SAHIBKARLARLA ICRA BAŞÇISININ QARŞIDURMASI DAVAM EDIR - GƏDƏBƏYDƏ
Bolge
Oxunub: 1 050
7 yan 2016 | 19:18
SAHIBKARLARLA ICRA BAŞÇISININ QARŞIDURMASI DAVAM EDIR - GƏDƏBƏYDƏ











Gədəbəyli sahibkarların icra başçısı ilə qalmaqalı davam edir. Növbəti dəfə mediaya müraciət edən sahibkarlar bütün dövlət qurumlarının onların xeyrinə qərar çıxardığını, lakin icra başçısının bu qərarlara sayğısızlıq göstərdiyini bildirirlər

Sahibkarlar adından Qafqazinfoya daxil olan xəbərdə bildirilir ki, onlara məxsus obyektlərin icra hakimiyyəti tərəfindən heç bir əsas olmadan sökülməsi nə hüquqa, nə də insanlığa sığır. Bunlar bir yana, indiyədək bütün aidiyyəti qurumlara edilən şikayətlər, hətta məhkəmə qərarları da icra edilmir.

Şikayətçilərdən Əliyev Oqtay Qara oğlu deyir ki, ona məxsus olan 38,5 kvm-lik obyekt 12 fevral 2015-ci il tarixdə Gədəbəy rayonunun icra başçısı Ramiz Yediyarovun verdiyi qanunsuz tapşırıq əsasında sökülüb. Sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün, hələ 2011-ci ildə şəxsi mülkiyyətimdə olan mağazanı Rabitə Banka girov qoyaraq 50 000 manat məbləğində kredit götürmüşdüm. Elə ki, mağaza yerlə-yeksan olundu, həmin vaxtdan həm sahibkarlıq fəaliyyətim bitdi, həm də Rabitə Bankla üz-üzə qaldım. Mən haqqımı tələb edərkən Ramiz Yediyarov mənə heç bir qanuni əsas olmadan 15 sutka həbs veridirdi. Bu günə kimi də mənə müxtəlif hədə-qorxular gəlirlər.

Sahibkar Vaqif Səfərov da icra başçısının qurbanı olduğunu deyir. Əslən Gədəbəy şəhər sakini olan Vaqif Səfərovun şəxsi mülkiyyətində olan 2600 kvm-lik torpaq sahəsi 2013-cü ildə min-bir bəhanə ilə rayon rəhbərliyi tərəfindən ələ keçirilir. Əvvəlcə bəhanə gətirilir ki, həmin ərazidən yüksək gərginlikli elektrik xətti keçdiyindən 2600 kvm-lik torpaq sahəsində hər hansı tikinti işləri aparmaq olmaz. Amma, çox keçmədi ki, ələ keçirilən torpaq sahəsində heç bir standarta cavab verməyən böyük ticarət mərkəzi inşa edildi.

Vaqif Səfərovun sözlərinə görə o, problemlə bağlı bütün qurumlara yazılı müraciət edib.

Digər sahibkar Əliyev Oqtay İbrahim oğlu deyir ki, Qalakənd meşə zolağında inşa etdirdiyi turizm obyekti bir ay ərzində üç dəfə 2014-cü ilin iyul ayının 11-də, 23-də və 29-da darmadağın etdirilib: Mənə məxsus obyekt, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansına aid ərazidə inşa olunan vaxt, rayon icra hakimiyyətinin vəzifəli şəxsləri ərazidə olublar. Onlar inşa olunan obyektə xeyir-dua da verdirlər. Təqribən bir il sonra atılan addımlar isə icra hakimiyyəti başçısının xəyanətkar mövqeyini ortaya qoydu.
O.Əliyevin sözlərinə görə, 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oqtay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Nəticədə, məhkəmə bununla bağlı 16 fevral 2015-ci il tarixli Qərar qəbul edib. Azərbaycan Respubliksaının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrinin rəhbər tutulduğu Qərarda bildirilir: Cavabdeh Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manat tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğlunun xeyrinə ödənilsin. Lakin Gədəbəy RİH bugünədək nəinki bu qərarı icra edib, heç məhkəməni də saymır.

Digər gədəbəyli sahibkar Qasım Məmmədov isə tam qanuni şəkildə ona məxsus olan 51 kvadrat metr olan çayxananın qeyri-qanuni olaraq sökülməsindən şikayətçidir.
Bu gün, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Bu gün, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Bu gün, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Bu gün, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Bu gün, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Bu gün, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Bu gün, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Bu gün, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Bu gün, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Bu gün, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq