AYB-nin Gəncə bölməsinin sədri dünyasını dəyişib
Bolge
Oxunub: 1 667
29 avq 2014 | 14:33
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib. Mərhum bu gün Gəncədə fəxri xiyabanda dəfn olunub.
AYB-nin Gəncə bölməsinin sədri dünyasını dəyişib
Ötən gün axşam saatlarında qəfildən dünyasını dəyişən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şair Məmməd Alimin dəfn mərasimi olub. Respublikanın əməkdar incəsənət xadimi Məmməd Alimin yas mərasimində onun qohumları, doğmaları ilə yanaşı sənət dostları da iştirak ediblər.
Vaqif Şərifov- xalq artisti: Gəncə ictimaiyyətinə ağır itki üz verib. Yaxın dostumu itirdim. Yaxın sirdaşımı itirdim. Ruhun şad olsun Alim. Rahat yat.. Sənin dostların səni heç vaxt unutmayacaqlar. Allah rəhmət eləsin.
Dəyərli şairimizin vəfatından təbii ki, ən çox sarsılan ailə üzvləri olub.
Məmməd Alimin həyat yoldaşı: Alim müəllim özü- özünə hörmət qazanmış adamıydı. O, ailəsindən çox cəmiyyəti sevirdi. İnsanları sevirdi. Çox təəssüf ki, belə vaxtsız getdi. Onun dərdi ağır dərddi...
Məmməd Alimin qızı: Atamın vaxtsız ölümü məni çox kədərləndirdi. Atam bizim üçün həm dost idi, həm də mənəvi cəhətdən dəstək olan biri. Demək olar ki, həyatımızın mənası idi. Heç cür onun yoxluğu ilə barışa bilmirəm.
Məmməd Alimin kiçik qızı: Atamın ölümü həm bizim üçün, həm də düşünürəm Azərbaycan xalqı üçün sarsıntı oldu. Çünki atam xalqımız üçün çox çalışıb və bacardığı qədər öz töhfələrini ədəbiyyatımıza verib. Allah rəhmət eləsin, ruhu şad olsun.
Məmməd Alimin yaşadığı 65 illik ömür çərçivəsində 20-ə qədər kitabı işıq üzü görüb. Ürəyimin şəkli adlı ilk kitabı 30 yaşındaykən, 1979-cu ildə dərc olunub. 2007-ci ildə şair haqqında Yuva qurdum söz içində adlı sənədli film çəkilib. Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinə sədrlik edib. Məmməd Alim həyat eşqli bir insan idi. Dəfələrlə ondan müsahibə götürərkən, həmsöhbət olarkən bunun şahidi olmuşuq. Bütün fikirləri, duyğuları hətta yaradıcılıq nümunələri də sevgidən doğurdu. Elə sevgi ilə də köçdü son mənzilə. Özünün təbirincə desək daha doğru olar. Yalnız sevgiymiş əbədi, ölüm sevgidən sonradır...

kepeztv.az
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO