Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? - Gömrükdə daha nələr baş verir?
Sosial
Oxunub: 425
28 iy 2021 | 11:23
Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? - Gömrükdə daha nələr baş verir?


Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunmasına ictimaiyyət arasında, müxtəlif media qurumlarında fərqli yanaşmalar oldu. Bəziləri onun islahatçı kadr olacağını düşünərək gömrük sisteminə yeni nəfəs gətirəcəyini desələr də, digərləri uzun illərdən bəri gömrük sistemində kök atmış korrupsiyanın daha da dərinləşəcəyini, bürokratik əngəllərin daha da çoxalacağını qeyd edirdi.

Amma və lakin Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə sədr təyin edilməsindən illər ötməsinə baxmayaraq hələ də yeni sədr haqqında olan düşüncələr öz fərqliliyini saxlamaqdadır. Ötən aylar ərzində Gömrük Komitəsindəki kadr dəyişiklikləri ictimaiyyətə Komitədə aparılan islahatın əsas hissəsi kimi təqdim olunsa da, bəzi iqtisadi ekspertlər və iş adamları bunu qəbul etmir, əksinə gömrük sistemində aparılan kadr dəyişikliklərində əsas məqsədin yüksək və strateji vəzifələrin müəyyən bir qrupun əlində cəmləşdirilməsinə hesablandığını qeyd edirlər.

Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? - Gömrükdə daha nələr baş verir?


Yuxarda sadalanan halları təsdiqləyən onlarla fakt göstərmək olar və zaman-zaman biz bu faktlrı oxucuların diqqətinə çatdırırıq.

Ötən günlərdə Bizimxeber.az olaraq Gömrük Komitəsində aparılan qanunsuz fəaliyyət nəticəsində dövlət büdcəsinə vurulan külli miqdarda ziyan barədə yazmışdıq.
Amma hələ də aidiyyatı qurum rəsmiləri bu faktlara aydınlıq gətirmək istəmir və öz işlərindədirlər.

Bizimxeber.az-a daxil olan məlumata görə, ölkəyə mebel idxal edən milyonluq dövriyyəyə malik sahibkarlar məlum fəaliyyətlərini davam etdirirlər.

Belə ki, aidiyyatı qurumların rəhbərləri - Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev, müavin İsmayıl Hüseynov, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və nə qədər maraqlı olsa da İqtisadiyyat nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Azər Məmmədov birləşərək böyük və risqli addımlar atırlar.

Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? - Gömrükdə daha nələr baş verir?


Təbii ki, bu elə bir sistemdir ki, adları çəkilən şəxslər bu sistemin düz ortasındadırlar və "arı pətəyinin" episentrindədirlər. Loru dildə desək var-dövlətin mərkəzində...

Redaksiyaya daxil olan məlumata görə, bu şəxslərin dəstək və köməkliyi ilə ölkəyə 100 min manatlarla qiyməti olan mebelləri gətirən sahibkarlara ciddi "güzəşt" edilir.
Daha doğrusu bu baha mebellər cəmi 20 min manat civarında rəsmiləşdirilir. Bu isə dövlət büdcəsinə külli miqdarda ziyan vurmaqdır.

Əlbətdəki ki, 20 min manata rəsmiləşdirilən bu mebellərin əsl qiymətini "biznesmen” məmurlar yaxşı bilir və sahibkarlarla aralarında məsələni həll edirlər. Olduqca bahalı olan bu mebellərin çox ucuz qiymətə rəsmiləşdirilməsi dövlət büdcəsinə külli miqdarda ziyan vursa da, sözügedən qurumda çalışan rəhbər şəxslərin ciblərinə böyük gəlir gətirir.
Daha bir maraqlı nüans isə son aylar ölkə mətbuatının Gömrükdə baş verənlərlə bağlı susqunluq nümayiş etdirməsidir.

Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? - Gömrükdə daha nələr baş verir?


Təbii ki, bunun da özəl səbəbləri var ki, o da mətbuatla əməkdaşlıqdır. Reklam bazarının olmadığı ölkə mətbuatının məlum durumu bu kimi məmurlara sərf edir və onlar mətbuatın məlum vəziyyətindən istifadə edərək jurnalistləri asanlıqla əməkdaşlığa razılaşdıra bilir. Bu isə sözügedən şəxslərin qanunsuz fəliyyətlərinin daha da rahat aparmalarına imkan yaradır.

Səfər Mehdiyevlə bu adamları iş yoxsa biznes birləşdirir? - Gömrükdə daha nələr baş verir?


Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev, müavin İsmayıl Hüseynov, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və İqtisadiyyat nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi Azər Məmmədovun fəaliyyəti ciddi şəkidlə araşdırlmalıdır.

Çünki günlərdir sosial şəbəkələrdə yayılan məlumata görə, Dövlət Gömrük Komitəsində bir neçə milyon manat yeyinti faktının üstünün açılması barədə ciddi müzakirələr aparılır.

Bu faktlar aidiyyatı qurumlar tərəfindən mütləq araşdırılmalıdır.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...