DataLife Engine / Bu da oldu: İcra başçısı Şəhidlər Xiyabanını satdı

Bu da oldu: İcra başçısı Şəhidlər Xiyabanını satdı


Bu da oldu: İcra başçısı Şəhidlər Xiyabanını satdı

İmişli şəhərində Şəhidlər xiyabanının ərazisi satılıb. Azerinfo.az xəbər verir ki, bu haqda Avropa.info-ya İmişli rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, 20 yanvar hadisəsinin ildönümündən sonra İmişli şəhərindəki Şəhidlər Xiyabanında tikinti işləri başlayıb. Sakinlərin dediyinə görə, Şəhidlər Xiyabanın ərazisini alan şəxs Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin İmişli idarəsinin rəisi, iş adamı Saleh Səmədovdur.

Yerli sakinlərin dediyinə görə həmin ərazini şəxsən icra başçsı külli-miqdarda pul alaraq Şəhidlər Xiyabanını satıb. Ərazini alan iş adamı həmin yerdə motel və biznes işlərini inkişaf etdirmək üçün tiklilər inşa etdirəcək. Həmin ərazində tikinti işləri aparan işçilər binanın yalavac kənd camaatı üçün xeyir-şər evi tikildiyini desələrdə iş adamının yaxnlarının dediyinə görə həmin ərazidə disko-bar inşa edilərək istifadəyə veriləcək. Sakinlərin dediyinə görə tikilinin Saleh Səmədov başında olaraq, həmin tiklini inşa edəcək. Belə olan halda Saleh Səmədov bir kənd üçün, xeyir-şər evi yox İmişli gəncləri üçün əyləncə klubu inşa etdiyi deyilir.. Eyni zamanda tikinti aparılan ərazinin yaxınlığında Saleh Səmədova aid yarı tikili böyük bir bina var. Xeyir-şər üçün oranı da təmir etdirib verilə biləcəyidə istisina edilmir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
12-02-2015, 12:58
Geri dön