Onun Azərbaycanda hələ də adamları var... - Və pul qazanmaqda davam edirlər
Dunya
Oxunub: 983
23 dek 2016 | 12:16
Onun Azərbaycanda hələ də adamları var... - Və pul qazanmaqda davam edirlər








Türkiyədə daha bir universitetin rektoru FETÖ ilə əlaqəsi olduğuna görə həbs olunub.

Türkiyənin Uşak universitetinin rektoru professor Sait Çelikin də aralarında olduğu 8 nəfər həbs edilib.

Dünən Uşak vilayət polis idarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları universitetə gələrək rektor Çeliki və daha 8 nəfəri həbs edərək idarəyə gətirblər.

Hazırda onların ifadələrinin alındığı bildirilir. Yayılan məlumatlarda universitetin müəllim heyətindən daha bir nəfərin də axtarışa verildiyi deyilir.

Qısa arayış: Uşak universitetinin əsası 2006-cı il 1 mart tarixində qoyulub. Dövlət universitetidir. 4 fakültə 5 peşə məktəbi ilə birlikdə Afyon Kocatepe universitetindən ayrılıb. Qurucu rektoru Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər olub. Birinci rektor Adnan Şişmanı Sezər özü təyin edib. Daha sonra, Abdulla Gül hazırda həbs olunan FETÖ-çü Sait Çeliki Uşak Universitetinə rektor təyin etdi.

Bir vaxtlar Türkiyənin o qədər də tanınmayan bu universitetinin hazırda 21 000 tələbəsi var ki, bunun da 3000-ə yaxını xarici ölkələrdən gəlmiş tələbələrdir. Statistikaya görə, Uşak universitetində 600-ə yaxın azərbaycanlı tələbənin adı qeyd olunub. Son 5-6 ildə FETÖ-çülərin yuvasına çevrilmiş bu təhsil ocağının belə populyarlaşması ağıllarda sual işarələri yaradır. Xüsusilə böyük artım xarici tələbələrin arasanda qeydə alınıb və bunun da əsas səbəbi kimi xaricdə fəaliyyət göstərən FETÖ liseyləri və kolleclərini bitirənlərin Türkiyədə məhz Uşak universiteti və Gülənə aid olan digər universitetlərə yönləndirilməsidir. Ümumiyyətlə Uşak universitetinin qəflətən belə böyüməsi və hətta Türkiyənin ən qədim və köklü universitetlərini belə güclü piarın köməyi ilə kölgədə qoyması FETÖ-nün nəzarətində olan məktəblər şəbəkəsi və media qurumları vfasitəsi ilə onun geniş reklam kampaniyasının təşkil edilməsi ilə birbaşa əlaqədardır. Xarici tələbələrin Türkiyədə seçdikləri universitetlərin son 10 ildəki siyahısına diqqət yetirsək, bu versiyanın doğruluğunun özümüz şahidi olarıq.

Uşak Universitetinə Azərbaycandakı FETÖ-çülərin tələbə qəbulu keçirməsi və digər təhsil fırıldaqları haqda ilk dəfə Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu Həsən Zeynalov məsələ qaldırmış, bu problemi gündəmə gətirmişdi. Azərbaycandakı FETÖ-çülərin qurduqları müxtəlif özəl təhsil şirkətləri vasitəsi ilə Türkiyəyə tələbə göndərilməsi, saxta diplom alveri məsələlərini dəfələrlə gündəmə gətirən keçmiş baş konsul Həsən Zeynalov xarici təhsil maxinasiyalarını da ilk dəfə ictimailəşdirən dövlət məmuru oldu. Uşak Universiteti ilə azərbaycanlı FETÖ-cuların əlaqəsini də ilk dəfə sabiq konsul gündəmə gətirmişdi. Təəssüf ki, Təhsil Nazirliyi bu yöndəki neqativ xəbərlərə zamanında lazımi reaksiya vermədi.

Bu gün üzə çıxan statistikadan belə nəticə çıxarmaq olar ki, Azərbaycandakı FETÖ şəbəkəsi öz gizli fəaliyyətini hələ də davam etdirməkdə, qanunsuz təhsil, diplom alveri məşğul olaraq ilə hər il bu maxinasiyalardan on milyonlarla dollar qazanmaqdadır. Aparılan araşdırmalardan isə məlum olub ki, təkcə FETÖ-nün nəzarətində olan Uşak universitetində adı qeyd olunmuş azərbaycanlı tələbələrin 600 nəfərdən yalnız 10-u dərsə normal davmiyyətlə gedib. Geridə qalanların böyük əksəriyyətinin isə universitetdə sadəcə adı gedir. İllik təhsil haqqını ödəyən bu “tələbələr” müddət bitdikdən sonra bəlli bir məbləği rüşvət olaraq ödəyərək diplomlarını alırlar. Hər il yüzlərlə tələbəyə diplom satan FETÖ-nün kassasına isə bu qanunsuz biznesdən milyonlarla dollar axır. Bu pullar isə həm Türkiyədə, həm də Azərbaycanda FETÖ-nün dayaqlarının möhkəmlənməsinə xidmət edir. \\yenicag.az\\
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...