ABŞ, Rusiya və Çin arasında kosmos müharibələri - Növbəti müharibə dünya üzərində deyil, kosmosda olacaq

ABŞ, Rusiya və Çin arasında kosmos müharibələri - Növbəti müharibə dünya üzərində deyil, kosmosda olacaq

















Dünyanın super gücləri arasında rəqabət qızışır. Növbəti müharibə dünya üzərində deyil, kosmosda olacaq

Ekspertlər getdikcə daha hərbləşən kosmosun, yaxın zamanda böyük güclərin döyüş meydanına çevriləcəyini deyir.

Kosmosa ilk həmlə 1957-ci ildə SSRİ tərəfindən edilib. O zamandan bəri, kosmosda fəaliyyət aparan heç bir ölkə digərinin orbitdəki peykinə hücum etməyib. Kosmosun hərbi sahəyə çevrilmə səyləri çox əvvəldən başlamış olsa da son on ildə baş verən texnoloji irəliləyişlər, kosmos vasitələrinin silaha çevrilməsi yarışına təkan verib.

Üstünlük ABŞ-dadır, amma...

Vaşinqtonun kosmosdakı hərbi fəaliyyəti nəticəsində ,ASAT-lar kimi tanınan anti-kosmos silahı inkişaf etdirildi və kosmosa yerləşdirildi. Soyuq müharibə dövründə inkişaf etdirilməyə başlayan bu texnologiya, qısa zamanda dünya güclərini yarış meydana çəkdi.

ABŞ üçün hərbi kosmos texnologiyalarına malik olmaq güzəşt kimi görünsə də, düşmənlərinin də kosmosda fəaliyyəti genişlənir. ABŞ bir tərəfdən bu texnologiyaları inkişaf etdirməyə çalışarkən, bir tərəfdən də düşmən hücumlarına qarşı müdafiə sistemlər qurmağa davam edir.

Amerikanın dəniz nəqliyyatı, kəşfiyyat xidməti , kommunikasiya və rabitə kimi sahələri də orbitdə yerləşən peyklərindən asılı vəziyyətdədir.

Rusiyadan Nudol həmləsi

Rusiya cəmi bir neçə gün öncə, yəni 27 May 2016-cı ildə Moskvanın şimalındakı Pletsetsk kosmos bazasından Nudol adlı raketini kosmosa göndərdi.

Nudol adlı bu raketinin, Amerikanın dəniz nəqliyyatı, rabitə və kəşfiyyat vasitələrini təsirsiz hala gətirə biləcək gücdə olduğu bildirilib.

ABŞ Hərbi Hava Qüvvələrindən David J.Buck məsələylə bağlı narahatçılığını ifadə edib.

"Rusiya ABŞ-ın kosmosa bağlılığını, universal bir zəiflik kimi görür və kosmosda hücum üstünlüyünü ələ keçirmək üçün planlar cızır" deyə Buck qeyd edib.

Tərəflərdən biri də Çindir

1990-cı illərin əvvəlindən kosmos fəaliyyətində fəaliyyətlərində olan Çin, son raket sınağını 2015-ci ilin sonunda həyata keçirib.

SC-19 və DN-2 adlı bu raketlər, bir peyk və ya kosmik vasitəni kinetik öldürmə vasitəçi vasitəsilə zərərsizləşdirmək və ya məhv etmə tutumuna sahibdir.
XƏBƏR LENTİ
Bütün xəbərlər
Maraqlı
Hicabını açan müğənni: "Baş bağlamaqla sənətçi olmaq olmaz"
"WhatsApp" əvvəlki halına qayıdır - Narazılıq yaradan funksiya ləğv olunur
"WhatsApp"da statuslar yoxa çıxdı - SƏBƏB
Elza Seyidcahan Sərkisyana şeir yazıb - "Sənə od qoyacam!"
Azərbaycanlı iş adamı oğluna 10 gün toy etdi - VİDEO
Həftənin çox oxunanları
Video
Əsgərlərin pulunu “yeyən” komandir: "5-10 manat rüşvətə görə 8 il yarım cəza aldım" - VİDEO
Ermənilər hücum etdilər, itki verib geri çəkildilər - VİDEO
Gəncədə rüşvət alarkən yaxalandı - Nazir 2 gün əvvəl yüksək vəzifə vermişdi (Video)
Gəncədə biabırçı olay: Qadın bir ərini hamamda, ikincisini isə yataqda saxlayır - Şok video
Bakıda əxlaqsızlıq yuvasına QƏFİL BASQIN: "Masaj etmirik, sadəcə intim..." (+18 VİDEO)