İcra başçısı devalvasiyadan sonra ölkəni tərk etdi - Montoneqroya getdi
Bolge
Oxunub: 1 196
8 yan 2016 | 00:50
İcra başçısı devalvasiyadan sonra ölkəni tərk etdi - Montoneqroya getdi










İcra başçılarının tətil günlərində xaricdəki kurortlara üz tutmaları haqda yazıya reaksiyalar gəlməkdədir. Ən müxtəlif mənbələrdən redaksiyamıza icra başçılarının əksərinin tətil günlərində çalışdıqları rayonlarda olmadıqları, xaricə istirahətə getdikləri barədə xəbərlər daxil olur. Bu xəbərlərin birində Gədəbəyin icra başçısı Ramiz Yediyarovdan söhbət açılır

Ramiz Yeniyarovu 2016-cı ildə rayonda görən olmayıb. Keçən ildən rayondan gedəndir. O, Karlovı Varını bəyənmir, Montoneqroya gedir - deyə musavat.com-un redaksiyasiyası ilə əlaqə saxlayan rayon sakinlərindən biri bildirib.

Onun sözlərindən bəlli olub ki, Gədəbəy rayonuna ötən ilin son günlərində yağan qar rayon mərkəzi ilə ucqar kəndlər arasında əlaqəni kəsib: Elektrik enerjisi ilə kəndlər 4-5 gündür ki, təmin olunmur. Yollar bağlıdır. Qardan təmizlənmir. İcra başçısı isə yoxdur. Dekabrın əvvəlində Qubada qar yağdı, 4 kəndin yolunu bağladı. Səhəri günü ağır texnikanı çıxarıb yolu açdılar. Bunu televizorda göstərdilər. Gədəbəydə isə gözləyirlər ki, gün çıxar, qar əriyər. Ucqarlarda yaşayan, rayon mərkəzi ilə əlaqəsi kəsilən kəndlərin camaatı Allahın ümidinə qalıb. Ramiz Yediyarov rayonda olması da elə də fərq eləmir. Gəlsə, guya yol təmizlətdirəcək?

Xatırladaq ki, bir neçə gün əvvəl Qaynar.info-da "Azərbaycan nazirlərinə Yeni il şoku - xaricə getmək yasağı" abşlıqlı yazı dərc edilmişdi. Həmin yazıda qeyd edilirdi ki, manatın ikinci devalvasiyasından sonra nazirlərə, komitə sədrlərinə, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinə və icra başçılarına tətildə xaricə üz tutmaq qadağan edilib.

"Yeni Musavat" isə bu günlərdə İmişlinin icra başçısı Vilyam Hacıyev, Salyanın icra başçısı Tahir Kərimov, Gəncənin icra başçısı Elmar Vəliyev, Binəqədinin icra başçısı Xaləddin İsgəndərov, Masallının icra başçısı Rafil Hüseynov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov, Xətainin icra başçısı Razim Məmmədov, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun ölkə iqtisadi fəlakətlə üz-üzə olduğu bir vaxtda, ölkə prezidentinin belə Yeni il tətilini ölkədə keçirdiyinə rəğmən xarici ölkələrə istirahətə getdiyini yazıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO