Gəncənin 40 yaşlı təhlükələri
Bolge
Oxunub: 840
10 fev 2016 | 18:24
Gəncənin Mahrasa Bağı yaşayış massivinin sakinləri binaların qarşısındakı qurumuş ağacların yaratdığı təhlükədən narahatdırlar. 40-45 yaşı olan qurumuş ağaclar real təhlükə mənbəyi olduğundan əsən hər külək böyük budaqların qırılaraq yerə tökülməsi ilə nəticələnir.

Hələ sovet dönəmində əkilən qovaq ağaclar 15-20 metr hündürlüyə qədər qalxıb. Budaqları çürük və kövrək olduğundan küləkli havalarda ağacların aşma ehtimalı böyük olur. Mahrasa Bağının sakinlərinin bildirdiklərinə görə, ağaclar budanmadığından binalarda yaşayan sakinlərin xəsarət almasına və sağlamlıqlarına ciddi təhlükə yaranır.
Gəncənin 40 yaşlı təhlükələri
Rəşad Həsənov – sakin: “Təhlükə odur ki, görüsüz də maşınlar dayanır, külək əsən kimi qopub düşür üstünə. Bundan başqa uşaq oynayır, böyük keçir, təhlükədir”.
Telman Ramazanov- sakin: “O qovaq ağacları var, onların müddətləri çox azdır. Kökləri də demək olar ki, yoxdur. Baxırsan ki, bir balaca külək olan kimi öz- özünə yıxılır. O da xəsarət yetirir. Ya insana, ya maşına. ya da ki, evə. Bu hadisələr olmadan öncə gərək bunu yığışdıralar. Bir neçə dəfə söhbət olub bu ağacların kəsilməsinə görə. Heç bir aidiyyəti qurum buna fikir vermir”.

Gəncədə ağacların kəsilməsi və ya budanmasını 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəyinə əsasən şəhər Yaşıllaşdırma İdarəsi həyata keçirir.

Məsələ ilə bağlı 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsindən isə bildirdilər ki, qurumuş ağaclarla bağlı həmin ərazidə yaşayan sakinlər mütləq şəkildə şöbəyə ərizə ilə müraciət etməlidirlər. Məhz bundan sonra şöbə əməkdaşları həmin əraziyə gedərək, qurumuş ağaca baxış keçirirlər və onun kəsilməsi və ya budanması haqqında rəy verirlər.
Qalib Quliyev- 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin sektor müdiri: “Ümumiyyətlə, təhlükəli ağaclarla bağlı və digər ekoloji işlərlə bağlı bizim şöbənin monitorinq sektorunun işçiləri mütəmadi olaraq monitorinqlər keçirir. Sakinlər tərəfindən bizə məlumatlar və ərizə ilə müraciətlər daxil olur. Biz də başlayırıq həmin müraciətlərə əsasən öz işimizi qurmağa”.

Ötən il 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə olunan müraciətlər əsasında 90 ağacın budanması həyata keçirilib. Bu ilin yanvar ayında isə 2 ağacın kəsilməsinə rəy verilib.

http://kepeztv.az
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb