Astarada bazar qovğası-SKANDAL
Bolge
Oxunub: 954
22 fev 2016 | 13:47
Astarada bazar qovğası-SKANDAL











Rauf Həziyevə məxsus ticarət mərkəzini ələ keçirən qardaşı illərdir qanunlara tabe olmur, məhkəmə qərarları isə icra olunmamış qalır

Astara rayonunda bir ailənin bazar qalmaqalı yaşanır. Əslində, məsələ ailə ilə məhdudlaşmır, həm də kənardan bəzi qüvvələrin maraqlarını ifadə etdiyi üçün haqlı bir kənarda qalıb, haqsıza meydan verilib.

Redaksiyamızın məsələ ilə bağlı apardığı araşdırmadan belə məlum olur ki, 2006-cı ildə Rusiyadan yenicə gəlmiş Rauf Həziyev ailə üzvlərinin məsləhəti ilə Astaranın mərkəzində yerləşən, ümumi sahəsi 28 sot olan bazarı satın alıb. Həmin müddətdən 3 il sonra, yəni, 2009-cu ildə sözügedən şəxs müəmmalı şəkildə həbs olunur və ona qarşı «satış məqsədiylə külli miqdarda narkotik maddələrin saxlanılması» ittihamı irəli sürülür.

Qeyd edək ki, bu ittiham həmin dövr üçün keçərli hesab olunur və məsələ dərindən araşdırılmadan bazarın sahibi həbs olunur. Rauf Həziyev 2009-cu ildən etibarən 2 saytı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdədir. Həbsiylə əlaqədar olaraq bazara işlədə bilməyəcəyini görən Astara sakini, ticarət obyektini qardaşına həvalə edir. Onu etibarnamə belə verir. Amma bu sənəd müddətli olduğu üçün 2012-ci ildə vaxtı başa çatır.

Bazarı qardaşı Asif Həziyevə etibar edən Rauf sonradan atdığı addımdan dolayı peşmanlıq hissi keçirməyə başlayır. Səbəb isə Asifin bazardan yalnız şəxsi maraqları üçün istifadə etməsi, Rauf Həziyevin ailəsinə baxmaması, onların kirayələrdə əziyyət çəkməsi olur. Belə olan təqdirdə, həbsdə olan Həziyev qardaşının adına olan etibarnamənin müddətinin bitməsi səbəbindən etibarlı bir adamına bazarı əmanət edir. Di gəl, Asif Həziyev qardaşının bu hərəkətindən qəzəblənərək, bazarı kimsəyə verməyəcəyini bildirir. Bu günə qədər də bazarın qanuni rəhbərini ticarət mərkəzinə buraxmır, ona qarşı təzyiqlər edir və hədələyir.

Bildirək ki, bazar məsələsiylə bağlı məhkəməyə edilən müraciətlər də Rauf Həziyevin xeyrinə olur. Hazırda isə proses Apellyasiya Məhkəməsi həddini də keçib. Lakin məhkəmə qərarları olmasına rəğmən, onların icrasına heç bir əhəmiyyət verilmir. Astara rayon Məhkəmə Qərarları İcrası Şöbəsinin əməkdaşları dolayısı ilə etiraf edirlər ki, onlar bu məsələdə acizdirlər və qərarı icra etmək gücündə deyillər. İşin içində kimlərin olub, olmadığı isə hazırda tərəfimizdən araşdırılır.

Rauf Həziyevin həyat yoldaşı, Rusiya vətəndaşı olan Svetlana Didenkonun müraciət etmədiyi dövlət qurumu qalmayıb. O saytımıza verdiyi açıqlamasında bildirib ki, dəfələrlə müvafiq dövlət qurumlarına, Rusiya səfirliyinə belə müraciət edib. «Hamısı məni haqlı bilsə də, problemi həll etməkdən imtina edirlər. Bu gün Astara rayonunda yerləşən bazar mənim həyat yoldaşıma məxsus olsa da, başqaları tərəfindən zəbt olunub. Hətta polis göndərildikdə belə onlara zor tətbiq olunur. Mən hələ də anlaya bilmirəm ki, Asif Həziyev kimə arxalanır ki, bu qədər özbaşınalığa yer verir».

Svetlana Didenko Azərbaycanda müvafiq dövlət qurumlarının ona köməklik göstərməməsi səbəbindən Rusiya prezidenti Vladimir Putinə şikayət etməyi düşünür.

Bu əsnada, Svetlana Didenko baş prokuror, vergilər naziri və daha bir neçə qurumun rəhbərlərinə müraciət ünvanlayıb. Həmin müraciətdə vurğulanır ki, 2012-ci ildən bu günə kimi bazarı qeyri-qanuni olaraq işlədən Asif Həziyev bu illər ərzində dövlət büdcəsinə bir qəpik belə ödəməyib. «Ayda 10 min manatdan artıq qazanc sahibi olan Asif Həziyevin vergi ödəməməsi də xeydi təəccüblüdür. Maraqlıdır ki, 6 saylı Vergi Departamentinin yaxınlığında bu hadisənin baş verməsinə rəğmən, sözügedən dövlət qurumu nə audit yoxlaması həyata keçirib, nə də vergiyə cəlb olunmanı ciddiyyətə almayıb».

Rusiya vətəndaşı olan qadın daha sonra redaksiyamıza göndərdiyi müraciətində yazır ki, 6 saylı Vergi Departamentinin məsələyə bu şəkildə yanaşması onun haqqında əsaslı şübhələrin yayılmasına səbəb ola bilər. «Asif Həziyevin bu illər ərzində fəaliyyətinin yoxlanılmaması çox qəribədir. Dövlət büdcəsinə bir qara qəpik də olsa, pul köçürməyən və bununla qanunsuz fəaliyyətini davam etdirir».

Didenko daha sonra qeyd edir ki, bütün bu qanunsuzluqlara rəğmən, təkcə dövlət büdcəsinə deyil, həmçinin Rauf Həziyevin də ailəsinə ciddi zərərlər vurulmaqdadır. «İndiyə qədər Astara Məhkəməsi və Apellyasiya Məhkəmələrinin qərarları çıxarılıb. Lakin icra olunmur. Bununla bağlı aidiyyatı qurumlara etdiyimiz şikayətlərə də əhəmiyyət verən yoxdur. Rayon rəsmilərinə bununla bağlı müraciət edildikdə isə vurğulayırlar ki, onların Asif Həziyevi bazardan çıxarmağa gücləri çatmır. Maraqlıdır, niyə gücləri çatmır? Olmaya bu şəxsin arxasında hansısa maraqlı qüvvələr dayanır ki, onlar da məhkəmə qərarlarının icrasına maneçilik törədir?»

Rusiya vətəndaşı olan xanım sonda bəyan edir ki, onun Putinə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. «Mən həyat yoldaşımın qanuni haqlarının tapdanması, ona məxsus olan bazarda tam hüquqa sahib olmasının əngəllənməsi ilə bağlı Rusiya prezidentinə müraciət etmək məcburiyyətində qalmışam. Ondan xahişim odur ki, ərim Rauf Həziyevə məxsus bazarın qanuni sahibinə verilməsinə yardımçı olsun».

Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...