Kimyəvi silahlardan istifadəyə görə ermənilərə cinayət işi açıldı
Dunya
Oxunub: 881
13 may 2016 | 12:45
Kimyəvi silahlardan istifadəyə görə ermənilərə cinayət işi açıldı











Kimyəvi tərkibli top mərmisi atıldığı əraziyə baxış keçirilib

Ermənilərin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi faktına görə cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən verilən məlumata görə, xəbər verildiyi kimi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkarlanıb və 11 may 2016-cı ildə Agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilib.

Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin kimyəvi tərkibli top mərmisi atdığı əraziyə baxış keçirib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törətdiyi təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndində aşkarlanan partlamamış mərmi hərbi sursat növünə aid, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir.

Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyasını və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, "Adi silahların konkret növləri haqqında konvensiya"nın III (1980), eləcə də kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair BMT-nin 30 noyabr 1992-ci il tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozub.

Beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edir.

Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29,120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir.
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO