Dünya
7-12-2016, 15:35 Oxunub: 865
ABŞ terrorçulara Azərbaycana hücum üçün tribuna verdi - ŞOK ADDIM

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində yaratdığı qondarma "DQR"-in "baş naziri" Araik Artünyan ABŞ Konqresində çıxış edib.
Publika.az xəbər verir ki, dekabrın 6-da separatçı rejimin "baş naziri" Konqresdə "DQR"-in "25 illik müstəqillik yubileyi"nə həsr olunmuş tədbirdə iştirak edib.
Tədbirdə Azərbaycan ordusunun aprel ayında işğal olunmuş ərazilərin müəyyən qismini azad etməsi tənqid olunub. Separatçı "baş nazir" Konqresdə çıxışı zamanı Azərbaycana qarşı qondarma ittihamlar irəli sürüb. Araik Artünyan Qarabağda Livan biznesmenlərinin, məşhur italyan markalarının fəaliyyət göstərdiyini deyib. Lakin iqtisadi vəziyyətin pis olduğunu deyərək, Konqresdən maliyyə yardımı istəyib.
Separatçı "baş nazir" çıxışını, əsasən, Azərbaycana ittiham üzərində qurub.
Qeyd edək ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini aparan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Konqresdə separatçı rejimin yubileyinin keçirilməsi, bu rejimin "baş nazir"inin çıxış etməsi Amerika siyasətinə ziddir. Bu, faktiki olaraq, erməni terrorçularını dəstəkləməkdir.
XƏBƏR LENTİ
22:50 | "Nə vaxt gedirəm məni yola verirlər" - GİLEY 22:22 | “Azəriqaz” rəsmi izahat verməlidir - ETİRAZ 21:45 | Bir ayağı olmayan Qarabağ Qazisi belə şəraitdə yaşayır... - "Şəhidlik daha gözəldir..." 21:18 | Kontakt Home və deputat Elnur Allahverdiyev haqda şok gizlinlər: - İTTİHAM 20:54 | Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb" 20:23 | Əlində “dəlilik kağızı“ olan müəllim 2 ildən sonra işə bərpa edildi - İLGİNC 19:47 | "Azəriqaz" elə Əkbər Hacıyevin dövründəki kimi işləyir... - FAKT BUDUR! 19:21 | "Əgər mənim ciyərimin biri götürülübsə, mən necə sağlamam?!" - NARAZILIQ! 18:51 | "İslahatlar prosesini fərqli şəkildə təqdim etməyə cəhd göstərirlər" - Mehdiyevdən sərt bəyanat 18:17 | Fransa səhvini anladı: Makron Əliyevə əl uzatdı - GƏLİŞMƏ 17:45 | “Rusiya sülhməramlıları Qarabağ mövzusu ilə məşğul olmalıdır, bizim sərhəd məsələmizlə yox” - ETİRAZ 17:22 | Aşqabadla anlaşdıq, Tehranla nə edək? - TƏHLİL 16:45 | İrəvanın revanş arzusu basdırılır - TƏHLİL 16:17 | “1-2 milyona mülk tikdirirlər, amma 35 manat verib detektor quraşdırmağa xəsislik edirlər” - PROBLEM 16:00 | Sabahın hava proqnozu