DataLife Engine / Bir vaxtlar əxlaqsız yuvası kimi tanınan "Zümrüd" kafesi indi ailəvi istirahət mərkəzidir

Bir vaxtlar əxlaqsız yuvası kimi tanınan "Zümrüd" kafesi indi ailəvi istirahət mərkəzidir

Yevlax rayonu ərazisində vaxtilə əxlaqsızlıq yuvası aşkar edilən kafe indi ailəvi istirahət mərkəzidir.
Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarında, Yevlax rayonunun Səmədabad kəndi ərazisində yerləşən, vaxtilə "Zümrüd" kafesi kimi fəaliyyət göstərən kafedə təxminən bir il qabaq əxlaqsız yuvası aşkar edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılmışdı və saxlanılan şəxs törətdiyi əməli etiraf etmişdi.
Hazırda isə həmin kafenin adı dəyişirilib və ailəvi istirahət mərkəzi kimi fəaliyyət göstərir. Necə ola bilər ki, bu kafenin adı dəyişib ailəvi istirahət mərkəzi olub? Bu qanun çərçivəsində edilib?

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

qaynar-xett.az
16-06-2016, 22:29
Geri dön