Zakir Fərəcovun korrupsiya qoxuyan bulvarı - 6 milyonluq gül, kol-kos tenderi...
Gundem / Bolge
Oxunub: 570
3 in 2021 | 14:08
Zakir Fərəcovun korrupsiya qoxuyan bulvarı - 6 milyonluq gül, kol-kos tenderi...


Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov tabeliyində olan “Sumqayıt Bulvar” MMC-ni yeyinti yuvasına çevirib.

TİA.Az-ın araşdırmasına görə, açıqlanan rəqəmlər və ayrılan vəsaitləri Sumqayıt bulvarının korrupsiya üçün dibsiz quyu olduğunu deməyə əsas verir.
Belə ki, elan edilən tender müsabiqələrinin qalibi fərdi sahibkar Nigar Rauf qızı Bağırova (VÖEN – 1702068062) olub.
N.Bağırova “Sumqayıt Bulvar” MMC-yə 39 min 550 manat dəyərində adları və miqdarı aşağıda qeyd olunan güllər satacaq.
– Tagetes erecta F1 Antigua – (gül, çiçək açmış) – 5 000 ədəd
– Gazania rigeris F1 Big kiss – (gül, çiçək açmış) – 5 000 ədəd
– Osteospermum Asti – (gül, çiçək açmış) – 5 000 ədəd
– Primula acaulis F1 Primera – (gül, çiçək açmış) – 12 000 ədəd
– Xrezantema – (gül, çiçək açmış) – 4 500 ədəd
– Geran – (gül, çiçək açmış) – 5 000 ədəd
Ötən ilin yayında da “Sumqayıt Bulvar” MMC Nigar Bağırovadan 47 min 950 manat dəyərində ümumilikdə 40 500 ədəd geran, qızılgül, xrezantema, osteopermum və digər adda güllər satın alıb.
Bundan başqa, sahibkar Murad Həsənov da öyən il 112 min manata 1 000 ədəd çinar, 2 000 ədəd leylandi, 600 ədəd iydə, 1 200 ədəd alyandra, 1 500 ədəd zeytun ağacı Z.Fərəcovun bulvarına satıb.
Ümumiyyətlə “Sumqayıt Bulvar” MMC 2019-2021-ci illərdə toplam maliyyə dəyəri 6 milyon manata yaxın olan satınalma müqaviləsi imzalayıb. Sumqayıt bulvarının ümumi sahəsi 100 hektardan çoxdur.
Bulvarda 55 hektar ərazidə yaşıllıq zolağı salınıb. Rəsmi məlumatlarda bildirilir ki, bulvarda bundan əvvəl 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib.

Zakir Fərəcovun korrupsiya qoxuyan bulvarı - 6 milyonluq gül, kol-kos tenderi...


Razılaşın ki, bulvar ərazisi nə qədər böyük olsa, genişlənsə də 2 milyon gül kifayət qədər böyük rəqəmdir və şübhəlidir.
Hətta qəbul etsək ki, bu qədər kol-kos, gül alınıb, yenidən hər il yüzminlərlə manatlıq kol-kosun alınması başadüşülən deyil. Belə çıxır ki, əvvəlki ağaclar və güllər məhv olub.
Bu məqamda Alla Puqaçovanın məşhur “Million alıx roz” (Milyon qızılgül) məhşur mahnısı yada düşür. Amma bir fərqlə ki, bundan romantika yox, korrupsiya qoxusu gəlir.

Heç Nyu-Yorkun dünyaca məşhur, hər il milyonlarla insanın ziyarət etdiyi, təxminən eyni uzunluqda olan (4 km) Mərkəzi Parkına bu qədər gül, kol-kos alınmır, xərc çəkilmir.

Sumqayıt Bulvarı isə sanki “qara dəlikdi” və büdcəni kol-kos adı ilə sovurmaq üçün istifadə olunur. Gözəyarı da baxıb görmək olar ki, bulvarda milyonarla gül yoxdur, korrupsiya qoxulu xortumlamadır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt Dənizkənarı Bulvarında tikinti işləri aparan və gördükləri işlərin müqabilində pullarını ala bilməyən, bu üzdən müflis olan bir qrup sahibkar mətbuata şikayət edirdi. Sahibkarlar bildirirdilər ki, Sumqayıt İcra Hakimiyyətinin onlara 1.740. 000 manat borcu var və onlar bu pulları bir ilə yaxındır ki, ala bilmirlər.
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya