Türkiyə Almaniyaya ultimatum verdi
Dunya
Oxunub: 790
28 avq 2016 | 06:37
Türkiyə Almaniyaya ultimatum verdi









Türkiyə almaniyalı deputatların “İncirlik” aviabazasına gözlənilən səfərlə bağlı Almaniya hökumətinə ultimatum verib.

APA-nın xəbərinə görə, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb.

Məlumata görə, Ankara iyun ayından etibarən almaniyalı deputatlardan ibarət nümayəndə heyətinin aviabazaya səfər etməsinə icazə vermir. Qeyd edək İŞİD-ə qarşı mübarizə aparan bundesver qüvvələri “İncirlik” bazasında yerləşdirilib.

“Der Spiegel” qeyd edir ki, Türkiyə tərəfi Almaniya hökumətinin Bundestaqın qəbul etdiyi uydurma “erməni soyqırımı”nın tanınması barədə qətnaməsindən uzaq duracağı təqdirdə, nümayəndə heyətinə “İncirlik” bazasına səfər etməsinə icazə verəcək.

“Biz Bundestaqın bu cür qərar qəbul etməsi faktı ilə yaşaya bilərik. Lakin Almaniya hökuməti qətnamədəki soyqırımı termininin hüquqi mənasının olmamasına dair rəsmi açıqlama verməlidir”, - deyə adı çəkilməyən yüksəkvəzifəli türkiyəli diplomat bildirib.

Nəşr qeyd edir ki, Almaniya XİN-i hazırda tələsik bütün tərəfləri qane edə biləcək qərar tapmağa çalışır.

Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Mixael Rot bu həftə Türkiyəyə etdiyi səfəri zamanı çıxışında bildirib ki, Bundestaqın qətnaməsində 1915-ci il hadisələri ilə bağlı Almaniyanın məsuliyyət daşıması ifadəsi əks olunub. O qeyd edib ki, sənəd heç də Türkiyənin hazırkı hakimiyyətinə qarşı yönəlməyib, söhbət almanların günahkar olmasını qəbul etməsindən gedir.

“Der Spiegel” bu cür jestlərin Ankara üçün qeyri-qənaətbəxş olduğunu qeyd edir: “Ankara Almaniya hökumətindən müvafiq bəyanatı ən yüksək səviyyədə - kansler və ya XİN rəhbəri səviyyəsində səsləndirməsini tələb edir”.
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH