Türkiyənin gündəmi qaynadı - Davudoğlu istefaya gedir?
Dunya
Oxunub: 871
5 may 2016 | 00:41
Türkiyənin gündəmi qaynadı - Davudoğlu istefaya gedir?Türkiyənin baş naziri və prezidenti Beştepedə, Prezident Sarayında 40 dəqiqəlik gecikmə ilə baş tutan, saat yarım davam edən bir zirvə görüşü keçirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər rəsmi Ankaranın gündəmi olduqca qaynar hadisələrə şahidlik etdiyi üçün bu görüşün baş tutması gözlənilən idi. Türkiyə vaxtı ilə 18:40 radələrində başlanan görüş 20:20-də yekunlaşıb.

Görüşdən sonra ilk qəribə açıqlama da cumhurbaşqanlığındakı qaynaqlardan verilib, “açıqlama olmayacaq, adi, prosedur qəbul idi , yekunlaşdı”.

AKP-nin 29 aprel tarixində keçirdiyi toplantı ciddi bir narazılığa səbəb olmuşdu. Partyanın ən üst qərar orqanı olan qurum hər böyük qurultaydan sonra təşkilatlardan məsul sədr müavininə həvalə etdiyi rayon və bölgə sədrlərini təyin etmə səlahiyyətlərini geri aldı. Əslində isə bu, həmin səlahiyyətin Davudoğludan alınması mənasına gəlirdi. Bu olaydan dərhal sonra internetdə “Pelikan dosyası” adı ilə açılan bir bloqda prezident Ərdoğanla Davudoğlu arasındakı münasibətə aid iddialar yer aldı. Yazıda Davudoğlunun başqanlıq vəzifəsinə gəlməsindən bu günə qədər Ərdoğana münasibətdə yol verdiyi iddia edilən səhvlərin sıralaması yer aldı. AKP-də bəzi şəxslər bu bloqun “Ərdoğan tərəfdarları” tərəfindən qələmə alındığını, bəziləri isə bunu partiyaya ziyan verməyi məqsəd güdən üçüncü tərəflərin işi adlandırdı.

Davudoğlu isə bu baş verənlərin ardından çərşənbə axşamı günü baş tutan qrup toplantısında ilk dəfə partiya qrupunun qarşısına çıxıb. Bu günə qədər ən qısa qrup iclası nitqi söyləyən Davudoğlunun sərt bir tonla sərf etdiyi sözlər isə siyasi kluarları daha da hərəkətləndirib: "Bu gün hər kəs imtahandadır. İnandığımız doğrulardan, ləkəsiz və təmiz siyasətdən geri durmayacağıq. Bütün bu dava, bütün bu fəaliyyətlər, bütün bu qaydalar doğru yol üçündür”. "Nəfsimi ayaqlar altına alaram, bir faninin tərk etməyəcəyi düşünülən hər vəzifəni əlimin tərsiylə itələyərəm. Amma bu müqəddəs hərəkatdakı heç bir mübarizə yoldaşımın qəlbini qırmaram”. Davutoğlunun bu sözləri partiya üzvlərinin böyük əksəriyyəti tərəfindən mübarizə siqnalı kimi qəbul edilib. Amma bu sözləri istefa siqnalı kimi qəbul edənlər də az olmayıb.
Bununla paralel, prezident Rəcəb Tayyib Ərdoğan da Cümhurbaşqanlığı Sarayında keçrilən 25 -ci Muxtarlar Toplantısında çıxış edib və orada maraqlı məqamlara toxunub: “Vəzifələr insanlara xidmət üçün bir vasitədir. Muxtar, bələdiyyə sədri və ya millət vəkili, prezident də olsanız qəlbiniz və zehniniz millətə xidmət üçün çalışmalıdır. Öz xeyirləri, ideoloji ziyanlı fikirləri ilə vəzifələri işğal edənlər Türkiyənin təcrübəsini artırmaq bir yana, mövcud olanı da sıradan çıxarıblar. Vacib olan olduğunuz yerə necə gəldiyinizi, orada nə etməli olduğunuzu və hədəflərinizin nələr olduğunu unutmamanızdır”.

Bütün bu baş verənlərdən sonra isə kluarlarda versiyalar səslənməyə başlayıb. İlkin versiya AKP-nin may ayında qurultaya gedəcəyi ilə bağlıdır. Bununla yanaşı, “Hürriyet” yazarı Abdülkadir Selvi, CNN Türk kanalında Ahmet Hakanın aparıcılıq etdiyi “Tarafsız Bölge” verilişində Ərdoğan ilə baş nazir Davudoğlunun kritik görüşü haqqında ilk dəyərləndirməni edib.
AKP-nin Ramazan ayından əvvəl qurultaya gedəcəyini söyləyən Selvi baş nazir Əhməd Davudoğlunun isə namizəd olmayacağını vurğulayıb: “Son məlumatlara görə, baş nazir Əhməd Davudoğlu sabah saat 11.00-dı baş tutacaq toplantıda qurultay qərarını açıqlayacaq. Qurultayın Ramazan ayından əvvəl toplanması gözlənilir. Baş nazir isə qurultayda namizəd olmayacaq”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...