Əlillik müavinəti kəsilən ana özünü öldürmək istəyir - ƏƏSMN-yə müraciət
Bolge
Oxunub: 486
29 apr 2021 | 19:23
Əlillik müavinəti kəsilən ana özünü öldürmək istəyir - ƏƏSMN-yə müraciət


Ağcabədi rayon Hacılar kənd sakini Rüstəmova Gülnarə Namaz qızı özünü öldürmək həddinə çatıb. Onu buna ailə vəziyyətinin ağır olması, üstəlik heç bir səbəb göstərilmədən əlillik müavinətinin kəsilməsidir.

Çarəni ancaq intiharda görən G.Rüstəmova Dominant.az-a açıqlamasında problemlərini bir-bir sadalayıb:
“Mən 25 noyabr 1982-ci ildə Ağcabədi rayonunun Yuxarı Kəhrizli kəndində doğulmuşam. Orta təhsilliyəm. Həm oğlum, həm də özüm irsi xəstəlik daşıyıcısıyıq. Özüm irsi xəstəliklə yanaşı bir neçə ciddi xəstəlikdən illərdi əziyyət çəkirəm. Xəstəliyim geriyə dönməz, yəni sağalmaz xəstlik olduğu üçün 29.08.2019-cu ildən mənə müddətsiz ikinci qrup əlillik təyin olunub. 10 yaşlı oğlum da talisemiya xəstəsi olduğu üçün ona 2020-ci ilin oktyabr-noyabr ayından əlillik müavinətı təyin olunub. 2021-ci ilin yanvar ayından etibarən heç bir rəsmi bildiriş olmadan, əlillik müavinətim dayandırılıb”.

Gülnarə bildirir ki, ona əlillik müavinətinin dayandırılması barədə rəsmi bildiriş gəlməyib:

“Bilmirlərmi ki, bildiriş olmadan, dövlətin əlillərə təyin olunmuş müvanətini dayandırmaq cinayətdir?! Gedib müavinətimin dayandırılmasının səbəbini soruşuram, yazılı heç bir cavab vermirlər, ancaq şifahi şəkildə cavablandıraraq məni yola verirlər. Cavabdeh qurumlar əvvəlcə şifahi formada bildirdilər ki, xəstəliyim haqqında Bakıya gedib, yenidən arayış almalıyam. Mən də getdim və aldım. Sonra yenidən şifahi şəkildə bildirdilər ki, 2020-ci ilin dekabr ayından əlillik müddətim bitib. Soruşdum ki, necə yəni müddət bitib?! Birincisi, mənə əlillik müddətsiz təyin olunub. İkincisi, lap elə müddətli təyin olunubsa belə, yenə də müddət indi yox, 2024-ci ilin avqustunda bitməlidir axı. Bundan sonra da bəhanə gətirdilər ki, dövlətin yeni qərarına əsasən, ailədə bir nəfər müavinət alan əlil varsa, ikinci şəxsə əlilik müavinəti düşmür. Yəni oğlun əlillik müavinəti alırsa, sənə düşmür. Bütün bunları da ancaq şifahi formada bildirirlər. Yazılı formada nə cavab ala bilirəm, nə də müraciət edə. Məktub yazıb aparıram, Ağcabədi rayon sosial müdafiə fondunda məktubumu qəbul etmirlər ki, ancaq poçt vasitəsilə göndərə bilərsən. Dərk etmirlər ki, inzibati binada vətədaşın şikayət məktubunu götürməmək özü belə cinayətdir, konstutusiyaya zidd addımdır, öz işini bilməməkdr. Gah da deyirlər ki, məktuba niyə müraciət yazmısan, gərək ərizə yazardın. Bu absurd açıqlamaların əlində girinc qalmışam. Dava-dərmanla yaşayan adamam, əlillik müavinətimi ləğv etməklə və get-gələ salmaqla məni ölümə məhkum etmək istəyirlər”.Şikayətçi saytımız vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edir, üzləşdiyi problemin aradan qaldırılmasında aidiyyəti şəxslərin köməklik göstərməsini xahiş edir:

“Çox çıxılmaz vəziyyətdə qalmışam. Şikayətimə baxan yoxdur. Özümüz də şəhid ailəsiyik. Dərmansız yaşaya bilmərəm, məni intihar həddinə çatdırıblar. Xahiş edirəm, 2021-ci il yanvar da daxil olmaqla, mənim əlillik müvainətimin bərpa olunaraq, hesab kartıma köçürülməsində yardımçı olasınız”.Əlillik müavinəti kəsilən ana özünü öldürmək istəyir - ƏƏSMN-yə müraciət
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”