İcra başçısı ilə nazir arasında «DƏRMANPULU» məsələsi
Bolge
Oxunub: 1 103
18 noy 2015 | 10:28
İcra başçısı ilə nazir arasında «DƏRMANPULU» məsələsi









Fazil Məmmədov hər ay Mirdaməd Sadıqovdan müalicəsinin bütün xərclərini alırmış

İsmayıllı rayonunda məlum olaylardan sonra icra başçısı təyin olunan Mirdaməd Sadıqovun vergilər naziri Fazil Məmmədovun kadrı olması gizli məsələ deyil. Redaksiyamız xəbər verir ki, icra başçısı ilə nazir arasındakı münasibətlər də bu səbəbdən fərqli müstəvidə qurulub.

Əldə edilən məlumata görə, Fazil Məmmədovun nəzarətində olan rayonlara adətən külli miqdarda pullar ayrılır, abadlıq və quruculuq işləri həyata keçirilir və sair. Məsələn, Şəmkirin faktiki vəziyyəti və yenilikləri çoxdur. Elə Binəqdidə də bir xeyli işlər görülüb. Düzdür, bu zaman əhalidən toplanan pulların da böyük rolu olub. Lakin yenə də əksəriyyət belə düşünür ki, vergilər nazirinin kurasiyasında olan rayonlar digərlərindən xeyli fərqlənir.

İsmayıllının icra başçısı Mirdaməd Sadıqov isə tamam fərqli adamdır. Rayona rəhbər təyin olunandan sonra hamıya «mənəvi ata» kimi müraciət edən Sadıqovun sonradan hansı işlərə qurşandığı isə bir müddət sonra üzə çıxdı. Məlum oldu ki, icra başçısı rayona ayrılmış pulların bir qismini ya təyinatından kənar xərcləyib, ya da heç xərcləməyib. Məsələn, rayonun mərkəzindəki parkın hovuzunun yerinə mərmər daş döşənməli olduğu halda, icra başçısı onu «linenium» plastik örtüklə bəzətdirib. Hərçənd sənədlərdə hovuzun içinin mərmərdən olduğu qeyd edilib.

Fazil Məmmədovla münasibətlərə gəldikdə isə Mirdaməd Sadıqovun ona sadiq olmasına kimsənin şübhəsi yoxdur. Amma iki məmur arasındakı münasibətlərin ən ilginc tərəfi olan balaca bir detal var. İsmayıllının icra başçısı idarə və müəssisələrdən hər ay tələb etdiklərini məhz vergilər naziri Fazil Məmmədov üçün yığdırırmış. İddialara görə, bu yığımın da özəl bir adı var: «DƏRMANPULU».

Redaksiyamızın dəqiqləşdirmələrinə görə, Fazil Məmmədov xəstəlikdən əziyyət çəkir və onun mütəmadi müalicə alması lazımdır. Elə bu səbəbdən də müalicə xərcləri və dərmanların alınması bilavasitə Mirdaməd Sadıqova həvalə edilib. Yəni, İsmayıllının icra başçısı hər ay dərman pulu göndərməlidir.

Bir başqa ilginc məqam odur ki, Mirdaməd Sadıqov rayonda kimsədən bir manat istəyirsə, bunu mütləq Fazil Məmmədova və onun çatacaq «dərmanpulu»na bağlayır. Elə bu səbəbdəndir ki, rayondakı bütün idarə və müəssisə rəhbərləri ayın bəlli günlərində bir birlərinə zəng edərək, dərmanpulunun hazır olub, olmadığını öyrənirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO