Kollec direktoru 100 min manatı pul hesab etmir
Bolge
Oxunub: 969
1 fev 2016 | 16:15
Kollec direktoru 100 min manatı pul hesab etmir












Göyçay İdarəetmə və Texnologiya Kollecinin tələbələri aksiyaya hazırlaşır, onlar Xəlil Orucovun əlindən bezdiklərini deyirlər

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıq hökm sürür. Bu təhsil ocağında oxuyan tələbələr deyirlər ki, direktor Xəlil Orucovun «pul tələlərinə» düşməkdən beziblər.

Həmin məlumatlarda vurğulanır ki, Orucovun yeni «tələsi» tələbələri əvvəlcə kəsmək, daha sonra isə təkrar imtahan yolu ilə qiymət yazmaqdan ibarətdir. Belə bir variantın düşünülməsi isə məqsədlidir və niyyət daha çox pul almaqdır. Mətbuata məlumat verən tələbələr deyirlər ki, sonuncu imtahan sessiyasında artıq bunun əziyyətini çəkməyə başlayıblar. Onlar qeyd edirlər ki, direktorun təlimatına əsasən artıq qiymətlər də artırılıb. Və bu devalivasiya ilə izah olunur. «Başa düşə bilmirik, biz bura oxumağa gəlmişik, yoxsa, pul verməyə? Biliyi olanlara da güzəşt edilmir. İnd idə imtahanlar üçün tələb olunan məbləğ artırılıb. Deyirlər ki, manat dəyərdən düşüb, ona görə də, qiyməti artırmaq məcburiyyətindədirlər. Sanki biz kollecdə deyil, bazardayıq».

Tələbələr bildirirlər ki, belə davam etməsinə razı deyillər və bununla bağlı etirazlarını bildirmək istəyirlər. Onların sözlərinə görə, hazırda tələbələr arasında bununla bağlı müzakirələr gedir və yaxın günlərdə qərar veriləcək. «Böyük ehtimalla kollecin qarşısında etiraz aksiyası keçirəcəyik. Məqsədimiz başımıza gətirilənlərdən bütün ölkənin xəbərdar olmasıdır. Tələbimiz odur ki, özbaşınalıqlara son qoyulsun və pul yığımı dayandırılsın».

Araşdırmalar zamanı başqa bir maraqlı məqamın üzəri açılıb. Məlum olub ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun qazancı təkcə tələbələrdən yığılan pullardan ibarət deyil. Onun həmçinin hər il kollecə ayrılan vəsaitlərdə də ciddi payı var. Məsələn, direkitorun təkcə 2013-cü ildə ayrılmış 100 min manata yaxın vəsaiti təyinatı üzrə xərcləmədiyi deyilir.

Məlumatlarda iddia olunur ki, Orucov həmin pulun 8000 min manatına yumuşaq inventarların alındığını sənədləşdirsə də, həmin mebellərin nə zaman alındığı və hara yerləşdirildiyini görən olmayıb. Mənə bildirir ki, bir-iki sınıq salxaq stol,stuldan başqa təhsil ocağına heç nə gətirilməyib. Amma iddialar var ki, kollec direktoru həmin pula Göyçaydakı villasına mebel alıb.

Vurğulanır ki, Xəlil Orucovun «əməliyyat»ları sırasında 15 min manatlıq cari təmir işləri də var. Bu pulun hansı təmir işlərinə sərf olunduğu məlum olmasa da, sənədlərdə daşdan keçəcək səviyyədə «əsaslandırılıb». Halbuki Göyçay Dövlət İdarəetmək və Texnologiya Kollecinin binasının içində yetərli qədər təmir olunası yerlər var.

Orucovun pul silmək üçün kommunal xidmətlərin satın alınmasından səmərəli istifadə etdiyi də sənədlərdən aydın görünür. Çünki bu xidmətlər üzrə iki dəfə pul ayrılıb ki, onların da toplam cəmi 6000 manata yaxındır. Maraqlıdır, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində nə qədər elektrik, su və qazdan istifadə olunur ki, bu qədər vəsaitə gərək yaranır?

Məbləğlərin şişirdilməsi prosesində abadlıq işlərinin aparılmasından da yararlanılıb. Məsələn, ildə iki dəfə «abadlıq» işləri aparan kollec direktoru bunun üçün 15 min manat ayrılmasına nail olub. Hərçənd bu qədər pulla kollecdə hansı abadlıq işlərinin görüldüyü məlum deyil.

İnventar və avadanlıqların satın alınmasına gəldikdə isə bunun üçün 20 min manatın sərf edildiyi vurğulanır. Ki, ortada nə düz-əməlli inventar var, nə də avadanlıq. Labaratoriyaların durumunun hansı acınacaqlı vəziyyətdə olduğunu isə tələbələr hamıdan yaxşı bilirlər.

Bir maraqlı məqam da olur ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə il ərzində guya, 7000 manatlıq dəftərxana ləvazimatı alınıb. Əcəba, üçcə kəlmə sözü yazmaq üçün adi kağız tapılmayan kollecdə o qədər dəftərxana ləvazimatı haradadır?

Bəzi iddialara görə, Xəlil Orucov ildə 100 min manatlıq qazancı özü üçün heç də uğur hesab etmir. Onun yaxın adamlarının dediyinə görə, kollec direktoru daha böyük pulların qazanılmasının vacibliyini bildirir. Bunu da onunla izah edir ki, guya, Təhsil Nazirliyi və Göyçayın icra başçısı ondan haqq alır.

Yazıda adları keçən şəxsləri dinləməyə hazırıq.
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”