Cəlilabad sakini özünü belə doğradı - İCRA BAŞÇISINA GÖRƏ
Bolge
Oxunub: 963
19 fev 2016 | 15:18
Cəlilabad sakini özünü belə doğradı - İCRA BAŞÇISINA GÖRƏ








Şikayətçi İcra Hakimiyyəti qarşısında özünü doğradı

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin binası qarşısında intihara cəhd baş verib.

Rayondakı mənbələrdən bəlli olub ki, polis və məhkəmənin qanunsuzluğundan icra başçısına şikayət etmək istəyən Alar kəndindən Əliyevlər ailəsi zorakılıqla üzləşib. Buna görə də ailə üzvlərindən biri – Tərlan Əliyev özünü bıçaqla doğrayıb. Daha iki nəfər isə özünü yandırmaq istəyib, lakin ətrafdakılar onlara mane ola biliblər. Daha sonra şikayətçilər polis şöbəsinə aparılıblar.

Yaralı Tərlan Əliyev isə rayon xəstəxanasına yerləşdirilib.

Ailə başçısı Füzuli Əliyev, onun yetkinlik yaşına çatmamış oğlu Allahverdi Əliyev və qardaşı oğlu Rüstəm Əliyev hazırda polis şöbəsindədirlər.

Məlumata görə, baş verənləri telefonla çəkmək istəyənlərə də zor tətbiq olunub. Onların telefonları əllərindən alınıb və sındırılıb./azadliq

Xatırladaq ki, Zaman-zaman Cəlilabad rayonunda icra başçısı və onun ətrafında olan yüksək vəzifəli şəxlərlə bağlı ciddi qanun pozuntuları müşahidə edilməkdədir. Bir müddət öncə biz icra başçısının səhiyyə sistemini çökdürməsi, insanların bu sahədə ciddi bürökratik əngəllərlə qarşılaşması barədə yazı dərc etmişdik.
Redaksiyamıza daxil olan növbəti şikayət isə Cəlilabadda icra başçısı Əziz Əzizovun təhsil sahəsinə əl qoyması, işçilərin əmək haqqlarının mənimsənilməsi ilə bağlıdır.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, icra başçısı təhsil işçilərinin əmək haqqlarının mənimsənilməsi “əməliyyatında” rayon məhkəməsinin və polis rəisinin əməyindən istifadə edir.

Məktubu olduğu kimi təqdim edirik.

“Cəliabad rayon təhsilinin bərbad vəziyyətə salınmasına səbəbkar olan kadrların himayəçisi olan İcra başçısı Əziz Əzizov bu dəfəfə bir az da qabağa getdi. Cəlilabad rayon Təhsil İşçilərinin Maarifyanı Şurasına Rayon Təhsil Şöbə müdiri deyil özü rəhbərlik edərək açıq şəkldə bəyan etdi ki, hamı qoyulan tası vaxtında versin və kimsə problem yaratmağa çalışmasın. Devalvasiya və yoxsulluq səbəbindən pulu ödəyə bilməyəcəyini elan edərək Rayon Təhsil Şöbəsində narazılıq edən müəllimlər haqqında rayon rəhbərinə məlumat verən kimi İcra başçısı Əziz Əzizov, məhkəmə sədri Əliəjdər Ələkbərov və polis rəisi Namiq Camalov RTŞ-yə gələrək bir neçə nəfəri işdən uzaqlaşdırmaqla etirazı boğublar. Artıq ikinci aydır müəllimlər maaşlarını almıyiblar və bu barədə şikayət edilməsinə baxmayaraq heç bir nəticə əldə edilmir. Belə getsə Təhsil İşçilərinin kütləvi etiraz aksiyasına çıxacaqlar”
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO