Türkiyə və Rusiya inqilabi yaxınlaşma ərəfəsində
Dunya
Oxunub: 750
22 iy 2016 | 10:37
Türkiyə və Rusiya inqilabi yaxınlaşma ərəfəsində







Rusiya və Türkiyə prezidentlərinin görüş tarixi bəlli oldu. Kremlin mətbuat katibi Dmitri Peskov prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin avqustun birinci on günlüyündə Rusiya şəhərlərinin birində görüşəcəyini bildirib. Görüşdə əsas müzakirə mövzuları ikitərəfli münasibətlər, regional məsələlər, terrorla mübarizə olacaq

Qarşıdakı görüşlə bağlı gözlənti iki mühüm özəlliyinə görə region və dünya üçün xüsusi önəm kəsb edir. Bunlardan biri odur ki, Ərdoğanla Putin ötən il noyabrın 24-də baş vermiş “Su 24" insidentindən, münasibətlər qaydaya düşdükdən sonra ilk dəfə bir araya gələcəklər.

İkincisi isə görüş 15 iyul dövlət çevrilişinə cəhd səbəbindən Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətli şəkildə soyuduğu dönəmə təsadüf eləməsi ilə diqqətdə olacaq. Yerli və xarici siyasi şərhçilər qarşıdakı görüşün mümkün nəticələrinə ilk növbədə bu prizmadan yanaşmağa başlayıblar.

***
Rusiyalı tanınmış hərbi ekspert, Moskvadakı Plexanov adına İqtisadiyyat Universitetinin Sosiologiya və Politologiya kafedrasının dosenti Aleksandr Perenciyev Ərdoğan-Putin görüşü və onun gözlənilən nəticələrini rusdilli vest.az saytına şərh edib. Onun fikrincə, Ərdoğan hazırda öz ölkəsi ətrafında tamamən başqa bir siyasi konfiqurasiya qurur. “Bu, məhz həmin məqamdır ki, Ankara Moskva ilə ciddi yaxınlaşmaya gedə bilər” - politoloq güman edir.

Ekspert deyib: “İki ölkə arasında münasibətlər hətta Rusiya təyyarəsi vurulanadək olandan da yüksək səviyyəyə qalxa bilər. Baxmayaraq ki, bu, bizim üçün çox xoşagəlməz bir insident oldu, amma indi Türkiyə ilə münasibətlərimiz yüksəliş dövrünü yaşayır - məlum təyyarə insidenti bir növ münasibətlərin möhkəmləyinin sınağı oldu. Biz əlbəttə ki, sonsuza kimi türkləri günahlandıra bilərik ki, onlar bizim pilotumuzu vurublar və haqlı da olarıq. Ancaq əgər Türkiyə bizə kömək eləməyə və bir çox məsələlər üzrə müttəfiq olmağa hazırdısa, niyə də olmasın?”

Analitikin sözlərinə görə, Türkiyənin mövqeyi istənilən halda Rusiyanın pozitivinə işləyir: “Ona görə ki, bizim türkdilli Qazaxıstan, Qırğızıstan kimi türkdilli ölkələrin daxil olduğu KTMT adlı təşkilatımız var, postsovet məkanında Özbəkistan və Türkmənistanla əlaqələr qururuq, bizim ölkə daxilində çoxlu türkdilli xalqlar var. Sadalananların hamısı Türkiyə ilə münasibətlərin inkişafına yardımçı olacaq”.

Ekspert əminlik ifadə edib ki, Moskvanın Ankara ilə münasibətlərinin daha da yaxşılaşması Azərbaycana və bütövlükdə Dağlıq Qarabağ ətrafındakı situasiyaya da müsbət təsir edəcək. «Söhbət əlbəttə ki, Qarabağa dair Bakını qane edən optimal həll variantının tapılmasından gedir. Üstəgəl, Türkiyədən Qərbə qarşı düzəndə istifadə eləmək olar" - Perenciyev hesab edir.

“Hazırda çox maraqlı bir layihə qurulmaqdadır - İran, Rusiya, Türkiyə. Üstəlik, İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmağa hazırlaşır (indi müşahidəçi statusundadır-red.) Gələcəkdə Türkiyənin də müşahidəçi statusda üzvlüyünə baxıla bilər. Aydındır ki, bütün bunlar Çinlə razılaşdırılmalıdır. Ancaq əgər belə bir şey baş versə, o zaman hamı görəcək ki, Türkiyə Qərbə qarşı getməsə də, başqa yolla gedəcək” - təhlilçi ardınca vurğulayıb.

Rusiyalı hərbi analitikin qənaətincə, Moskva ilə Ankara arasında münasibətlərin yaxşılaşması tərəflər üçün böyük imkanlar aça bilər: “Rusiya diplomatiyası bundan istifadə eləməyə çalışacaq. Əlbəttə ki, bizim münasibətlərdə problemlər olub və var. Ancaq düşünürəm ki, hamı onların üstündən adlamalıdır. Elə eləmək lazımdır ki, Türkiyə Rusiyanın müttəfiqi olmasa da, onun etibarlı tərəfdaşı olsun. Bu, çox yaxşı olardı. Əminəm ki, avqustun əvvəllərində aparılacaq danışıqlar məhz həmin tərəfdaş əlaqələrin qurulmasına yönələcək. Fikrimcə, Türkiyə Birləşmiş Ştatlardan uzaqlaşmağa başlayacaq. Türklər NATO-dan çıxmasalar da, Alyansın formal üzvü olacaqlar”.

***
Qeyd edək ki, bir sıra digər ekspertlər də hesab edir ki, Türkiyədəki hərbi çevrilişdə “Amerika izi”nin üzə çıxması Ankara və Moskvanın daha da yaxınlaşması, hətta yeni hərbi müttəfiqlik yaratması üçün unikal imkan açıb və bu imkan Bakının da xeyrinə işləyə bilər. O sırada Rusiyalı tanınmış tarixçi-analitik, Oleq Kuznetsov bildirib ki, Türkiyə üçün indi əsas oriyentir Rusiya olacaq, ABŞ yox. Onun ehtimalına görə, regionda hətta Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı formalaşa bilər. Ekspertə görə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır.

Bunun nə dərəcədə real olduğunu yəqin ki, avqustda baş tutacaq Ərdoğan-Putin görüşündən sonra biləcəyik. Bu görüşün aparıcı siyasi fiquru sözsüz ki, Ərdoğan olacaq. Saatlar tədricən Ankara vaxtına qurulur...(Musavat.com)
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA