Ərdoğan Osmanlı imperiyasını bərpa etmək istəyir - Mosula hücumun səbəbləri
Dunya
Oxunub: 897
17 okt 2016 | 07:54
Ərdoğan Osmanlı imperiyasını bərpa etmək istəyir - Mosula hücumun səbəbləri











"Ərdoğanın daxilində Osmanlının bərpası istəyi olsa belə hazırki regional şərtlər daxilində bu mümkün deyil".

Bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyənin Mosula hücumuna münasibət bildirərkən deyib.

Elxan Şahinoğlu bildirib ki, koalisyon qüvvələr İraqın ikinci böyük şəhəri olan Mosula hücuma hazırlaşırlar:"ABŞ və Fransa təyyarələrinin bombardmanlarından sonra quru əməliyyata ehtiyac var. Mosula hücumla bağlı iki təhlükə var. Birinci təhlükə odur ki, hücum Mosulda böyük insan tələfatına gətirib çıxara bilər. Şəhəri nəzarətdə saxlayan DAİŞ insanlardan canlı qalxan kimi istifadə edəcək. İkinci təhlükə isə onunla bağlıdır ki, Mosulda minlərlə DAİŞ terrorçusu var. Aydındır ki, onların hamısını məhv etmək çətin olacaq. Demək onlar Mosulda sonadək savaşmaqdansa geri çəkilərək başqa məntəqələri ələ keçirə və qətliamlarını davam etdirə bilərlər. Ona görə də koalisyon qüvvələri Mosul ətrafındakı mühasirəni gücləndirmək məcburiyyətindədir".

Politoloq qeyd edib ki, Mosula hücumla başqa bir sual da aktualdır:"İraqın baş naziri niyə Türkiyənin Mosula hücumda iştirak etməsinin əleyhinədir? Məncə rəsmi Bağdad ondan qorxur ki, Türkiyə Mosula hücumda iştirak edib uğur qazanarsa Türkiyə bu bölgədən asanlıqla çıxmayacaq. Çünki açıq danışmaq lazımdır ki, Mosul vaxtilə Osmanlı Türkiyəsinin tərkib hissəsi olduğundan “biz bu torpaqları o zaman niyə təhvil verdik” sualı Ankarada bu gün də aktualdır. Görünür, rəsmi Bağdadı Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın bugünlərdə səsləndirdiyi “1923-cü ildə imzalanan Lozanna anlaşması Türkiyənin maraqlarına cavab vermirdi” sözləri də qorxudub. Düşünürlər ki, Ərdoğan Osmanlı imperiyasını bərpa etmək istəyir".

Elxan Şahinoğlunun sözlərinə görə Ərdoğanın daxilində Osmanlının bərpası istəyi olsa belə hazırki regional şərtlər daxilində bu mümkün deyil: "Bu heç Türkiyəyə lazım da deyil. Fikrimcə, nə vaxtsa Suriya və İraqda problemlər həll olunarsa Türkiyə silahlı qüvvələrinin bu iki dövlətdə hərbi varlığına ehtiyac qalmayacaq. Ancaq bu iki ölkədə sabitlik bərpa olunmayana qədər Türkiyə Suriya və İraqdan çıxmayacaq. Bu Türkiyənin təbii haqqıdır. Çünki Türkiyəyə həm İraq, həm də Suriya ərazisindən təhlükə var, PKK, PYD, YPG və DAİŞ bu bölgələrdən Türkiyəyə qarşı istifadə edir, terror əsdirirlər".
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO