DataLife Engine / Qazaxda təhsilimiz məhvə sürüklənir

Qazaxda təhsilimiz məhvə sürüklənir

Qazaxda təhsilimiz məhvə sürüklənir












Təqribən bir ilə yaxındır ki, rəhbərlik etdiyi təhsil şöbəsini rüşvətxorluq yuvasına çevirən Nizaməddin Babanlını, yaxın vaxtlarda nələr gözləyə bilər?

Babanlı soyadı ilə tanınan və Qazax rayon Təhsil Şöbəsinə təqribən bir ilə yaxın müddət ərzində rəhbərlik edən cənab Nizaməddin Babanlını adı, artıq respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb, hüsnü-rəğbət bəsləsinlər. Amma, bu şəxsin adı çəkiləndə tam əksəriyyət onu təhsilimizin qənimi hesab etməkdən belə çəkinmirlər. Çünki, o, Qazax rayon Təhsil Şöbəsinə müdir təyin olunduqdan az sonra, 10 nəfərdən yuxarı laborantı və teniki işçini işə qəbul edib və hər birindən də ən azı 2000 manat rüşvət alıb. Yaş həddi ilə əlaqədar Zəkiyyə adlı metodisti isə, daşıdığı vəzifəsindən uzaqlaşdırıb. Onun əvəzinə Qazax şəhər 5 saylı tam orta məktəbində kimya müəllimi işləyən Rüxsarə Zərqəm qızını təyin edib ki, bu təyinat da elə-belə başa gəlməyib. Babanlı vəzifəsinin icrasına başladığı gündən, bir kimsədən qorxmadığını, çəkinmədiyini də bildirir.

Onun idarəçiliyinin mahiyyəti ilə bağlı “Gündəm Xəbər”i məlumatlandıran mənbə bildirir ki, Babanlı özünü Prezidentin yaxın çevrəsinə aid vəzifə sahibi olan şəxslərdən biri hesab edir. Baxmayaraq ki, ölkə rəhbəri vaxtilə keçirdiyi görüşlərin birində demişdi: “Bəzi vəzifə sahibləri mənim və ailəmin adından sui-istifadə edirlər. Bu heç cür yolverilməzdir”. Nizaməddin müəllimin təyinatından sonra, təhsil şöbəsində tətbiq olunan yeni qaydalardan biri də, ezamiyyətlərin kağız üzərində nəğdləşdirilməsidir. Yəni, ezamiyyə gedənlər olmur, amma bu ad altında pullar alınır və mənimsənilir. Onun yeni təyinatlarından biri də, Şəfa Yadigarovanın şöbəyə metodist vəzifəsinə təyin olunmasıdır. Diqqəti çəkən hal odur ki, Şəfa xanım bu gün təhsil sahəsində çalışır, amma bir dəfə də olsun belə, o, sinif üzü görməyib. Təhsil haqqında təlimatda qeyd olunur ki, metodist vəzifəsini daşıyan şəxs bir neçə illik əmək stajına malik olmaqla bərabər, qabaqcıl müəllim də olmalıdır. Bəs bu gün səbəb nədir ki, təlimatın belə bir tələbini Nizaməddin Babanlını heç cür vecinə almır.

Təhsil şöbəsində tətbiq olunan idarəçiliyin mahiyyəti haqda məlumatları redaksiyamıza çatdıran mənbə onu da bildirir ki, şöbədə Rasim adlı vəzifə sahibi var ki, o, həm Qazax rayon Təhsil Şöbəsində aparıcı sahələrdən birinə rəhbərlik edir, həm də adı olan, amma özü olmayan qəzetlərdən birində bölgə müxbiri də işləyir. O halda meydana belə bir sual çıxır ki, Rasim adlı şəxsi vadar edən nədir ki, o, gəlib-gedənlərə “mən də jurnalistəm”deyə vəsiqə göstərib, qol qoyulan qanunsuzluqları ört-basdır etməyə çalışır. Deməli torbada “qara pişik” var ki, təhsil şöbəsinin səllahiyyətlisi özlərini media təmsilçilərindən müdafiə etmək üçün, belə bir yolu tutb.

Bütün bunlardan əlavə, onu da qeyd edək ki, Qazaxfda cəmi 47 məktəb var ki, hər məktəb direktoru ayda Babanlıya müxbir pulu da verirlər. Onlardan 40-ı tam orta məktəb, 7–si isə tam orta məktəb bazasında olmayan təhsil ocaqlarıdır. O, orta məktəb direktorlarından ayda 50 manat, ibtidailərdən isə 30 manat “haqq-hesab” yığdırır.

Hörmətli oxucular! Növbəti sayımızda Qazax təhsilində baş verən digər olaylardan da bəhs etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
23-03-2016, 10:31
Geri dön