Ağdamda məmur rüşvət alarkən jurnalistin kamerasına “yaxalandı”
Bolge
Oxunub: 982
27 yan 2016 | 09:40
Ağdamda məmur rüşvət alarkən jurnalistin kamerasına “yaxalandı”










Aldığı rüşvətə görə görəsən hansı haqqında hansı tədbir görüləcək bu məmur bəyin


Artıq respublikamızın elə də əyalət bölgəsi sayılmayan Ağdam rayonundakı bəzi məmurlar elə səviyyədə özlərinin harınlıq dövrlərini yaşayırlar ki, hətta jurnalist olduğunu və videoya çəkildiyini bildiyi halda rüşvət almaqdan belə, çəkinmirlər. Özünün də dediyi kimi, yuxarıya çatır və işlətdiyi “katyol” sözü heç də etik səslənməmişdi. Bura Ağdamdır… Digər yazılarda qeyd edən də ki, Ağdam rayonunda dövlət məmurları vətəndaşlara qarşı ögey münasibət bəsləyirlər, bəlkə də kimlərsə buna şübhə ilə yanaşmaqdaydı. Qərara gəldik ki, bütün bu şübhələri birdəfəlik aradan qaldırmaqdan ötrü Ağdam rayonuna yollanaq və dövlət məmurları ilə vətəndaşlar arasında olan münasibətlərin məhz hansı faktor üzərində dayanmasının canlı şahidi olaraq, bu barədə reportaj hazırlamaqla oxucuları və aidiyyatı şəxsləri də bilgiləndirək. Hesab edirik ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əlaqədar şəxsləri materiala daha diqqət ayırmaqla, aşağıda qeyd edəcəyimiz rüşvət alma faktına görə, ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı korrupsiyaya qarşı mübarizə kompaniyasına dəstək verə biləcəklər… Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olduğu bildirilən, Ağdam Rayon Qeydiyyat Şöbəsində, şöbənin qeyri-ciddi işlərlə məşğul olan, iş otağında vətəndaşların problemləri ilə deyil, supitnik antenna vasitəsi ilə televizorda heyvanlar aləmini seyr etmək üçün usta çağırtdırmış, hətta özünün də etiraf etdiyi kimi həftənin şənbə günləri xoruz döyüşdürmək azarkeşi olan və evində döyüşlərdə iştirak etməkdən ötrü 20 ədəd xoruz bəsləyən rəisi tərəfindən adi bir şey kimi rüşvət alınır. Hətta çəkildiyini bildiyi halda çox arxayın şəkildə ona uzadılan 50 manat rüşvəti alaraq, hətta vətəndaşa minnət qoymağı belə unutmur: ..Doğum haqqında şəhadətnamə sistemə vurulan kimi “yuxarı” görəcək ki, 2009-cu il doğumlu şəxsə indi verilib şəhadətnamə və bilən də ki, bu məhkəmə qətnaməsi olmadan verilib, deyəcəklər aldığından bizə də “gətir”. Vallah bununla alınmırdı, sənin səmimiyyətinə görə götürürəm, görüm “katyol”da necə həll edəcəm və s. heç bir dövlət məmuruna yaraşmayan tərzdə danışması sadəcə üzücü haldır.rusvet4 Qeydiyyat Şöbəsinin rəisi Zöhrab Zeynalov özü də etiraf edir ki, Ağdamda “katyol” var və guya hörmət edib aldığı bu az məbləği həmin “katyol”da ruslar demişkən başqa məbləğlərin içərisində “pakrvat” edəcəkdir. Görəsən, Cənab Zeynalov aldığı rüşvətdən verəcəyi “yuxarı” adı ilə xitab etdiyi nəzərdə tutduğu hansı ünvandır, Ağdam Rayon İcra Hakimiyyəti, yoxsa Ədliyyə Nazirliyi? Verilən doğum haqqında şəhadətnamənin üzərinə vurulmuş möhrdə məhz “Ədliyyə Nazirliyi” sözü yazılmaması, “Ağdam Rayon Qeydiyyat Şöbəsi” sözləri yazılması şübhələri yenə Ağdam RİH-nin başçısı Raqub Məmmədovun üzərinə yönəldir. Ancaq ehtimal ola bilər ki, Zöhrab Zeynalov aldığı rüşvətləri icra başçısı ilə bölməsin. Bəlkə də həqiqətən də Raqub Məmmədovun xəbəri olmaya bilərdi, düşünmək istəyimizə məsələ ilə əlaqədar olaraq əməkdaşımızın icra başçısından aldığı çarpaz cavab yenə kölgə salmış oldu. rusvet5Çünki Cənab başçı əməkdaşımız ondan telefon vasitəsi ilə müsahibə götürərərək, Ağdam Rayon Qeydiyyat Şöbəsinin rəisi Doğum Haqqında Şəhadətnamə alan vətəndaşdan bunun müqabilində 50 manat rüşvət alıb, sualı ilə münasibət öyrənərkən, “Mamedov”un maraqlı cavabı elə bu cür də olub: “Əlinizdə əgər həqiqətən də faktınız varsa gedin yazın, mən də onun anasını ağladım, onu elə mələdim ki, respublikadan çıxsın, davay oldu” deyərək süni gülüşlərlə dəstəyi asıb. Yəni, keçmiş MTN polkovniki öz vətəndaşları ona müraciət etməklə mütləq ortaya fakt qoymağa alışması, yaxud ortada fakt olmadan rüşvət alınmasını adi hal kimi sayması məntiqlərini meydana qoymasıdır. Buradan hansı nəticəni çıxarmaqla daha inandırıcı versiyanın hasil olması yenə Cənab “Mamedov”dan asılı olacaqdır. Əgər həqiqətən də dediyi kimi onu “mələdə” bilsə(bu ifadə normal ailə tərbiyyəsi görmüş insanlara xas olmayan ifadədir, bunu təkrar-təkrar qeyd etdiyimiz üçün dəyərli oxucularımızdan üzr istəyirik.rusvet1 Nə yazıq ki, bu söz Ağdamın icra başçısına məxsusdur-E.Vaqifoğlu), həqiqətən də Zeynalovun aldığı rüşvətin yığıldığı “katyol”u başqa ünvanlarda axtarmalı olacağıq… Mövzuya qayıdacağıq, dərc etdiyimiz material istintaq orqanları üçün əsaslıdır. rusvet2P.S. Z.Zeynalovla olan rüşvət dialoqunun video görüntüləri hazırda montaj işinə məsul olan əməkdaşlarımız tərəfindən efir üçün hazırlandığından növbəti yazıda həmin rüşvətalma faktını təsdiqləyən və dövlət məmuruna yaraşmayan ifadə və “jarqonlar”la aparılmış video müsahibəni təqdim edəcəyik.

Ağdamda məmur rüşvət alarkən jurnalistin kamerasına “yaxalandı”
Ağdamda məmur rüşvət alarkən jurnalistin kamerasına “yaxalandı”
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO