Beyləqanda təhsil "batır" - Təcili tədbirlər görülməlidir
Bolge
Oxunub: 853
20 yan 2016 | 14:37
Beyləqanda təhsil "batır" - Təcili tədbirlər görülməlidir










Qəzetimizin ötən saylarında Beyləqan şəhər 3 saylı orta məktəbinin fəaliyyətində müşahidə olunan bir çox neqativ hallardan, xüsusən məktəbin direktoru Xuraman Rüstəmovanın öz işində yol verdiyi çeşidli özbaşınalıqlardan bəhs edən bir neçə tənqidi material dərc olunmuşdu. Qeyd edək ki, həmin materialların hazırlanmasında istinad etdiyimiz açıqlamalarda xüsusilə diqqəti cəlb edən maraqlı bir məqam bundan ibarət idi ki, hətta Beyləqan RTŞ-nin rəhbərliyi də 3 saylı məktəbdə cərəyan edən hadisələrə müdaxilə etmək imkanlarına malik olmadığını bəyan etmişdi. Xatırlayırsınızsa, mövzuya dair dərc etdiyimiz ötən materiallardan birində qeyd olunmuşdu ki, bir müddət əvvəl Beyləqan rayon 3 saylı orta məktəbin bir qrup müəlliməsi Xuraman xanımın davamlı olaraq yol verdiyi özbaşınalıqlar səbəbindən RTŞ-yə şikayət etmişlər. Lakin şöbənin müdiri Tofiq Sadıqov buna cavab olaraq bildirmişdi ki, o, Xuraman xanıma ?bata bilmir? və yaxşı olar ki, müəllimələr öz şikayətlərini Rayon İcra Hakimiyyətinə təqdim etsinlər. Digər tərəfdən isə, yeni aldığımız məlumatlarda Beyləqan RİH başçısı Vaqif Abdullayevin özü də Xuraman Rüstəmovanı qanunsuz əməllərə təhrik etməkdə ittiham olunur. Bildirilir ki, ötən ilin məzunları sırasında 3 saylı orta məktəbin direktoru heç kimin tanımadığı bir qıza da attestat təqdim etmişdir. Məlum olan budur ki, həmin qızın atası, Arzuman adlı şəxs, Vaqif Abdullayevlə yaxınlığı olan İmişli rayon sakinidir. Bir müddət əvvəl isə, həmin şəxs məhz birbaşa icra başçısının dəvətilə Beyləqana gələrək, bu rayonda həyata keçirilən müəyyən təmir-tikini işlərində podtarçı qismində çıxış etmişdir. Amma aldığımız açıqlamalarda 3 saylı orta məktəbdə növbəti buraxılışlarda attestatla təmin olunacağı planlaşdırılan belə ?naməlum? şagirdlərin yenə də olduğu vurğulanır. Məsələn bildirilir ki, hal-hazırda adı XI ?a? sinif jurnalında gedən Zalova İlahə Malik qızını da yeni dərs ili başlayandan məktəbdə görən olmayıb. Açıqlamaya görə, məhz bu ?attestat? maxinasiyaları, digər məqamlarla birgə, icra başçısı ilə məktəb direktoru arasında qarşılıqlı anlaşmanın davamlı və dayanıqlı olmasını təmin edir.
Bəzi mənbələr isə, məktəb direktorunun malik olduğu bu ?toxunulmazlıq statusunu?, qismən də onun iki oğlunun rayonda kifayət qədər nüfuzlu vəzifələrə sahib olmaları ilə izah edirdilər. Belə ki, Xuraman Rüstəmovanın bir oğlu, Yasin Əliyev Beyləqan rayon məhkəməsində sədrin köməkçisi, digər oğlu Elgün isə, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Beyləqan rayon şöbəsində çalışırlar. Qeyd etmək lazımdır ki, bundan əvvəl aldığımız açıqlamalarda Xuraman xanımın övladlarının da yol verdikləri özbaşınalıqlar səbəbindən rayon ictimaiyyətinin diqqətni daim özlərinə cəlb etdikləri vurğulanmışdı. Gözləmək olardı ki, bu gün ölkədə ?MTN işi? ilə bağlı gedən proseslər Yasin və Elgün Əliyevlərin hər halda müəyyən qədər özlərini ?yığışdırmaqlarına? səbəb olacaq. Lakin dünən bizimdovr.az-a daxil olmuş yeni məlumatlardan bunun tam əksini görmək olur. Bu xüsusda açıqlama verən mənbə bildirir ki, adəti üzrə heç bir yol hərəkəti qaydalarına məhəl qoymadan avtomobil idarə etməyi vərdiş halına salmış Elgün Əliyev, bu yaxınlarda DYP əməkdaşı tərəfindən saxlanılarkən olay çıxarmışdır. Belə ki, DYP əməkdaşına qarşı kobudluq edən Elgün, vəzifə borcunu icra edən polis məmuruna müqavimət göstərmiş və hətta onunla əlbəyaxa dava etməyə belə cəhd göstərmişdir. Mənbə bildirir ki, hazırda faktla bağlı Beyləqan RPŞ-də iş aparılır...

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...