Rayonda üsyanı İcra başçısı qaldırır ŞOK İDDİA
Bolge
Oxunub: 1 180
10 yan 2016 | 00:52
Rayonda üsyanı İcra başçısı qaldırır  ŞOK İDDİA









Bu gün Neftçalanın Qoltuq kəndində Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Balıq Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Rasim Həsənovun və DSX-nin Sahil Mühafizə Xidməti nümayəndələrinin iştirakı ilə etirazçı balıqçıların problemlərinin öyrənilməsi və həlli məqsədi ilə görüş keçirilib

Görüşdə Qoltuq və ətraf sahil kəndlərinin 300-ə yaxın sakini iştirak edib.ETSN-dən 2016-cı il üçün bilet-kvota almadıqları səbəbindən Xəzərdə balıq ovuna buraxılmayan balıqçılar bildiriblər ki, bu il üçün ETSN tərəfindən ov biletlərinin qiymətinin artırılmasından və jilka tipli torlardan istifadəyə qadağa qoyularaq kapron torlarla əvəz olunmasından narazıdırlar. Çünki artıq xeyli xərc çəkərək tutuculuq qabiliyyəti yüksək olan jilka torlar alıb qurublar, tələb olunan tutuculuğu zəif olan kapron torlar isə satışda yoxdur və bu torları tapıb istifadə etsələr də dənizdən çox vaxt əliboş qayıdacaqlar.

Nia.az-a daxil olan məlumata görə, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev,görüşdən sonra dənizçilərə bildirib ki,əgər təzə bazara gəlsəniz sizlərə kömək edəcəyəm.Xatırladaq ki,təzə bazar Ismayıl Vəliyevin özünə məxsusdur. İcra başçısı İsmayıl Vəliyev Azadlıq uğrunda mübariz fəxri adına layiq görülmüş ikinci qrup əlil Məhəmməd Fərziyevin bazarına göz dikib.Onun xırda bir balıq bazarı var. Bu da(İsmayıl Vəliyev nəzərdə tutulur-red.) gələndən sonra kənar bir yerdə özü üçün böyük bir bazaar tikdirib, istifadəyə verə bilmir. Ona görə də məcbur qalıb,balıqçıları kənarda qorxudub, aparırlar başçının bazarına.Balıqçılar da kənar yerdə balıq sata bilmədikləri üçün təzədən Məhəmməd Fərziyevin bazarına qayıdırlar.

Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir.Görkəmli siyasi və dövlət xadimi İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər Əliyevin oğludur. O, peşəkar siyasətçidir.Neftçala rayonunun camaatı cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyir və dəstəkləyəcək.Lakin bu günlərdə Ekologiya və təbii sərvətlər naziriliyinin DSX-nin Sahil Mühafizə Xidməti nümayəndələrinin Neftçala rayonunun Qoltuq kənd sakinlərini incitməsi böyük narazılıq səbəb olub.Balıqçıları boğaza yığan ETSN-i Hüseynqulu Bağırovun işçiləri nəticə etibarilə camaatı Etiraz aksiyası keçirtməyə məcbur ediblər.

Xatırladaq ki, dünən səhər saatlarında Neftçalanın əsasən Qoltuq və dənizkənarı ətraf kəndlərinin 500 nəfərə yaxın sakini Neftçala- Salyan avtomobil yolunu 2 saata yaxın bağlayaraq etiraz aksiyası keçirmişdi. Dolanışığı dənizdəki balıq ovundan çıxan bu kəndlərin sakinləri son günlər ETSN tərəfindən balıq ovuna buraxılmamalarından narazılıq etmişdilər
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...