3-07-2016, 06:55 Oxunub: 388

Rusiyada təyyarə qəzası: Ölənlər var

Rusiyada təyyarə qəzası: Ölənlər var











Aviaqəza nəticəsində təyyarə tamamilə parçalanıb və yanıb

İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl – 76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.

Bu barədə “RİA Novosti”yə təyyarənin axtarışı ilə məşğul olan operativ qərargahdan bildirilib.

Təyyarə qəza nəticəsində tamamilə parçalandığı və yandığı qeyd olunur:

“Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”.

Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub.

Xilasedicilər qəza yerində ekipaj üzvlərinin cəsədlərinin fraqmentlərini və “İl – 76” təyyarəsinin qara qutularından birini aşkarlayıblar.

Ehtimal olunur ki, təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb.
Rusiyada təyyarə yoxa çıxdı Rusiyada təyyarə yoxa çıxdı Dunya ABŞ-da iki hərbi təyyarə toqquşdu ABŞ-da iki hərbi təyyarə toqquşdu Dunya Misir təyyarəsi Aralıq dənizi üzərində yoxa çıxdı Misir təyyarəsi Aralıq dənizi üzərində yoxa çıxdı Dunya Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 62 nəfər ölüb Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb, 62 nəfər ölüb Dunya Rusiyada daha bir aviaqəza - iki təyyarə toqquşdu Rusiyada daha bir aviaqəza - iki təyyarə toqquşdu Hadise