bilirəm, nə dərmanlarını. Evimdə iki əsgər böyüdürəm. İkisi də gözümün qarşısında əriyib gedir. Xahiş edirik, bizə kömək edin”.
Bu sözləri oxu.az-ın redaksiyasına müraciət edən, Kəlbəcərdən olan məcburi köçkün ailələrindən biri deyib.

Söhbət Abşeron rayonu Xırdalan şəhəri yaxınlığında, Hökməli dairəsindən Müşfiqabaq yoluna keçəndə 300 metr aralıda yerləşən yaşayış məntəqəsindən gedir.

1993-cü ildən beton və kərpic zavodunun həyətində məskunlaşan sakinlərdən biri də Şərqiyeva Sabirədir. O deyir ki, yoldaşı 1993-cü ildən bu zavodun köhnə həyətində qalır:

“2007-ci ildə ailə qurduqdan sonra bura gəlmişəm. Məcburi köçkünlərin əksəriyyəti burada məskunlaşıb. Zavodun köhnə tualetini özünə bir otaq eləyib yaşayan, vaqonda yaşayan, maşın yuyulan yerdə yaşayan ailələr var. Biz ailədə dörd nəfərik. Yoldaşım fəhlədir. Pəncərəsiz, dörddivarın içərisini ev bilib yaşayırıq. Ev dediyim zavodun həyətində köhnə maşın yuyulan yer olub. Tualet yox, mətbəx yox. Natəmizlik, şəraitsizlik şəraitində illərdir dözürük. Biz tab gətirsək də, uşaqlarımız dözə bilmir. Biri səkkiz, digəri 10 yaşında iki oğlum var. İkisinin də nəmişlikdən böyrəklərində xəstəlik yaranıb. Süfrəyə yemək qoyub yeyə bilmirik. Zavod işləyir, bütün hiss, toz-torpaq yediyimiz yeməyin, içdiyimiz suyun içində gedir canımıza. Mən anayam, uşaqlarım gözlərimin önünüdə əriyib gedir, dözə bilmirəm. Heç kim bizə kömək etmir”.

S.Şərqiyə həmçinin deyib ki, zavodun həyətində yaşayan ailələrin heç birinin dolanışığı yoxdur: “Cavan-cavan ailələrdi, hamısının uşaqları xəstəlik tapıb. Normal qidalana bilmirlər. Paltar tapa bilmirlər. İnanırsız ki mən özüm məscidlərdən ölən insanların paltarlarını götürüb geyinirəm. İmkanım yoxdur. Uşaqlarımı da güc-bəla dolandırıram. Camaata yalvarıram ki, bir tikə çörək versinlər, uşaqlarım ac qalmasın. Kənardan yardım edən insanlardan Allah razı olsun. Amma bu da bir dəfə, iki dəfə olur. Hamının vəziyyəti ağırdır.

Karantinə görə yoldaşım neçə aydır işləmir. Köhnə pal-paltara baxma, heç kim aptekdən mənə uşağımın dərmanların alıb vermir axı. Oğlumun belində xəstəlik var, həkim karset taxmalıdır deyir. Karset də 200 manatdır. Neçə dəfə işsizliyə görə müraciət etmişəm, baxmayıblar. Hər şeyə dözmək olur, amma uşağın xəstə olmasına hansı valideyn dözər? Yoldaşım fəhlə adamdır, iş yoxdur ki beş-üç manat qazansın, dərmanların beşin ala bilməsək də, birini alaq. 190 manat birdəfəlik yardım üçün müraciət etdik, imtina cavabı aldıq. Burada yaşayan heç bir ailəyə verilmədi, hamımıza imtina cavabı gəldi. Bilmirik dərdimizi hara deyək”.
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...