Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ...
Bolge
Oxunub: 441
7 avq 2020 | 19:44
Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ...


Aylardır ölkədə hökm sürən pandemiya ilə əlaqədar sanitar-gigiyenik tədbirlər gücləndirilsə də, təəssüf ki, yerlərdə hələ də bu kimi məsələlərə ciddi yanaşılmır. Konkret olaraq Şəmkir rayon Çaparlı kəndindəki antisanitar vəziyyət, daha dəqiq desək, kəndin giriş hissəsində mövcud olan böyük zibillik zonası əsl infeksiya mənbəyinə çevrilib.

KONKRET.az-a bu barədə adının çəkilməsini istəməyən kənd sakini yazaraq bildirir ki, ucu-bucağı bilinməyən bu zibillik kəndin əkin üçün yararlı olan torpaqlarını bərbad vəziyyətə salıb. “Yayın istisində burada üfunət iyindən adam boğulur”, – deyən şikayətçi bildirir ki, ən acınacaqlısı odur ki, zibilliyin hər iki tərəfindən neft və qaz kəmərləri keçir.

Redaksiyamıza daxil olan məlumatda vurğulanır ki, ümumən Şəmkir rayonunun demək olar ki, əksər kəndlərində təsərrüfat əhəmiyyətli torpaqları zəbt etmiş belə zibilliklər mövcuddur. Hansı ki, zibilləri zərərsizləşdirmək üçün rayon ərazisində kifayət qədər yararsız sahə var. Və hazırda zibilliyə çevrilmiş ərazilərdə iritutumlu zibil qabları yerləşdirməklə antisanitar vəziyyəti tam aradan qaldırmaq olar.

Qeyd olunur ki, bu barədə kənd bələdiyyəsinə, eyni zamanda, icra nümayəndəliyinə dəfələrlə müraciət olunsa da, heç bir tədbir görülməyib. Təəccüblüsü isə odur ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov konkret olaraq Çaparlı kəndinin girişində yerləşən zibillikli ərazidən dəfələrlə keçməsinə baxmayaraq, onu görməzdən gəlib.

Xatırladaq ki, Alimpaşa Məmmədov bir neçə müddət bundan öncə virusla mübarizə fonunda rayonda keçirilən yas mərasimlərinə müdaxiləsi ilə gündəmə gəlmişdi. Həmçinin pandemiya ilə əlaqədar olaraq rayon ərazisində fəaliyyət göstərən iri mağaza və marketlərdə dəfələrlə reydlər keçirib. Və nəticədə sanitar-gigiyenik, epidemioloji qaydaları pozduğuna görə bir neçə obyekt sahibi cərimələnib. Belə olan halda, bəs görəsən, icra başçısı kənd ərazilərinin təmizliyi və əhalisinin sağlamlığı qeydinə niyə qalmır?

Bu sualla Şəmkir Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə biz də müraciət etməyə cəhd göstərsək də, təəssüf ki, sorğumuza cavab ala bilmədik. Bununla belə ümid edirik ki, rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlər fonunda bu problem də tezliklə öz həllini tapacaq.

Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ...Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ...Yas mərasimlərinə müdaxilə edən icra başçısı buna niyə göz yumur? - NARAZILIQ...
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO