Ərdoğan: PKK-nın hücumlarının arxasında Gülənin təşkilatı durur
Dunya
Oxunub: 912
18 avq 2016 | 17:39
Ərdoğan: PKK-nın hücumlarının arxasında Gülənin təşkilatı durur










Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın həyata keçirdiyi terror aktlarının arxasında Fətullahçı Terror Təşkilatı (FETÖ) olduğunu bəyan edib.

Bu gün Pakistan Senatının və Milli Məclisinin üzvlərini və İslam Dünyası Vətəndaş Cəmiyyəti Təşkilatı Birliyinin təmsilçilərini qəbul edən Ərdoğan deyib ki, Türkiyə adları fərqli olsa da, eyni məqsədlə hərəkət edən və bir-biri ilə yaxın əlaqədə olan terror təşkilatlarının ortaq hücumuna məruz qalır.

Türkiyə prezidenti bildirib ki, PKK-nun hücumlarının arxasında FETÖ-nün olduğunu anlamaq üçün kahin olmağa gərək yoxdur. Türkiyənin terror təşkilatlarına qarşı mübarizə aparacaq qüdrətə malik olduğunu vurğulayan Ərdoğan ABŞ-a da mesaj verib. PKK-nın Suriya qolu olan PYD-nin silahlı qanadı YRG-nin Münbicin İŞİD-dən azad edilməsindən sonra geri çəkiləcəyi ilə bağlı ABŞ-ın üzərinə öhdəlik götürdüyünə işarə edən Ərdoğan öhdəliklərin yerinə yetirilib-yetirilməyəcəyini izlədiklərini söyləyib:

“İraq və Suriyada Türkiyənin təhlükəsizliyini təhdid edəcək proseslərə nail olmaq istəyənlərə söyləyirəm ki, biz hər şeyin fərqindəyik. Türkiyə bir çadır dövləti deyil”.

Türkiyə prezidenti 15 iyuldan sonra 182 terrorçunun zərərsizləşdirildiyini, təhlükəsizlik qüvvələrinin terrorçulara yardım edən 3 min nəfəri saxladığını, 318 nəfərin həbs edildiyini də açıqlayıb:

“Millətimiz bütün təhlükəsizlik qüvvələri ilə mübarizə aparacaq. Hazırda Suriyanın şimalında YPG hücumları təhdid yaradır. Qərb bizi anlamayıb, anlamır və anlamayacaq. Biz bunun fərqindəyik, dürüst davranmırlar. Biz terrorçularla mübarizə sahəsində hərbi əməliyyatları və hüquqi mübarizəni fasiləsiz davam etdirəcəyik”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!