Rusiya Ermənistana silah tədarükünə başladı
Dunya
Oxunub: 740
4 may 2016 | 12:11
Rusiya Ermənistana silah tədarükünə başladı












“Sərəncamımızda çox keyfiyyətli silahlar var”

Rusiya tərəfindən Ermənistana kredit razılaşması üzrə silah tədarükü prosesi artıq başlayıb.

Bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bildirib.

Ermənistan hökuməti aprelin 15-də Rusiya hökuməti ilə Yerevana 200 milyon dollar dövlət ixrac krediti əsasında hərbi təyinatlı məhsulların tədrükünə dair qərar layihəsini təsdiqləyib.

Ölkələr arasında kreditin verilməsinə dair müqavilə 2015-ci ildə bağlanıb. Aprelin sonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan bildirib ki, silah tədarükünə dair “sazişlərin imzalanması üzrə iş aparılır”.

“Ermənistana 200 milyon dollar həcmində kredit razılaşması üzrə silah tədarükü prosesi çoxdan gedir, amma deyə bilmərəm ki, konkret tədarük gedir”, - Ovannisyan jurnalistlərə bildirib.

Silahın tədarük müddətinə və Rusiya krediti çərçivəsində erməni ordusunun tam silahlanmasına gəldikdə isə o qeyd edib ki, dövlət maraqlarından kənara çıxaraq məlumat verə bilməz.

Mətbuat katibinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil.

“Kredit barədə söhbət getməyəndə də biz planlı rejimdə Ermənistan ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışıq. Biz dəfələrlə demişik ki, sərəncamımızda çox keyfiyyətli silahlar var, onların olması çox vacibdir, başqaları bu silahları yalnız arzulaya bilər”, - Ovannisyan deyib.

A.Ovannisyanın sözlərinə görə, Rusiya ilə olan kredit razılaşmasına əsasən, təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusiyanın ən yaxşı hərbi texnikası 80-ci illərdə buraxılan texnikadır.

Daha öncə Ermənistanın Rusiyadan “Smerç” reaktiv yaylım atəş sisteminin qurğularını və onun sursatlarını, “İqla-S” zenit raket komlekslərini, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksləri, ağır odsaçan TOS-1A sistemlərini, idarəedilən 9M113M raketlərini, RPQ-26 qumbaraatanlarını, Draqunov snayper tüfənglərini, zirehli “Tiqr” avtomobillərini, mühəndiz vəasitələrini və rabitə vasitələrini almaq istəyir.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE