Balakən İcra Hakimiyyəti ifşa olundu – VİDEOLAR
Bolge
Oxunub: 1 060
8 okt 2015 | 05:48
Balakən İcra Hakimiyyəti ifşa olundu – VİDEOLAR












Balakəndə aparılmış monitorinq rayondakı əsl reallığı ortaya qoydu. Rayon rəhbərliyi isə bunu həzm edə bilmir

Bir neçə gün bundan əvvəl redaksiya olaraq Balakən rayonunda ərzaq mağazalarında apardığımız monitorinqin nəticələrini dərc etmişdik. Bu məsələdə məqsədimiz Balakəndə insanların sosial rifahının necə olması, insanların gündəlik ehtiyaclarını necə qarşıladığını müşahidə etmək idi. Apardığımız monitorinq Balakən haqqında rayon rəhbərliyinin ağızdolusu danışdığı nikbinliyi tamamilə alt-üst etdi.

… Məlum oldu ki, Balakəndə əhalinin yaşayış səviyyəsi heç də hörmətli İslam Rzayevin dediyi kimi yaxşı deyil, əksinə əhalinin həyat səviyyəsinin hər ötən gün daha da ağırlaşdığı məlum oldu.

… Məlum oldu ki, rayonda insanlar kütləvi şəkildə işsizlikdən əziyyət çəkir. Məlum oldu ki, insanlar ərzaq mağazalarından vaxtlı-vaxtında zəruri şeyləri alıb qidalana bilmrlər.

… Məlum oldu ki, İnsanların ərzaq mağazalarına bir neçə min manat nisyələri var və artıq onu ödəmək iqtidarında deyillər.

… Məlum oldu ki, rayonda sahibkarlara divan tutulduğu üçün artıq onlar da firmalardan vaxtlı-vaxtında mal alıb mağazalarına, marketlərinə yerləşdirə bilmirlər.

Bir sözlə, məlum oldu ki, Balakəndə vəziyyət olduqca ağırdır. Ən əsası isə məlum oldu ki, rayon rəhbərliyi səviyyəsində ölkə rəhbərliyi aldadılır…

Dövlət başçısına rayonda hər şeyin qaydasında olduğu deyilərək arxayın salınır. Əslində isə rayondakı rüşvət, məmur özbaşnalığı, insanlar arasında ayrıseçkilik mühiti insanların dövlət strukturlarına inamını sarsıdır. Balakəndə insanları dövlətdən narazı salan hazırki rəhbərlikdir. Çünki rayondakı özbaşnalıq, insanların problemlərinə biganəlik rəhbərliyin səriştəsizliyindən xəbər verir. Biz monitorinqi Tülü market, Talalar kəndində Natiq market, Cederovtala kəndində Ruslan market, Şambul kəndində Şambul market, Qabaqçöl qəsəbəsində mini market, Qabaqçöl market, Qabaqçöl kəndində ət mağazası, rayon mərkəzində Estrella əla market, Ziyafət market və sairlərdə aparıb həm alıcılardan, həm də satıcılardan real vəziyyəti öyrənmişik. Bizim KİV nümayəndəsi kimi buna ixtiyarımız çatır və bu addımımız konstitusiya ilə tənzimlənir. Bəli, bu mağazalarda deyilən fikirlər əslində Balakəndə baş verənlərin təsdiqidir. Ancaq görün nə baş verir.
Monitorinqimizin rayon rəhbərliyinin fəaliyyətinin sıfra bərabər olduğunu ortaya qoyması, hörmətli İslam müəllimi bərk qəzəbləndirib. Rayon mərkəzindəki Estrella əla marketin sahibini necə sıxışdırıblarsa dünən yəni 06. 10. 2015 ci il tarixində saat 11:39 radələrində 050. 356. 73. 40 nömrəli telefondan zəng edərək özünü “Estrella” marketin sahibi kimi təqdim edən şəxs bildirir ki, onu rayon icra hakimiyyətindən bərk sıxışdırırlar və eyni zamanda bizi təhqir edir və hədələyir. Bu vətəndaş tərbiyəsinə uyğun davrandı, bunu başa düşmək olar. Ömür boyu piştaxtanın dalında dayanaraq gününü keçirənin qanunlardan xəbəri ola bilməz. Məsələ burasındadır ki, bu adamla bizim hər hansı tanışlığımız yoxdur və bizim telefon nömrəmizi də ona elə icra hakimiyyətinin işçiləri veriblər. Bəli, rayon icra hakimiyyətindəki mənbəmiz qeyd edir ki, monitorinq İslam Rzayevin qanını bərk qaraldıb və bu kimi tədbirlərin atılmasını da məhz başçının özü sifariş verib. Redaksiya olaraq bildiririk ki, elə hədələr bizi qorxutmur, əksinə fəaliyyətimizdə daha da möhkəmləndirir. Hesab edirik ki, Balakən rayonunda belə monitorinqləri tez-tez aparmaq lazımdır. Hesab edirik ki, İslam müəllim dövlət başçısının ona göstərdiyi etimadından sui-istifadə edərək onu aldadır.
Rayonda külli miqdarda mənimsəmə əməliyyatları həyata keçirilir ki, bunun da başında hörmətli icra başçısı durur. İcra hakimiyyətindəki mənbəmiz qeyd edir ki, təhsil şöbəsinin sabiq müdiri Mahir Dibirovun 400. 000 min manat kəsirinin olmasının səbəbkarı da elə başçının özü olub. Çünki mənimsəmə əməliyyatında bu qədər pulu Mahir Dibirov tək həzm-rabedən keçirə bilməzdi. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbə qeyd edir ki, onlar şərik idilər. Baxmayaraq ki, başçı onu tutduğu vəzifəsindən azad etdi, ancaq işin korrupsiyaya görə istintaqa düşməsinin qarşısını aldı. Çünki baş verənlərdə onun da adı hallanacaqdı. Cumhuriyyət. az olaraq biz rayon icra hakimiyyətində icra başçısının qəbul günü vətəndaşları necə qəbul etməsini də qeydə almışdıq. Deməli, hər həftənin 3-cü iş günü rayon icra hakimiyyəti başçısı cənab İslam Rzayevin vətəndaşları qəbul günü keçirilir. Bu qəbul formal olaraq keçirilir. Çünki burada demək olar ki, heç kimin problemi həll olunmur. Yalnız insanlara bolluca vədlər verilib yola salınır. Ən əsası budur ki, burada o qədər bardaq olur ki, sanki burası icra hakimiyyətinin binası yox, kolxoz bazarıdır.
Bütün icra nümayəndələri, bələdiyyə sədrləri, idarə müəssisə rəhbərləri icra hakimiyyətini mühasirəyə alırlar və insanlarla mübahisə edirlər, mane olurlar ki, kimsə qəbula girib. Məsələn, icra nümayəndəsi ərazisindən şikayətçinin qəbula girməsinə mane olur, elələri var ki, buna nail də olur. Biz bütün bunları sübut edəcək çəkilişi də dəyərli oxucularımıza təqdim edirik. Bir daha qeyd edirik ki, mətbuat nümayəndəsini təhqir eləmək, hədələmək çıxış yolu deyil. İslam müəllim yaxşı olardı ki, yazılarda səslənən ittihamlara münasibət bildirsin və nöqsanları aradan qaldırsın. Monitorinqlərimiz davam edəcək.



Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)