Ərdoğan: Almaniya rəhbərləri hansı üzlə qarşımıza çıxacaqlar?
Dunya
Oxunub: 738
4 in 2016 | 11:29
Ərdoğan: Almaniya rəhbərləri hansı üzlə qarşımıza çıxacaqlar?











“Biz Avropa İttifaqına verdiyimiz sözlərin arxasında durduq”

Almaniya parlamentinin qərarının bir dəyəri-qiyməti yoxdur. Biriləri qərar verdi deyə, tariximiz dəyişəsi deyil. Almaniya Türkiyə kimi bir dostu itirmə riski ilə qarşı-qarşıyadır.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Keniyada türkiyəli media nümayəndələri ilə söhbət zamanı deyib.

O, Türkiyəyə döndükdən sonra bu məsələni baş nazir və xarici işlər naziri ilə müzakirə edəcəyini və bunun əsasında qərar qəbul edəcəklərini söyləyib:

“Almaniya parlamentinin qərarı xeyrə əlamət deyil. Maraqlı olan budur ki, bu məsələdə bir üst ağıl, üst səviyyə var. Səsvermədə bir nəfər əleyhinə səs verib, bir nəfər də bitərəf qalıb. Bu məsələ almanlar üçün bu qədər vacibdirmi? Ötən il 1915-ci il hadisələrinin 100-cü ildönümü idi, o zaman niyə qəbul etmədilər? Bunlar düşündürücüdür. Üst ağıldan onlara belə bir təlimat gəlmiş ola bilər. İndi mənim üçün maraqlıdır, bu qərardan sonra Almaniya rəhbərləri mənə, baş nazirimizə hansı üzlə baxacaqlar əcəba?..”

R. T. Ərdoğan Holokostla 1915-ci il hadisələri arasında hər hansı bənzərlik olmadığını bildirib:

“1915-ci il hadisələri ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinin qərarı çox aydındır. Qərarda ermənilərin bu hadisələrə dair versiyasının mütləq həqiqət olmadığı və sərbəst şəkildə müzakirə edilə biləcəyi, erməni versiyasına qarşı olan fikirlərə isə söz azadlığı çərçivəsində yanaşılmasının vacibliyi, 1915-ci il hadisələri ilə Holokost arasında oxşarlıq qurulmasının yanlışlığı çox açıq bildirilir”.

R. T. Ərdoğan miqrant böhranı və viza sərbəstliyi ilə bağlı ilə bağlı məsələlərin Türkiyə ilə Almaniya arasında deyil, Türkiyə ilə Avropa İttifaqı arasında olduğunu nəzərə çatdıraraq Bundestaqın qərarının bu məsələlərə təsir göstərməyəcəyini vurğulayıb:

“Almaniyadakı hadisəyə Almaniya ilə əlaqəli məsələ kimi baxmaq lazımdır, Türkiyə-Aİ olayı kimi baxmaq doğru olmaz. Bizim bu barədə mövqeyimiz bəllidir. Bunu Dünya Humanitar Sammiti zamanı hörmətli Merkelə də anlatdım.

Hər iki məsələ eyni anda həyata keçirilməlidir. Belə olmazsa, biz də lazımi addımları ata bilərik. Biz Avropa İttifaqına verdiyimiz sözlərin arxasında durduq. Amma onlar durmadılar - nə maddi, nə də digər məsələlərdə”.
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər