Səyyar adlı şəxs, cinayət əməllərini ört-basdır edir?
Bolge
Oxunub: 1 070
2 noy 2015 | 14:26
Səyyar adlı şəxs, cinayət əməllərini ört-basdır edir?











Ayrı-ayrı ünvanlarda nəqliyyat vasitələrinin hissə-hissə satılması, öz-özlüyündə ən böyük cinayət hadisələrindən biri hesab olunur

Gəncə şəhəri, Nizami rayonunun Gəncəvi küçəsində “Göy Məscid”lə üzbəüz həyətdə, yol-nəqliyyat hadisələrində və digər səbəblər üzündən yarasız hala düşmüş, yaxud da istifadə müddəti başa çatmış avtomobillərin hissə-hissə satılması haqda, yəqin ki, əksəriyyət məlumatlıdır. Düzdür, atılan belə bir addımların qanunsuz, cinayət hadisəsi olmasını Səyyar adlı şəxs dərk etsə də, təəssüflər olsun ki, o, bu gün də qol qoyduğu əməllərindən əl çəkmir ki, çəkmir. Çünki, bu haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə bildirir ki, Səyyar adlı şəxsin bu cür cinayət əməllərə qol qoymasının kökündə, onun daha çox hüquq-mühafizə orqanı əməkdaşları ilə qurduğu işbirliyi durur.

Diqqəti bir məqama da yönəldək ki, əslində yarasız hala salınmış, yaxud da istifadə müddəti tam başa çatmış nəqliyyat vasitələri, hissə-hissə satılmazdan öncə, onlara məxsus nömrələr təhvil verilməli, aidiyyəti qurumlarda qeydiyyatı da aparılmalıdır. Əgər belə bir addımlar atılmazsa, o halda kim təminat verə bilər ki, qeyd olunan ünvanda, yaxud da ünvanlarda hissə-hissə satılan nəqliyyat vasitələrindən axtarışda olanı, ölümlə nəticələnən hadisələr törədəni, oğurluq yolu ilə ələ keçirilənləri və.s yoxdur. Bir sözlə, belə bir ünvanda, yaxud da ünvanlarda nəqliyyat vasitələrinin hissə-hissə satılması, öz-özlüyündə ən böyük cinayət hadisələrindən biri hesab olunur.

Amma, bütün bunlara məhəl qoymayan və külli miqdarda qazanc əldə etməyi qarşısına məqsəd qoyan Səyyar adlı şəxsin əməllərinə fikir versək onu da görərik ki, əslində o, atdığı addımları ilə neçə-neçə cinayət işlərinin izlərini itirə bilir. Belə bir səbəb üzündən də, onun qanunsuz əməlləri ilə bağlı 30 oktyabr 2015-ci il tarixdə DİN-nin 102 xidmətinə etdiyimiz zəng, heç də lazımi nəticə vermədi. Çünki, qeyd olunan qurumdan Gəncə şəhər Polis İdarəsinin növbətçi hissəsinin verilməsi, növbətçi hissədən isə problemin araşdırılmasına səthi yanaşma, bizi təkrar 102 xidmətinə zəng etmək məcburiyyətində qoydu. Həmin vaxt özünün təhqiqatçı olduğunu bildirən İbrahim Hüseynov isə bildirdi ki, “siz Bakıda olsanız da, gəlib ərizə yazmalısınız” dedikdə, çox götür-qoy etməyə məcbur olduq. Onun da problemin varlığına belə bir yanaşma nümayiş etdirməsi, “sizə məlumat vermişik, gedin araşdırın və bizə də lazımi cavab verin” deməyimiz, deyəsən qarşı tərəfin heç də xoşuna gəlmədi. Sən demə bu xoşa gəlməməyin arxasında, başqa-başqa məqamlar, kimlərinsə maddi təminatlarının ödənilməsi dururmuş. Çünki, əməkdaşımız ilk əvvəl Səyyar adlı şəxslə əlaqə saxladıqda, “mən hər ay polisə də, icra qurumlarına da və digər vəzifə sahiblərinə də “haqq-hesab” çatdırıram” deməsi, atılan addımın, bəslənilən yanaşmanın səbəblərini müəyyən etməyə tam əsaslar verir.

Elmar Məşdibadov
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO