İsmayıllı: rayonu kimlər və niyə çalxalamaq istəyir?
Bolge
Oxunub: 1 258
7 okt 2015 | 05:24
İsmayıllı: rayonu kimlər və niyə çalxalamaq istəyir?

















Əsas mətləbə keçməmişdən öncə dahi Bakıxanovun bir fikrini təqdim etmək istərdim. Bütün fitnə-fəsadların nəticəsi avaralıq olduğu təcrübədə yoxlanmışdır. Avara adam öz insanlıq vəzifəsini unudaraq başqasına yük olur

Bəli, bu tip insanlar bir az da qabağa gedərək böyük bir topluma, bütünlüklə cəmiyyətə yük olurlar. Bu fikir əgər yaddaşım məni aldatmırsa islam peyğəmbərinə məxsusdur. Söhbəti çox uzatmaq fikrim yoxdur. Qısası insanların müşahidə etdiyi bir mənzərəyə həzrəti peyğəmbərimiz yaxınlaşıb gülümsəyir və deyir. Hər bir eybəcərliyin, mundarlığın içində bir gözəllik vardır. İnsan hansı cəmiyyətdə yaşamasından asılı olmayaraq gərək heç vaxt ədalət hissini itirməsin. İnsan, bu mənə sərf etmirsə onu başqa cür təqdim edim kimi fikirləşirsə, onda ona normal insan kimi baxmaq olmaz.
Söhbət açacağımız mövzu elektron mediada “İsmayıllı icra başçısına 50 min manat rüşvət ittihamı: Saxta MMC-lər, udulan tenderlər və nələr” başlığı adı ilə gedən yazıdır. Burada bir sıra məqamlar diqqətimizi cəlb etdiyi üçün dəyərli həmkarlarımızın dərcinə münasibət bildirmək istərdik. Əvvəla çox hörmətli həmkarlarımıza bildirmək istəyirik ki, bu yazı uzun müddətdir ki, müəyyən dövr üçün fasilələrlə ayrı-ayrı kivlərdə sifarişlə dərc elətdirilir. Yəni tam arxayın ola bilərsiniz ki, etibar etdiyiniz mənbə sizi aldadıb. Digər tərəfdən burada səslənən ittihamlar o dərəcədə absurd və gülüncdür ki, yazının başlığında istinad etdiyim dahi Bakıxanovun fitnə-fəsad avaralıqdır deyimi ilə tam uyğunluq təşkil edir. Yəni ki, bu informasiyanı ötürən mənbə sözün əsl mənasında avara və fitnə-fəsad törətmək istəyini mütləq şəkildə ortaya qoymuş olub.

1. Yazıda qeyd edilir ki, icra başçısı Mirdamət Sadıqovdan olunan şikayətlərin sayı günü-gündən artır. Əvvəla onu qeyd edək ki, kiv-nümayəndəsi kimi bizlər də respublikanın demək olar ki, hər yerini gəzir və cəmiyyətin içərisində oluruq. Tam məsuliyyətlə deyə bilərik ki, respublikada ən az şikayət olunan rayon İsmayıllıdır. İnanıb-inanmamaq hər bir kəsin öz işidir. İsmayıllıdan onun rəhbərindən şikayət edənlər eyni qrupun maraqlarına xidmət edən şəxslərdir və bir mərkəzdən idarə olunurlar. Həmin Nizami Ələkbərov dediyiniz şəxs və şəxlərin tərəfdar və bölgədarları İsmayıllıdan bu cür şərəfsizcəsinə qovulmaqlarını heç cür həzm edə bilmədiklərinə görə İsmayıllı və İsmayıllılardan qisas almaq istəyirlər. Onlar bu işi savadsız, intellektual səviyyəsi olmayan yerlilərin əli ilə həyata keçirmək istəyirlər. Necə deyərlər? İlanı Seyid Əhmədin əli ilə tutmaq istəyirlər. Mirdamət Sadıqov alim adamdır və insanlarla normal, gülərüzlə danışır. Bəlkə bəzi rayonların icra başçıları kimi qəbullarda qadın-qoca, uşaq gözləmədən söyüşlə danışmalıdır? Nədən haqq-ədalət axtarışında olan adamlar məsələn Ağcabədinin, Ağdamın icra başçıları haqda demirlər ki, qəbullarda vətəndaşların var-yoxuna qədər söyürlər? Nədir, İsmayıllının rəhbəri yerli kadrdır ona görə bunumu həzm edə bilmirlər? Düzdür, problemlər var. Elə məsələlər var ki, onlar dövlət səviyyəsində həll olunmalıdır. Əgər hər xırda şeydən ötrü söz-söhbət düzəldilirsə bəs harda qaldı obyektivlik? Harda qaldı ədalət hissi?

2. Yazıda qeyd edilir ki, şikayətçilərin çox hissəsi icra başçısını rüşvətdə ittiham edir. Bu deyimə fikir verin bunu deyib ictimailəşdirmək üçün gərək allahı danacaq qədər vicdanı qırıq olasan. Yəni İsmayıllıda kim isə tapılarmı ki, açıqca bəyan eləsin ki, başçı vəzifəyə təyin olunduğu gündən bu yana hər hansısa işə görə məndən rüşvət istəyib, yaxud filan işə görə bir belə rüşvət vermişəm?Mirdamət Sadıqovun belə məsələdə təmiz olduğu bütün rayon ictimaiyyətinə, hətta ona müxalif olan şəxslərə də tam aydındır. Bu kimi absurd ittihamlar ona qətiyyən yapışmaz. Dəyərli həmkarlar, əgər bu ittihamla bağlı mənbənizin hansısa sübutu varsa buyurun onu öyrənin və qeyd edin. Ancaq dəqiq deyə bilərik ki, bu ittiham da sifariş əsasında ötürülüb.

3. Yazıda qeyd edilir ki, hansısa sahibkardan 50 min manat rüşvət alınıb. Mirdamət Sadıqovun dəfələrlə yerli sahibkarlarla görüşünü əks elətdirən tədbirlər respublikada bütün rəhbər şəxslərə və kiv-nümayəndələrinə məlumdur. Ədalət naminə deyək ki, Mirdamət Sadıqov rayonda sahibkarlara çox dəstək verir və sahibkarlığın inkişafı üçün əlindən gələni edir. Çünki bu adam özü ixtisasca iqtisadçıdır və bu sahə üzrə dünya səviyyəli ixtiraya malikdir. Əksinə icra başçısı imkan düşdükcə dövlət başçısının ona göstərdiyi etimaddan istifadə edərək sahibkarlığın və digər sahələrin inkişafı üçün zəruri olan şeyləri məsələn, maliyyə vəsaitlərini rayona cəlb elətdirir. Onun hansısa sahibkarın puluna nə ehtiyacı ola bilər, yaxud nə məqsədə, hansı iş üçün ondan bu qədər vəsait alına bilər?Axı belə gülünc informasiyaları ötürən şəxslərə nədən etimad göstərilir?

4. Yazıda qeyd edilir ki, rayondakı MMC-lər icra başçısına və qohumlarına məxsusdur. Bu məsələ üzərində hələ bir il bundan öncə bir neçə kiv-əməkdaşı xeyli vaxt baş sındırdı, ancaq deyilənlər yalana çıxdı. Sonradan məlum oldu ki, bu məsələ, rayonda tikinti sektorunda əli əyriliyə görə işdən kənarlaşdırılmış bir şəxsin uydurmasıdır.

5. Yazıda qeyd edilir ki, Mirdamət Sadıqovun özü ilə Gəncədən, univerisitetdən gətirdiyi şəxs rayonda pul yığmaqla məşğuldur. Bu şəxsin kim olduğunu rayonda heç kim, hətta icra başçısı da bilmir. Çünki o, univerisitetdən özü ilə heç kəsi gətirməyib. Əgər belə bir adam varsa yaxşı olardı ki, qeyd edilərdi, hamı da onu tanıyardı.

6. Yazıda qeyd edilir ki, Mirdamət Sadıqov rayonu şəxsi mülkiyyətinə çevirib. Necə yəni şəxsi mülkiyyətinə çevirib? Kimi istismar edir?Kimin mülkiyyətinə müdaxilə edir? Burada şəxsi mülkiyyətinə çevirib demək haqqsızlıq olardı. Bəli, rayona ciddi nəzarət edir. Bu belə də olmalıdır. Çünki rayonda hər şeyə görə o, sorumludur. Çünki dövlət başçısı İsmayıllı rayonunu Mirdamət Sadıqova tapşırıb. Burada baş verə biləcək yaxşı və pis nə ola bilərsə məhz icra başçısı birbaşa cavabdehdir. Bəyəm belə olduğu halda belə anlama gəlmək olarmı ki, rayon onun şəxsi mülkiyyətidir? Gülünc səslənmirmi? Bəyəm bu bəs eləmirmi ki, Mirdamət Sadıqov rayonda kirayədə qalır? Kimsə onun İsmayıllı rayonu ərazisində hansısa mülkiyyətinin olduğunu sübuta yetirə bilərmi? Yalnız Lahıcda ata ocağından başqa onun rayonun ərazi vahidliyində heç bir obyekti, şəxsi mülkiyyəti, biznes və sairi yoxdur. Nədənsə mənbə qeyd etdiyi kimi rayon ərazisindəki turizm mərkəzlərinin adlarını qeyd edə bilməyib. Rayonda nə qədər ki, turizm obyektləri, istirahət yerləri var, onların hamısının öz sahibi var. Bunların Mirdamət Sadıqova heç bir aidiyyatı yoxdur.

7. Yazıda qeyd edilir ki, Mirdamət Sadıqov rayona icra başçısı gəldiyi gündən heç bir abadlıq işi aparmayıb. Bu informasiyanı ötürən adamın yəqin gözlərində tor var. Bu məsələ haqda, ümumiyyətlə, heç bir fikir bildirmək istəmirəm. Yaxşı olardı ki, bunu gəlib öz gözlərinizlə görəsiniz. Onda mənbənizin nə qədər qərəzli birisi olduğunu tam yəqinləşdirəcəksiniz. Qaldı ki, rayon üçün ayrılan maliyyə vəsaitləri, rayonda aparılan işləri seyr edərkən bu vəsaitlərin elə rayon üçün sərf edildiyini görməmək mümkün deyil.

8. Yazıda qeyd edilir ki, rayonda məmur özbaşnalığı pik həddə çatıb. Bu hal Ələkbərovların dövründə idi. Məmurlar insanlara yuxarıdan aşağı baxırdı. İnsanların hər hansı işini pulsuz, yəni rüşvətsiz həll etmirdilər. Nizami Ələkbərovların dövründə işləyən əksər məmurlar hazırda öz postlarında çalışırlar. Ancaq indi onların quluncunu qırıblar. Daha əvvəlki tək özbaşnalıq edə, rüşvət ala bilmirlər. Bu məsələdə mənbəniz Ələkbərovların dövrü ilə indini qarışdırır. Bəli, Ələkbərovların dövründə başçının qəbuluna gedənlər, Bakıya şikayət edənlər məmurlar tərəfindən təhdid, təqib və təhqir edilirdilər. Ancaq hazırda belə şeylərin olmadığı hamıya məlumdur. Bunu hər həftənin 3-cü iş günü qəbulda gəlib müşahidə eləmək də olar. Hazırda onu deyək ki, rayonda tam sakitçilikdir. İnsanlar dolanışıq çətin olsa da mehriban, əminamanlıq şəraitində ömür sürməkdədirlər.
Bir daha qeyd edirik ki, bu saxta, qeyri-dəqiq informasiyalar rayon haqqında mənfi imic formalaşdırmaq və Mirdamət Sadıqovun güya ki, işinin öhdəsindən gələ bilmədiyi qənaətini formalaşdırmaq üçündür. Mirdamət Sadıqov işinin öhdəsindən səlahiyyətləri çərçivəsində gələ bilir və əhali arasında yerli kadr kimi dəstəklənir də. Əlbəttə, bu yazı çapa getdiyi üçün jurnalist dostlarımızı günahlandırmaq niyyətimiz yoxdur. Sadəcə demək istəyirik ki, bu informasiyanı ötürən şəxslər məqsədli və qərəzlidir. Belə hallar cəmiyyətdə kiv-ə qarşı ikrah hissi yaradır. Sonda demək istəyirik ki, İsmayıllını çalxalamaq istəyənlər əbəs yerə əziyyət çəkməsinlər.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE