Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynananın döydüyü sahibkar
Bolge
Oxunub: 1 075
7 okt 2015 | 05:11
Nəsib Məhəməliyevin Balakəndə bazar əməliyyatı və qaynananın döydüyü sahibkar

















Balakən rayonundan şikayət dolu müraciətlərin ardı-arası kəsilmək bilmir

Bu rayondan elektron poçtumuza yenidən məktub daxil olub. Bu dəfə də şikayət 109-saylı Balakən seçki dairəsindən namizədliyi yYAP tərəfdən irəli sürülmüş Nəsib Məhəməliyevdəndir. Açığı bir məsələ bizi olduqca düşündürür. Nəsib müəllim əslən Balakən rayonundandır. Düzdür əleyhidarları olsa da eyni zamanda tərəfdarları da heç də az deyil. Bizi maraqlandıran səbəb budur ki, rayon icra hakimiyyətində məsul vəzifələrdə çalışanları və digərlərini hansı maraq ya kim sövq edir ki, onlar Nəsib Məhəməliyevin haqqında durmadan KİV-ə informasiya ötürürlər?
Hər halda bu məsələ haqqında ittiham olunan tərəf yəqin ki, lazım bildiyi zamanda açıqlama verəcək. Keçək əsas məsələyə. Yəni ünvanımıza göndərilmiş məktubun dərcinə. Məktubda deyilir: “Bizlər ötən dəfə cumhuriyyət. az. a göndərdiyimiz yazıda Nəsib Məhəməliyevin, 2000-2006-cı illərdə Balakən rayonunda icra hakimiyyətinin başçısı vəzifəsində işlədiyi müddətdə, 1984-cü ildə tikilmiş, Balakən rayon icra hakimiyyətinin balansında olan mərkəzi bazarı Azərbaycan respublikasının dövlət əmlakının idarəedilməsi üzrə dövlət komitəsinin sədr müavini Rafiq Cəlilovla iş birliyi quraraq, dövlətə külli miqdarda gəlir gətirən bazarı öz şəxsi maraqları naminə, 1552, 24(yəni min beş yüz əlli iki manat iyirmi dörd qəpiyə) almışdır”. Bu məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, Balakən şəhəri S. Gözəlov küçəsi 43-də yerləşən, Balakən bazarı qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 8430, 8 m sərbəst sahəsi 350 m olmaqla ümumi torpaq sahəsi 8780, 8 m təşkil edir. 16. 06. 2006-cı il tarixli 135 saylı müqaviləyə əsasən, Azərbaycan Respublikasının dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsi satıcı kimi, alıcı kimi isə Nəsib Məhəməliyevin qaynanası Əhmədova Mina Həybullah qızı göstərilib. Məktub müəllifləri bazarla bağlı daha sonra yazır: “Görəsən ələ keçirilən bazarın pul yığınının idarə olunması hansı qayda ilə aparılıb və aparılmaqdadır? Bazarda təqribən 1000-nəfərə qədər adam yer götürərək xırda sahibkarlıqla məşğul olurlar. Bazarın təməli 1984-cü ildə qoyulduğundan, burada işləyən adamların xeyli hissəsi həmin illərdən işləyənlərdir. Bazarın rəsmi sahibi olan Mina Əhmədova bazarda çalışan, təqribən 1000 nəfərdən hər gün 2 manatdan yer pulu yığır. Digər tərəfdən də hər bir kəsdən tutduğu yerə uyğun olaraq, ayda bir dəfə 30 manatdan başlayaraq daha böyük məbləğlərdə pul yığır. Bütün bunlar hər bir kəs üçün aylıq ödəməli olduğu məbləğlərdir.
Belə gedişlə Mina xanımın (N. Məhəməliyevin) aylıq gəliri kəllə-çarxa çıxır. Külli miqdarda gəlir gətirən qazanc yerini heç Nəsib Məhəməliyev əldən buraxarmı? Dövlət vergi əməkdaşlarının nə həddi var ki, Balakən ASC-ilə bazarda çalışan sahibkarlar arasında əmək müqaviləsinin olub-olmamasını yoxlasınlar? 2006-cı ildən Balakən bazarından əldə edilən xeyli maliyyə vəsaitləri qeyri-qanuni yollarla Nəsib Məhəməliyevin şəxsi hesablarına yatırılır. Balakən bazarında baş verənlərə həddi çatıb etiraz edən şəxs tapmaq olmaz. Buna heç kəsin cürəti çatmaz. Yaşı 60-dan yuxarı olan Mina Əhmədova və yeznəsi Nəsib Məhəməliyevin göstərişi ilə səni elə döydürərlər ki, xəstəxanalıq olarsan.
Bu yaxınlarda Mina Əhmədovanın qəzəbinə tuş gəlmiş, bazarda xırda sahibkarlıqla məşğul olan Bəsti Abdullayeva adlı şəxs Minanın onu döyməsindən sonra daxili qanaxma nəticəsində bir neçə gün rayon mərkəzi xəstəxanasında yatıb müalicə olundu. Minaya gördüyü bu işə görə gözün üstə qaşın var deyən tapılmadı. Belə bir yeznə ilə fəxr eləməyə dəyər. Nəsib Məhəməliyevin təkcə Balakən bazarından bu qədər gəliri olduğu halda, hələ başqa obyektlərini, işlərini demirik. Onda Nəsib Məhəməliyev nədən deputat olmasın? Ona səs verin ki, yazıqdır. Bitirməmiş, yarımçıq qalan işlərini də bitirə, balakənlilərin başında turp əkə bilsin. Ona imkan verin ki, qeyri-qanuni yollarla ələ keçirdiyi hədsiz əmlakını qorusun və var-dövlətini daha da artırsın. Sözlərimiz kimlərəsə qəribə gəlməsin. Çünki var-dövlət əldə etmək, başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini təmin etmək, insanlara zülm etmək, Nəsib Məhəməliyevin xobbisidir. Onu nə dövlət, dövlətçilik nə də ki, millət və balakənlilər maraqlandırır.
Nəsib Məhəməliyevin Balakənin girəcəyində, öz adına müəmmalı bir tikintisi (əslində buranın təyinatı bizə bəllidir sadəcə etik normaları gözləyib yazmırıq) var. Bu ərazidən yuxarıda isə cənab prezidentin iqamətgahı var. Aşağıda isə Nəsib Məhəməliyevin məlum məkanı. Bu məkan ibtidai insanların vəhşilərdən qorunduğu sığınacağı xatırladır. Obyektin ətrafına sıx şəkildə əkilmiş ağaclar onun kənardan görüntüsünü mümkünsüz edir. Bu adam sanki Balakən əhalisindən gizlənməyə çalışır. Nəsib Məhəməliyev, sənin tikdirdiyin və içində yaratdığın bu mənzərə sənin əsl kimliyini ortaya qoyur. Görəsən bu baş verənlərdən, Nəsib Məhəməliyevin əməllərindən ölkə prezidenti cənab İlham Əliyevin xəbəri varmı?”
Redaksiyadan. Yazıda səslənən fikirlərlə bağlı hörmətli Nəsib Məhəməliyevin də fikirlərini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacayıq.
Elçin İsmayıllı. Cumhuriyyət. az
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...