4-01-2017, 06:36

“Reina” faciəsinin beyni - Kod adı “Yusif Hoca”...

“Reina” faciəsinin beyni - Kod adı “Yusif Hoca”...




















Türkiyənin "Milliyet” qəzeti Yeni il gecəsi 39 nəfəri gecə klubunda qətlə yetirən şəxs barədə şok məlumatlar əldə edib.

"Qafqazinfo” xəbər verir ki, gah uyğur, gah da qırğız olduğu deyilən terrorçunu yönləndirən şəxsin kimliyini müəyyənləşdirib.

Araşdırma zamanı qeyd olunub ki, terrorist 20 noyabrda həyat yoldaşı və iki uşağı ilə birgə Qırğızıstandan Konyaya gəlib.

Onun bir neçə dəfə Türkiyəyə giriş-çıxış etdiyi bildirilir. 29 dekabrda İstanbula gələn şəxsi "Yusif Hoca” kod adlı şəxs qarşılayıb.

O, terrorçunu Zeytinburnu ərazisindəki evində saxlayıb. Həmin mənzildə faciənin törədilməsi barədə terrorçuya ətraflı məlumat verilib.

O, qətliam günü isə Bulvar Prospektində taksiyə minib, telefonla "Yusif Hoca”ya zəng vuraraq terror barədə məlumat verib.

Polis hücumu planlaşdıran şəxsin, yəni kod adlı "Yusif Hoca”nın axtarışındadır.

Türkiyə mətbuatı isə hər iki şəxsin birgə çəkilən fotosunu yayımlayıb.


“Reina” faciəsinin beyni - Kod adı “Yusif Hoca”...