Yevlax şəhər Mərkəzi Xəstəxanası soyğunçuluq ünvanıdır
Bolge
Oxunub: 1 337
28 yan 2016 | 23:09
Yevlax şəhər Mərkəzi Xəstəxanası soyğunçuluq ünvanıdır










Faciəli hal odur ki, xəstəxanaya rəhbərlik edən İlham Quliyev heç nə baş verməmiş kimi, bu gün də olub-keçənlərə sanki kənardan seyr etməklə kifayətlənməkdədir

Respublikamızın səhiyyə ocaqlarında yaşanan xoşagəlməz durum hər zaman əksəriyyəti düşündürmüş və belə bir səbəblər üzündən də, əmələ gələn problemlərin varlığı bu gün də müzakirə olunan mövzulardan birinə çevrilib. Daha çox son vaxtlar aparılan araşdırmalar, əldə olunan nəticələr, ümumi müşahidələrimiz və.s, bizi belə bir qənaətə gəlməyə vadar edib ki, hal-hazırda Azərbaycan səhiyyəsində yeni islahat proqramlarının həyata keçirilməsınə, sanki zərurət də yaranıb. Çünki, əksər səhiyyə ocaqlarında rüşvətxorluq amilləri tüğyan edir, xəstələrin başına minbir oyunlar açılır, bir sözlə onlar dövlətin rəsmi açıqlamalarında göstərilən təminolunmalardan kənarda da qalırlar.

Bu da bir həqiqətdir ki, bugünkü ictimai həyatımızın göstəriciləri, müasir dövrün tələbi, hər kəsin səhiyyə sahəsində üzləşdiyi problemləri, sanki aradan qaldırmağı da zəruri edir. Düzdür, hökümət səviyyəsində bu yöndə müəyyən addımlar atılsa da, qəti qərarlar qəbul olunsa da, hələ də əksər səhiyyə ocaqlarında anarxiya, soyğunçuluq, rüsvayçılıq, xəstələrə ögey yanaşma amilləri tüğyan etməkdədir. Belə səhiyyə ocaqlarından biri də, Yevlax şəhər Mərkəzi Xəstəxanasıdır.

Adı çəkilən səhiyyə ocağına qarşı belə bir yanaşmamızı məhz ona görə bu cür ifadə edirik ki, 15 dekabr 2015-ci il tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi ev-45 ünvanında yaşayan, 2-ci qrup əlil Əliyeva Nigar Əbdüləli qızı, daxili orqanında əmələ gələn şiş xəstəliyi ilə bağlı həmin səhiyyə ocağına müraciət edir. Xəstəxananın cərrahiyyə şöbəsində çalışan cərrah həkim Elmir Qədimov, ilk öncə xəstəyə baxdıqdan sonra, onun əməlliyyat olunmasıın vacibliyini bildirir. Amma, 300 manat rüşvətin müqabilində. Düzdür, xəstə həkimə müəyyən məbləğdə “şirinlik” verəcəyini əvvəlcədən düşünsə də, amma ondan istənilən 300 manat pulu verə bilməyəcəyini bildirir. Çünki, Nigar Əliyeva həm 2-ci qrup əlil, həm təqaüdə möhtac qalan, həm də olduqca imkansız şəraitdə yaşayan bir şəxs olduğunu bildirsə də, həkim Elmir Qədimov onun danışdıqlarına heç cür məhəl qoymur. Hətta, 300 manat rüşvəti verməyəcəyi təqdirdə, onu əməliyyat etməyəcəyini də bildirir. Son anda həkimin tələbi qarşısında aciz qalan Nigar Əliyeva, istənilən məbləği güc-bəla ilə birtəhər tapır və 16 dekabr 2015-ci il tarixdə onu Elmir Qədimova çatdırır.

Bir məqama da diqqət yetirək ki, bu gün əhalinin xeyli hissəsinin ümumi yaşayış tərzi, o qədər də yaxşı deyil, Daha çox zərbə imkansız təbəqəyə dəydiyindən, çoxsaylı imkansız şəxslərdən biri olan Nigar Əliyeva da, Elmir Qədimovun rəzil tələbindən xeyli ziyana düşür. Təəssüf doğuran hal odur ki, bir tərəfdən ölkə rəhbəri cənab İlham Əliyev rüşvətxorluğa, korrupsiyaya, süründürməçiliyə qarşı mübarizə aparır, amma İlham Quliyevin rəhbərlik etdiyi səhiyyə ocağında isə, hər cür əyintilərə şərait yaradılır. Bu cür əməllərin “çiçəklənməsi”ndə isə, birbaşa Elmir Qədimov kimi həkimlərimizin xüsusi rolu olur.

Diqqəti bir məqama da yönəldək ki, əməkdaşımızın kifayət qədər məzmunlu, dəlil-sübutlar əsasında təsdiq edə bildiyi faktı qabartması nəticəsində, Elmir Qədimov 2-ci qrup əlil olan Nigar Əliyevadan aldığı 300 manatı geri qaytarmağa məcbur olur. Belə bir addımın atılması da, əslində qeyd olunan səhiyyə ocağında rüşvətxorluğun tüğyan etməsini təsdiq edən amildir.

Ümumiyyətlə, Yevlax şəhər Mərkəzi Xəstəxanasının ümumi görünüşü nəzər-diqqəti cəlb etsə də, daxili aləmində baş verən həngamələr, tamam başqa-başqa mətləblərdən xəbər verir. Çünki, xəstəxana rəhbərliyinin yarıtmaz idarəçiliyi, bu gün də həmin ünvanın adını dillər əzbəri edib. Məsələn, xəstəxanaya ayaq basan hər kəs, ilk əvvəl giriş qapısındaca “soyulur”lar. Elə ki, birinci mərtəbəyə daxil oldun, əsl müsibət də həmin andan başlayır. Başbilən həkim kollektivinin, “yolkəsən” tibb bacılarının, yaşıl xalat geyib ətrafa şölə saçan xadimələrin və.s qarşısında duruş gətirmək üçün, ya bankir, ya da ki, pullu-paralı biznesmen olmalısan. Əgər belə bir imtiyaz sahibi olmadın, vay sənin halına! Çünki, cənab İlham Quliyevin qəbul etdiyi “xəstəxanadaxili konstitusiya”, hər bir vəzifə sahibinə “mütləqi-ixtiyar” verməklə bərabər, xəstələrin, yaxud da onların yaxınlarının “cibinə girmək” üçün, xüsusi səlahiyyət də verir. Yevlax şəhər Mərkəzi Xəstəxanasının dövlət səhiyyə ocağı olmasına baxmayaraq, xəstəxanada xəstələrə tutulan divan, əksər otaqların, yataq dəstlərinin, geyim formalarının infeksiya mənbəyi olması, dövlətin xəstələrə verdiyi dərman preparatlarının onlara pulla satılması, imtiyazlı xəstələrin incidilməsi və onlara biganə münasibətin bəslənməsi, xəstələr üçün nəzərdə tutulan ərzaq məhsullarının qeybə çəkilməsi və.s kimi müdhiş amillərin varlığı, bir daha onu söyləməyə əsas verir ki, adıçəkilən səhiyyə ocağında rəhbərlik yarıtmaz idarəçiliyini, bu gün də davam etdirməkdədir.

Xəstəxananın daxilində yaşanan ab-hava haqda məlumatları redaksiyamıza çatdıran mənbə onu da bildirir ki, rəhbərliyin şəxsi maraqları, əksər hallarda ümummilli maraqlarmıza güc də gəlir. Məsələn, xəstəxanada çalışan həkimlərdən bəzilərinin iş fəaliyyətləri, çox zaman şübhə altina da alınır. Bundan əlavə, adı çəkilən səhiyyə ocağında elə tibb bacıları var ki, adicə sərbəst iynə vurmaq, həkim reseptini oxumaq qabliyyətinə belə malik deyillər. Qan analizi laboratoriyasında, rentgen kabinetində, sarğı otağında və.s çalışanların, “mənə görüm-baxım etmirsənmi?” deyib hay-həşir salmaları da, cənab İlham Quliyevin yarıtmaz idarəçiliyi haqda, lazımi fikirlər söyləməyə əsaslar verir.

Ümumiyyətə, Yevlax şəhər Mərkəzi Xəstəxanasında baş verən həngamələr haqda saatlarla yox, günlərlə həm yazmaq, həm də danışmaq lazımdır ki, bugünədək yaşanan ab-hava haqda lazımi məlumatları əldə etmək mümkün olsun. Yoxsa dərdimiz uzun, yaralarımız isə sağalmaz olacaq.

Araşdırmamız davam edəcək.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO