Lənkəran Tibb Kollecində tələbələr təhqir olunur?
Bolge
Oxunub: 1 107
25 noy 2015 | 09:39
Lənkəran Tibb Kollecində tələbələr təhqir olunur?











Direktor İqbal Əmənullayevin xəstəlik üzündən dərsə gəlməyənləri hamının qarşısında aşağıladığı deyilir

Lənkəran Tibb Kollecində özbaşınalıq hökm sürür. Redaksiyamiz xəbər verir ki, təhsil ocağının direktoru İqbal Əmənullayevin bəzi hərəkətləri isə tələbələri hövsələdən çıxarmağa başlayıb.

İddia olunur ki, Əmənullayev çox vaxt işdə tapılmasa da, onun səlahiyyətlərini kollecin şöbə müdiri Muradəli Fərəcov reallaşdırır. Redaksiyamiza danışan tələbələr deyirlər ki, direktorun belə bir addım atması düşünülmüş planın tərkib hissəsidir. Onların sözlərinə görə, Əmənullayev hamının gözündə yaxşı olmaq və problemləri ört-basdır etmək üçün Fərəcovu qabağa verib və sabah problem yaranarsa, məsələdən xəbərsiz olduğunu demək fikrindədir.

Daha sonra bildirilir ki, artıq qış sessiyası başlamaq üzrədir və bu səbəbdən də imtahan məsələsi gündəmə gəlib. Tələbələrin Redaksiyamiza verdiyi məlumata görə, Əmənullayev tələbələrin imtahanına görə onlardan 300 manat tələb edir. Keçən il isə bu rəqəm 200 manat olub.

Qeyd edək ki, Lənkəran Tibb Kollecində baş qaldırmış problemlər təkcə bundan ibarət deyil. Həmçinin Əmənullayevin «xeyir-duası» ilə tələbələrə qiymət kitabçası və biletlərin də satıldığı da aşkarlanmaq üzrədir.

Bu gün Redaksiyamiza danışan bir neçə tələbə isə daha təhlükəli bir mətləbdən bəhs edir. Onlar deyirlər ki, hazırda Lənkəran Tibb Kollecində məktəbin təmizlənməsi üçün tələbələrin imkanlarından yararlanılır və onların mütəmadi olaraq iməclikləri təşkil olunur. «Dərsdə olanları İqbal çağıraraq, iş gördürür. Amma biri xəstə olub qayıbı çoxalarsa, onun başına min bir müsibət açılır. Məsələn, Əmənullayev dərs davamiyyətində cüzi qüsur olanları bir kənara qoyub, onları bütün işçilərin içində ağır formada təhdid və təhqir edib».

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO