DataLife Engine / Masallı bazarı yandı – FOTO

Masallı bazarı yandı – FOTO

Masallı bazarı yandı – FOTO


















20-yə yaxın mağaza külə dönüb.

Masallı şəhərində səhər saatlarına ümumi sahəsi 5000 kv.m olan bazarın ərazisində 450 kv.m sahədə 16 ədəd mağaza və içərisində olan mallar yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

APA-nın məlumatına görə, yanğın baş vermiş əraziyə dərhal FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğının əhatə dairəsi genişləndiyindən əraziyə Lənkəran və Göytəpə şəhərlərinin hər birindən əlavə olaraq daha bir yanğınsöndürən maşın cəlb olunub. Onların 3 saata yaxın birgə səyləri nəticəsində yanğını lokallaşdırmaq mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Masallı bazarı yandı – FOTO

Masallı bazarı yandı – FOTO

Masallı bazarı yandı – FOTO
8-12-2014, 13:43
Geri dön