9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsindən ŞİKAYƏT - Ucar sakininin haqqını kimlər yeyir?
Bolge
Oxunub: 1 172
9 yan 2016 | 21:55
9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsindən ŞİKAYƏT - Ucar sakininin haqqını kimlər yeyir?










Redaksiyamıza müraciət edən Ucar rayonu Alpout kəndi ssakini Səfərov Ağaqulu Qəfər oğlu Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəhbərliyindən giley edir. Daxil olan müraciətdə deyilir:

"Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov korrupsiya şəbəkə yaradaraq cinayət əməlləri ilə məşğuldur ki, bunun nəticəsində 11.000 manata aldığım maşınım əlimdən alınır.Belə ki, 13.06.2015-ci il tarixdə Sumqayıt sakini olan Mehdiyev Rəşad İbrahim oğlundan 99 GZ 932 dövlət nişanlı "Ford Transit" avtomobilini 11.000 manata aldım və mənim adıma rəsmiləşdirərərk 99 KX 661 dövlət nömrə nişanı verildi. 2015-ci ilin sentyabr tarixində Gəncə şəhəri Kəpəz rayon məhkəməsi iclasında iştirak etməyim üçün mənə bildiriş təqdim edildi.Məhkəmə iclasında xəbər tutdum ki, Gəncə şəhər sakini Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, 99 GZ 932 nömrə nişanlı " Ford Transit" markalı avtomobil ona məxsus olmuş tanıdığı Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu onun etibarından sui istifadə edərək həmin maşını təmir etdirib alacağını bildirib ona 3000 manat beh vermiş, sonra həmin avtomaşına saxtakarlıqla etibarnamə düzəltdirib bundan sonra himayədarı dəfələrlə əlbir olub belə cinayət əməllərini həyata keçirdiyi 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə avtomobili adına sənədləşdirib Rəşad Mehdiyevə, sonuncu isə mənə satmışdır.Qeyd edim ki, Seymur Rzayev eyni vaxtda Şamil Abbaslıya məxsus iki avtomobili etibardan sui istifadə edərək ələ keçirib saxta etibarnamə ilə himayədarı polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə sənədləşdirmişdir.Həmin avtomobillərin ikincisini isə Qubadlı rayonundan olan məcburi köçkün Həsənov Mübariz Həsən oğluna satmışdır .Kəpəz rayon Məhkəməsi iddianı təmin edilib hər iki avtomobillərin alqı- satqı və qeydiyyat sənədlərinin etibarsız hesab edilib iddiaçı Şamil Abbaslıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxartmışdır. 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov özünü və himayə etdiyi dələduz Seymur Rzayevi cinayət məsuliyyətindən yayındırmaq üçün məhkəməyə küllü miqdarda rüşvət vermişdir.Buna görə də hər ikisinin Tariyel Məmmədovun və Seymur Rzayevin əməllərində cinayət tərkibinin olmasına baxmayaraq Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov onların barəsində qanunu tədbirlər görülməsinə dair xüsusi qərar çıxarmamışdır. Çünki korrupsiya şəbəkəsi yaratmış 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi Polis Polkovnik-leytenantı Tariyel Məmmədovun verdiyi rüşvət hakim üçün dövlət qanunlarından ali olmuşdur.Bu necə olur etibardan sui-istifadə edib hər birinin dəyəri 10 000 manatdan çox olan iki avtomobili dələduzluq və saxtakarlıqla sənədləşdirən iki nəfər şəxsin barəsində heç bir tədbir görülmür ? Qanunda nəzərdə tutulmuş qaydada Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya cinayətləri ilə məşğul olduğu üçün barəsində dərhal cinayət işi başlanılıb tədbirlər görülməlidir.Mən bu korrupsiya şəbəkəsinin əməlləri barədə Prezidentə, Baş Prokurora, Daxili İşlər Nazirinə və Baş Dövlət Yol Polis İdarəsinin rəisinə şikayət ərizələri ilə müraciət etmişəm.Həmçinin mətbuat vasitəsi ilə də onlara müraciət edib xahiş edirəm Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsini cinayət yuvasına döndərmiş polis polkovnik-leytenantı Tariyel Məmmədovun və onun himayə etdiyi Gəncə şəhər sakini Seymur Rzayevin barəsində qanunu tədbirlər görəsiniz.Onların barəsində cinayət işi başlanılmalı və bizim zərərçəkən kimi tanınmağımıza dair qərar qəbul edilməlidir.Xahiş edirəm nəzərə alasınız".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb