Şəmkir və Tovuz rayonlarını birləşdirən dəmir yolu yenidən qurulur
Bolge
Oxunub: 936
13 fev 2016 | 19:39
Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsinə start verilib. Bu dəfə Şəmkir-Tovuz rayonlarını birləşdirən dəmir yolunun əsaslı şəkildə yenidən qurulması həyata keçirilir.
Şəmkir və Tovuz rayonlarını birləşdirən dəmir yolu yenidən qurulur
Ötən əsrin 80-ci illərində salınan Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu məqsədlə Zəyəm - Qovlar mənzilində ötən gündən yolun sökülərək yenidən qurulmasına başlanılıb. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi”-nin kollektivi və Çexiya Respublikasının mütəxəssisləri həyata keçirir. Aparılan işlər çərçivəsində xüsusi texnikalar vasitəsilə köhnə dəmir yolu sökülür və yol yatağı yenilənir. Bundan sonra yeni reyslərin düzülərək bərkidilməsi prosesi aparılır.
Nadir Əzməmmədov- “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi: "Bu vaxta qədər tərəfimizdən 400 kilometr yolda əsaslı təmir işləri həyata keçirmişik. Hal-hazırda 2-ci etap başlayıb və bu mərhələ 600 kilometr təşkil edir. Layihəyə ötən ilin oktyabr ayından start verilib. Hazırda Zəyəm - Qovlar mənzilində 12.4 kilometr məsafədə təmir işlərinə başlanılıb. Səhər saatlarından artıq yolun sökülməsinə başlanılıb. 10 gün ərzində işləri yekunlaşdırmağı planlaşdırırıq".
Azərbaycan Dəmir Yollarının maddi–texniki təchizatı və əsaslı təmiri layihəsi çərçivəsində bütün dəmir yolu keçidlərinin şlaqbaumları elektronlaşdırılır. Artıq qatar gələn zaman mühafizə zolağı əl əməyi vasitəsilə deyil, quraşdırılan müasir texnikalar vasitəsilə bağlanacaq.

Qovlar-Zəyim stansiyaları arasında aparılan yenidənqurma işləri çərçivəsində ərazidə mövcud olan 4 dəmir yolu keçid məntəqəsi də əsaslı şəkildə yenidən qurularaq istifadəyə veriləcək.

“Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında İxrac Müqaviləsinə əlavə saziş imzalanıb. Layihənin 2018-ci ildə yekunlaşdırılması nəzərdə tutulur.

kepeztv.az
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ