ABŞ və Rusiya Suriyada atəşkəslə bağlı anlaşdı
Dunya
Oxunub: 857
29 apr 2016 | 20:13
ABŞ və Rusiya Suriyada atəşkəslə bağlı anlaşdıProseslər göstərir ki, Suriya münaqişəsinin həllinin böyük ölçüdə Moskva və Vaşinqtonun razılaşmasından asılı olacaq
ABŞ və Rusiyada Suriyada atəşkəslə bağlı razılığa gəlib. BBC-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, Moskva və Vaşinqton Suriyada atəşkəsə riayət olunması üçün tərəflərə təzyiq göstərməklə bağlı anlaşıblar. Razılaşmaya əsasən atəşkəs anlaşma əldə olunan bütün bölgələri, o cümlədən Hələbi də əhatə edəcək.
Rəsmi Dəməşqin yaydığı açıqlamada atəşkəs rejimi aprelin 30-da yerli saatla 01.00-dən etibarən qüvvəyə minəcək. “RİA Novosti” agentliyi Hələb, Laziqiyyə, Dəməşq kimi şəhərləri də əhatə edəcək atəşkəsin əsas təminatçısının Rusiya və ABŞ olacağını yazıb.
Qeyd edək ki, Suriyada savaşan tərəflər arasında atəşkəs fevralda Amerika-Rusiya anlaşması ilə əldə olunmuşdu. Cenevrə danışıqlarının iflic olması ilə toqquşmalar yenidən bərpa olunmuşdu. Xüsusən də Hələb və ətrafında döyüşlər şiddətləndi. Hökumət qüvvələri sürəkli olaraq müxaliflərin nəzarətində olan bölgələri bombalayır. Son bir həftə ərzində hava bombardmanları nəticəsində 123 nəfər dünyasını dəyişib. Müxaliflərin hücumları nəticəsində hökumətin nəzarəti altındakı bölgədə 71 nəfər dünyasını dəyişib.
İndi isə meydana Rusiya və ABŞ daxil olub. Yeri gəlmişkən, iki gün əvvəl BMT-nin Suriya üzrə xüsusi təmsilçisi Stefan de Mistura Rusiya və ABŞ hakimiyyətlərinə müraciət edərək Suriya danışıqlarını xilas etməyə çağırmışdı. Görünür ki, vəziyyətin çıxmaza girməsi Moskva və Vaşinqtonu hərəkətə gətirib. Möhkəm təminat olmasa tərəflərin atəşkəsə riayət edəcəyi mümkün görünmür. Çünki hazırda Suriyada çoxlu sayda savaşan qruplar var və bu qrupların hər biri bir neçə fərqli ölkənin, kəşfiyyat və ya siyasi təşkilatın təsiri altındadır. Yəni bir tərəfdə danışıb anlaşılacaq vahid bir mərkəz yoxdur. Bu isə anlaşma əldə edilməsini çətinləşdirir. Yeganə çarə daha üst bir güclə anlaşmaqdır. Məlum olduğu kimi, Suriyada hökumət tərəfdən əsas dəstəkçi güc Rusiya, müxaliflər tərəfdə isə ABŞ-dır.
Yəni yalnız ABŞ böyük ölçüdə savaşan müxalif güclərə təsir göstərib onları atəşkəsə riayət etməyə məcbur edə bilər. Çünki hazırda savaşan güclərdən çox, onların arxasındakı güclərə təsir etmək vacibdir. Birləşmiş Ştatların isə Türkiyə, Qatar, Səudiyyə Ərəbistanı və digər dəstəkçi ölkələrə təsir imkanı var. Eyni şəkildə Rusiyanın Suriya hökuməti, eləcə də İran, Hizbullah və digər savaşan qruplara birbaşa təsir göstərə bilir.
Bu mənzərə əslində Suriyada savaşan tərəflərin böyük güclər olduğunu bir daha təsdiqləyir. Sübut olunur ki, Suriyada savaşın sonra çatması əslində Rusiya və ABŞ-ın anlaşmasından asılı olacaq. Əgər Moskva və Vaşinqton prinsipial məsələlərdə anlaşa bilsələr, keçid prosesi uğurla həyata keçirilə bilər. Həm Vaşinqtonun müxaliflərə təsir edib optimal atəşkəsə razı salmaq, həm də Moskvanın Bəşər Əsədi hakimiyyət dəyişikliyinə məcbur etmək gücü və imkanları var.

Bu mənada indi sülh üçün Suriyaya deyil, daha çox Vaşinqton və Moskvaya baxmaq lazımdır. Əgər ABŞ-ın indiki hakimiyyəti, yəni Barak Obama səlahiyyət müddəti başa çatana qədər Suriya münaqişəsini həll etməyə çalışsa, hansısa nəticəyə nail olmaq mümkündür, əks halda yeni ABŞ administrasiyasının hansı mövqe tutacağı, sülhə necə yanaşacağı məlum deyil.
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb