İcra başçısına şok ittiham: Məmuru ölüm həddinə çatdırdı
Bolge
Oxunub: 881
22 fev 2016 | 13:55
İcra başçısına şok ittiham: Məmuru ölüm həddinə çatdırdı










Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparanlar heç də hər iki məfhuma yuvarlananları cəzalandırmırlar. Onların “ilişdirdikləri” cüzi bir əməkhaqqı ilə ailəsini zorla saxlayanlar olur. Ehtiyac içərisində olduqlarından əllərini manata uzadan kimi korrupsiyada suçulanırlar

Ağstafa rayonundan redaksiyamıza daxil olan məlumat kifayət qədər ilgincdir. Belə ki Ağstafa Rayon Təhsil Şöbəsinin sabiq müdiri, mərhum Fərhad Vəliyev ölümü ilə bağlı redaksiyamıza daxil olan məlumatda rayon icra başçısının adı hallanır.

Məlumat üçün bildirək ki, Fərhad Vəliyev ilk dəfə pedaqoji fəaliyyətə sabiq Qazax Rayon Maarif şöbəsində metodist, sonra Ağstafa Rayon Qaçaq Kərəm orta məktəbində direktor, daha sonra Ağstafa şəhər 2 saylı orta məktəbində direktor işləyən Fərhad müəllim həmişə işinə diqqəıtli, tələbkar və verilən tapşırıqlara layiqincə əməl edən bir şəxs olub. Onun işlədiyi məktəblər təlim və tədrisin keyfiyyətinə görə birinci olub. O, bu xidmətlərinə görə irəli çəkilərək Ağstafa Rayon Təhsil Şöbəsinə müdir təyin edilib.

Rayondan redaksiyamıza daxil olan məlumata görə, ötən ilin sonlarında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fərhad müəllimi yanına çağıraraq 6 nəfər məktəb direktorunun işdən azad edilməsini tələb edir. Fərhad müəllim də başçıya cavabında, onun dedikləri məktəb direktorlarının layiqli təhsil işçiləri olduğunu və bunun mümkün olmadığını bildirir. Elə məsələ də buradaca qızışır. Məhərrəm Quliyev elə isə özünün ərizəsini yazmağı tələb edir. Fərhad Vəliyev təhsildə yüksək göstəricilərinə güvənərək məsələ ilə bağlı təhsil nazirliyi ilə əlaqə yaradır və icra başçısının haqsız təzyiqləri ilə əlaqədar nazirliyə yazılı şikayət verir.

Fərhad müəllim haqqın qalib gələcəyinə inandığı halda, əks olaraq heç nə düşünmür. İcra başçısı Məhərrəm Quliyev də Allahdan və “şeytandan” qorxmadan təhsil nazirliyinə çıxaraq Fərhad Vəliyev haqqında olmazın ifadələr işlədir. Nazirlik isə Fərhad Vəliyevi tanıya-tanıya, onun təhsildə xidmətlərini bilə-bilə, rayon təhsilinin yüksək göstəriciləri əlinin altında ola-ola icra başçısının dediklərinə inanır. Təhsi nazirliyini əməkdaşları Fərhad müəllimlə əlaqə saxlayaraq, icra başçısını eşitməyi təklif edirlər. Bir neçə ay yazışmadan sonra, təhsil nazirliyi əsasız olaraq icra başçısının dedikətrinə bəraət qazandırır və Fərhad Vəliyev işindən kənarlaşdırılır. Onu Ağsatafa Şəhər Ə. Hüseynov adına 1 saylı tam orta məktəbinə direktor təyin edirlər. Cəmi bir neçə ay bu məktəbdə işləyən Fərhad Vəliyev haqsız təzyiqlərə, icra başçısı tərəfindən başına gətirilən oyunlara dözməyərək ürək ağrısı tapır. Elə məktəbdə infarkt keçirən Fərhad Vəliyev xəstəxanaya yerləşdirilir. Bir neçə gün komda qalan Vəliyevi icra başçısı Məhərrəm Quliyevin haqsızlıq yükü dünyasını dəyişməyə məcbur edir. Onu da qeyd edək ki, icra başçısının Fərhad Vəliyevə 6 nəfər məktəb direktorunun çıxarılması və yerinə yenilərinin təyin edilməsi qeyri-rəsmi zor-zoranə göstərişi maddi maraq çərçivəsində olmuşdur. Belə çıxır ki, icra başçısına təcili pul lazım imiş. Bu gün isə Ağstafa əhalisinə Fərhad Vəliyevin vaxtsız ölümü çox pis təsir edib.Bu acı məsələni mahiyyəti ilə rayonun hər bir ziyalısı yaxşı bilir.

P.S. Ağsatafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev son illər mətbuatın manşet səhifəsinə çıxıb. Hər gün mətbuatı izləyən Prezident Adminstrasiyasının reaksiyasızlığı, başçının isə öz bildiklərini etməsi ictimaiyyət arasında bir mənalı qiymətləndirilmir. Məhz elə xalqı da hökümətdən narazı salan Məhərrəm Quliyev kimi icra başçılarıdır. Gözəl ziyalı, bacarıqlı pedaqoq, təvazökar və qayğıkeş insan mərhum Fərhad Vəliyevin müəmmalı ölümü də Məhərrəm Quliyevin ən böyük günahlarından biridir.

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxsləri də dinləməyə hazırıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO