Əhmədzadənin işçilərinin hər biri oliqarxdır... - 12 milyonluq villa və daha nələr...
Bolge
Oxunub: 422
14 iy 2020 | 19:23
Əhmədzadənin işçilərinin hər biri oliqarxdır... - 12 milyonluq villa və daha nələr...


Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərovu ötən il vəzifəsindən azad edərək Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin etdilər. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birini belə mühüm vəzifəyə təyin etmək müəmmalıdır.

Milletinsesi.info bildirir ki, İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarına adını salmışdı. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitlərini xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı.Qeyd olunurdu ki,
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanal İstismar İdarəsinin müdiri İlyas Səfərovun hər il dövlətdən ayrılan yüz min manatlarla vəsaiti mənimsəməklə böyük sırvıt sahibinə çevrilib. Təkcə son 3 ildə Yuxarı Qarabağ İstismar İdarəsinə 2 milyondan çox vəsait ayrılıb. İdarə müdiri İlyas Səfərov hər il Yuxarı Qarabağ kanalının təmizlənməsi və yaxşı vəziyyətə gətirilməsi üçün büdcədən ayrılan bu vəsaitlırin böyük hissəsini mənimsəyib. İdarə müdiri bundan başqa ayrı-ayrı fermer və təsərrüfat sahibləri tərəfindən kanala qanunsuz olaraq atılan borulara görə sahibkarlardan 5 min manat aldığı və hər il onlardan su pulu üçün 500 manat haqq yığdığını da qeyd etmişdik.
Əməkdaşımızın Yuxarı Qarabağ kanalında apardığı monitorinq nəticəsində məlum olub ki, İlyas Səfərov təkcə Beyləqan rayonu ərazisində 17 qanunsuz boru atıb, Ağacabədi rayonu ərazində isə bu boruların sayı 30-u keçir. Bundan başqa Yevlax, Tərtər, Bərdə, Ağdam rayonları ərazisində bu qanunsuz atılmış su borularının ümumi sayı 100-dən çoxdur. İnformasiya mənbəmiz bildirir ki, idarə müdiri Yuxarı Qarabağ kanalına qanunsuz atılan hər bir boru üçün sahibkarlardan 5 min manat haqq alıb.
Hazırda Şirvan Meşə-Meliorasiya İdarəsinə rəhbərlik edən bu şəxs əvvəlki vəzifəsində dövlətin pulun belə dağıdıb.

Əhmədzadənin işçilərinin hər biri oliqarxdır... - 12 milyonluq villa və daha nələr...


Bəs indiki zamanda, ölkədə su qıtlığı yaşandığı dövrdə belə bir korrupsionerin belə satrateji vəzifədə qalması nəyə əsalanır?
Niyə strateji, gəlin baxaq.
Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır. Aydın məsələdir ki, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır.

İlyas Səfərov kimisi vəzifədə olduqca həmin ayrılmış vəsaitlər fonunda yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir.
Digər tərəfdən bir müəmmalı məsələ qalır. İlyas Səfərovun dostu, dayağı , vəzifə daşımasına səbəb olan adam-Yevlağın sabiq icra başçısı Qoca Səmədov həbs olduğu halda prokurorluq eyni əməlləri edən İlyas Səfərov barəsində niyə tədbir görmür?
Məlumatlarda bildirilir ki, 2 il əvvəl başçı müavini olmaq istəyən İlyas Səfərov bunun üçün Qoca Səmədovla anlaşaraq ilk əvvəl onun da razılığın ala bilmiş, buna görə 2 milyon təklif etmişdi.
Ancaq yuxarıdan buna razılıq verməmişdilər.
Çoxsaylı obyekt və mülkləri olan, adi bir məmurdan oliqarx dərəcəsinə çatmış bu şəxs Hacıkəndin ən gözəl yerində dağı yarıb villa tikib. Villanın qiymətinin təqribi 12 milyon olduğu deyilir.
Bu obyektlər, villalar hansı vəsaitlərlə təldə edildiyi isə məlumdur. Dövlət büdcəsindən oğurlanan vəsaitlərlə.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub