DataLife Engine / “Tələbədən 600-700 manat alıb «aylığa» buraxırlar”

“Tələbədən 600-700 manat alıb «aylığa» buraxırlar”

“Tələbədən 600-700 manat alıb «aylığa» buraxırlar”












Universitetdə korrupsiya baş alıb gedir!

“Bu yaxınlarda Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ali məktəb
lərdə təhsilin səviyyəsinə toxunaraq, bu istiqamətdə mühüm addımların atılmasına ehtiyacın
olması barədə açıqlamalar verdi. Bu mühüm addımların birincisi yəqin ki, ali məktəbləri rüş
vətxor dekanlardan, müəllimlərdən təmizləmək olmalıdır.”Bu fikirlər Gəncə şəhərindən redak
siyamıza ünvanlanan müraciətdə bildirilır.
“Gəncə Dövlət Universitetində baş verənlərə göz yummaq, sadəcə vicdansızlıqdır”, deyə bildirilən müraciətdə daha sonra vurğulanır:
“23 oktyabr 2014-cü il tarixində Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifov Elmi Şuranın üzvləri ilə birgə genişlənmiş iclas keçirdi. İclasda Y.Yusifov cənabları «Fizika və texniki fənlər» fakültəsinin dekanı İ.Qasımovu fakültədə baş verən rüşvət və özbaşınalıq hallarına görə sərt tənqid edərək, ona ciddi xəbərdarlıq etdi. Cəzalandırılmaqdan qorxan İ.Qasımovun canına titrəmə düşüb. Bu iclasdan dərhal sonra İ.Qasımov fakültənin kafedralarında ayrılıqda iclaslar keçirərək «oğru elə qışqırdı ki, doğrunun bağrı yarıldı» üsulundan istifadə etmək istədi. Onun məqsədi fakültədə baş alıb gedən rüşvətxorluq hallarında kafedra müdirlərini və müəllimləri günahkar görmək idi. Lakin, o, müəllimlərin sərt təpkiləri ilə qarşılaşdı. Çünki fakültənin bütün müəllimləri və tələbələri bilirlər ki, bu işlərin başında dekan İldırım Qasımovun özü durur. Onun "xeyir-duası" olmasa, kimin nə ixtiyarı var əlini ağdan-qaraya vursun. Özü demiş, bu fakültənin yiyəsi odur! Müəllim kimdir ki, 600-700 manat alıb tələbəni «aylığa» buraxsın, 150-200 manat «toy şirinliyi» alıb bəy və ya gəlinə bir aylıq icazə versin?! Fakültənin tələbələri qardaş-bacı, qohum-əqraba toylarına iki günlük icazəni 15 manata alırlar. Dekan müavini, həm də dekanın kirvəsi olan Yəhya Namazov təsviri incəsənət müəllimliyi ixtisasının III kursunda oxuyan tələbəni «aylığa» buraxmaq üçün onun həyat yoldaşından 500 manat alıb. Sentyabr ayının sonunda ona öz telefonundan zəng edərək, əlavə 200 manat da istəyib. Deyib ki, aylıq kollokviumlara çox pul istəyirlər. Kollokviumlardan söz düşmüşkən, qeyd edək ki, İldırım Qasımovun pul yığanları «şıdırğı» fəaliyyətdədir. Bir fənn üçün 40-50 manat tələb edirlər. Kollokviumların qiyməti fəndən asılı olaraq dekan İ.Qasımov tərəfindən təyin olunur. Fizika ixtisası üzrə IV kurs tələbəsi M.A. bir aydan çoxdur ki, dərsə gəlmir. Toy ediblər – Allah xoşbəxt eləsin! Lakin qrup jurnalında ona bir saat belə qaib yazılmayıb. Tələbə yoldaşları deyir ki, M.A. bir illik dərsə gəlməməyin və iki imtahan sessiyasını «optovoy» dekan İ.Qasımova verib...

III kurs texnologiya müəllimliyi ixtisasının tələbəsi X.B.-i və təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbəsi B.G.-u sentyabrın 20-dən sonra dərslərdə görən olmayıb. Hər iki tələbə dekan müavininə 700 manat verərək həm “aylıqlarının” , həm də kollokviumlarının haqq hesabını ödəyiblər. Fizika müəllimliyi ixtisasının III kurs tələbəsi L.Ə.-nın üzünü dərslər başlayandan bu günə kimi qrup yoldaşları heç görməyiblər ki, salamlaşıb görüşsünlər.
Fakültədə aylıqda olan tələbələrin sayı onlarladır. Bu tələbələr haqqında məlumatları hüquq mühafizə orqanlarına təqdim edəcəyik. Bu tələbələrə İ.Qasımovun qəti göstərişi ilə qrup jurnallarında qaiblər yazılmır. Ara-sıra dərsə gəlməyən tələbələrə qrup jurnallarında qaib yazılmır. Qeydiyyat dekan müavini Yəhya Namazovun tərtib etdiyi şəxsi «qara jurnalında» aparılır. Müəyyən vaxtdan sonra həmin tələbələr dekanlığa çağırılır, universitetdən xaric olunacaqları ilə qorxudulur, sonra həmin qaiblər silinir. Qaibi silinməyən tələbələrə isə dekan İ.Qasımov töhmət verir və onların siyahısı fakültənin elanları lövhəsinə yerləşdirilir. Bərəkallah, çox mütərəqqi metoddur! Fakültədə bu mexanizm bazar iqtisadiyyatına uyğun qurulub.
Keçən tədris ilində I kurslarda qrup nümayəndəliyi üçün 400-500 manat alınıb. Bu il bazarda bahalıq baş verdiyindən qrup nümayəndəliyi üçün 600-700 manat tələb olunub. Özü də pulu yeni təyin olunmuş qrup nümayəndəsinin valideynindən bir aylıq «sınaq müddətindən» sonra alırlar. Qorxurlar ki, birdən bu naşı və xam qrup nümayəndələri pulla təyin olunduqları haqqında ağızlarından söz qaçırdarlar və ya onların hansındansa müəllimlər tərəfindən narazılıq və şikayət olar. Dekanlıqda onlara tapşırırıar ki, bu bir ayda valideynlərinizin canına and için ki, pul verməmisiniz. Bərəkallah ustadına!
Usta demişkən, İldırım Qasımov bir vaxtlar Gəncə şəhərində peyk antenalarının quraşdırılması ilə məşğul olub. O,evlərin birinin damından digərinin damına məharətlə tullandığı üçün «kəpənək İldırım» ləqəbini qazanmışdı. İndi isə paltaryuyan maşınların təmiri ilə də məşğuldur. Yaxşı ustadır, əlləri qızıldır.
0ktyabrın 30-da Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının sabiq direktor müavini Xatirə Həsənovanın “Youtube” kanalı vasitəsi ilə ölkə başçısı Prezident İlham Əliyev cənablarına ünvanladığı videomüraciətdən sonra məlum oldu ki, İldırım Qasımov bu filialda uzun müddət 0,5 ştatında qeyri-qanuni müəllim işləyib. Hal hazırda isə İldırım Qasımov AMİ-nin Zaqatala filialında 3 ildən çoxdur ki, elektrik montyoru işləyir. Eyni vaxtda 1,5 ştat GDU-da,1 ştat isə AMİ-nin Zaqatala filialında işləmək əmək məcəlləsinin kobud pozulmasıdır.
Bu gün fakültənin tələbələri Allaha dua edib qurban deyirlər ki, universitetin rəhbərliyi onların canını belə bir adamın əlindən alsınlar. Artıq bıçaq sümüyə dirənib! Tələbələr ümid edirlər ki, hörmətli rektor Yusif Yusifov «Fizika və texniki fənlər» fakültəsində baş verən rüşvət və korrupsiya hallarının başında duran İldırım Qasımov haqqında ciddi ölçü götürəcək.”
Yazıda adı hallanan şəxslərin fikirlərini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.
Sadiq
24-11-2014, 16:06
Geri dön