“Eşidəndə başımın tükləri biz-biz oldu...” - Mİ6 casusu Trampın seks dosyesi haqda
Dunya
Oxunub: 842
15 yan 2017 | 15:04
“Eşidəndə başımın tükləri biz-biz oldu...” - Mİ6 casusu Trampın seks dosyesi haqda















ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hələ səlahiyyətlərinin icrasına başlamağa imkan tapmamış Rusiya ilə şübhəli əlaqələri ucbatından çox böyük qalmaqalla üzləşib. Artıq analitiklər qeyd edirlər ki, bu, vaxtilə Riçard Niksonun impiçment olunmasına gətirib çıxarmış "Uotergeyt” qalmaqalından daha betərdir və Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün heç vaxt görünməmiş təhdidlərdən xəbər verə bilər. Çünki söhbət cəmi bir neçə gün sonra prezident səlahiyyətlərinin icrasına başlayıb nüvə çemodanını təhvil alacaq adamın Rusiya tərəfindən şantaj yolu ilə ələ alınmasından, onun barəsində seks kompomatlarının toplanmasından gedir.

Rusiya əks-kəşfiyyatı FTX-nin 2013-cü ildə "Dünya gözəli” müsabiqəsi keçirmək üçün Moskvaya səfər edən Donald Trampın qaldığı oteldə fahişələrlə əylənərkən görüntülərini çəkdiyi və bundan şantaj kimi istifadə etdiyi haqda məlumat mətbuata ilk dəfə noyabr seçkilərinə bir həftə qalmış sızmışdı. Həmin vaxt "Mother Jones” bu haqda üstüörtülü yazmışdı və məlumat o qədər də ciddi qarşılanmadı, çirkin ittihamlarla müşaiyət olunan seçki kampaniyasının fonunda kölgədə qaldı.

Lakin ötən həftə "BuzFeed” saytı Trampın barəsində Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin eks-casusunun hazırladığı dosyedən həmin hissəni olduğu kimi dərc edəndə böyük qalmaqal qopdu. Belə məlum oldu ki, Trampın Moskvada "Ritz Carlton” otelində çəkilmiş və iyrənc seks-şoudan ibarət görüntülərinin olduğu haqda məlumatı Mİ6-nın Rusiya üzrə eks-xəfiyyəsi, kəşfiyyat dairələrində kifayət qədər nüfuzlu olan Kristofer Stil Moskvadakı mənbələrindən əldə edib. Həmin dosye açıqlanandan sonra Kristofer Stil Rusiya kəşfiyyatının qisasından qorxaraq London sürrey qraflığındakı evini naməlum istiqamətə tərk etməli olub.

Virtualaz.org bildirir ki, Moskvanın əlində Tramp haqda seks kompromatlarının olduğunu ilk dəfə yazan jurnalist, "Mother Jones”in əməkdaşı Devid Korn ötən gün dərc edilmiş məqaləsində həmin Mİ6 casusu ilə şəxsən söhbətləşdiyini bildirir. Doğrudur, jurnalist mənbənin adını, hansı kəşfiyyatda çalışdığını açıqlamır. Ancaq məlumdur ki, söhbət kimdən gedir.

"Ötən ilin oktyabrında, seçkilərə bir həftə qalmış mən yazmışdım ki, əks-kəşfiyyat əməkdaşı Donald Tramp barədə Federal Təhqiqatlar Bürosuna kifayət qədər həyacanlı dosye göndərib. Orad deyilirdi ki, bir neçə il əvvəl Rusiya kəşfiyyatı Trampı əməkdaşlığa cəlb etmək və ya onun namizədliyini irəli sürmək üçün əməliyyat başladıb, bu məqsədlə onun barəsində kompromat toplanılıb. Mənbələr onu da deyirdi ki, Tramp və onun çevrəsi müntəzəm olaraq Kremldən kəşfiyyat məlumatları alıblar”-jurnalist bildirir.

Devid Korn yazır ki, bu haqda məqalə yazarkən həmin dosyenin müəllifi ilə söhbətləşib. Həmin mənbə kimliyini və hansı kəşfiyyatda çalışdığını açıqlamamağı xahiş edib. Bildirib ki, Trampın Rusiya ilə əlaqələrinə dair dosye hazırlamağı ona Vaşinqtondan bir şirkət sifariş vermişdi. Əvvəlcə bu işi respublikaçılar, sonra demokratlar maliyyələşdirib. "Əvvəlcə araşdırma ümumi xarakter daşıyırdı. Məndən xahiş etmişdilər ki, Trampın Rusiyada biznesinin olub-olmadığını öyrənim. İşə başladım, Rusiya və digər ölkələrdəki mənbələrimdən ibarət şəbəkəni hərəkətə keçirdim. Tezliklə əldə etdiyim informasiyalarla tanış olanda başımın tükləri biz-biz dayandı. Mənbələrim mənə bildirdi ki, Rusiya kəşfiyyatı 2013-cü ildə Moskvaya səfəri zamanı Trampın barəsində seks kompromatlar toplayıb. Bundan əlavə mənə dedilər ki, Trampın qərargahı ilə Moskva müntəzəm olaraq qarşılıqlı faydalı olan informasiyaların mübadiləsini ediblər”-həmin casus jurnalistə danışıb.

Casus iyulun sonlarında topladığı dosyeni sifarişçiyə çatdırır. Lakin deyir ki, məsələnin kifayət qədər ciddi olduğunu nəzərə alaraq bu dosyeni Federal Təhqiqatlar Bürosuna göndərməyi də qərara alıb, özü də sifarişçi şirkətə xəbər vermədən. Casus xatırlayır ki, FTB-də bu dosyeni görəndə dəhşətə gəliblər və şoka düşüblər. Bir neçə həftə sonra FTB casusdan xahiş edir ki, dosyedə yer alan məlumatların hansı mənbələrdən alındığını və bu məlumatların nə dərəcədə etibarlı olduğunu göstərsin. Casus deyib ki, onun iş təcrübəsinin peşəkar nöqteyi-nəzərdən misli yoxdur.

Jurnalist yazır ki, o, həmin casus barədə ABŞ kəşfiyyatının peşəkarlarından soruşub. Onlar təsdiq ediblər ki, söhbət kifayət qədər ciddi kəşfiyyatçıdan, Rusiya üzrə ixtisaslaşmış peşəkardan gedir. "Mən keçmiş casusla söhbət edəndə o, toplanılmış məlumatların səhihliyinə əmin idi, ancaq nəzərə alırdı ki, material hələ işlənilir və belə görünürdü ki, o, həmin şübhələrin mümkün nəticələri ilə bağlı çox narahatdır”-jurnalist yazır.

Həmin casus-52 yaşlı Kristofer Stil Britaniyanın kəşfiyyat orqanı olan MI6-da işləyib. Xarici ölkələrdə, o cümlədən 1990-cı illərin əvvəllərində Moskvada xidmət edib. Təqaüdə çıxandan sonra 2009-cu ildə "Orbis Business İntelligence” adlı şirkət qurub. Müştərilərə strateji məsləhət, məlumat toplama, müxtəlif ölkələrdə təhqiqat aparma xidmətləri göstərib.

"Mən onu səriştəli, işini bilən peşəkar əməliyyatçı kimi tanıyıram. Nəyinsə xatirinə özündən nəsə uydurmasına qətiyyən inanmıram”, – Britaniyanın 1995-2000-ci illərdə Rusiyada səfiri işləmiş Endryu Vud belə deyib.

Onun sözlərinə görə, noyabrda keçirilən təhlükəsizlik konfransının gedişində senator Makkeyn ondan xahiş edib ki, Kristofer Stillə əlaqəsindən istifadə edib dosyenin bir nüsxəsini ona çatdırsın. Endryu Vud hazırda Londondakı "Chatham House” adlı strateji araşdırma mərkəzində işləyir.

"Associated Press” informasiya agentliyi bu haqda Britaniya kəşfiyyatının üç müxtəlif əməkdaşı ilə söhbət edib. Onların hər üçü Stili Rusiya barədə çox məlumatlı və bu ölkədə yüksək səviyyəli informasiya mənbələrinə malik şəxs kimi xarakterizə edib. Təsadüfi deyil ki, Stil MI6-da rəhbər şəxslərdən olmasa da, Kremlin tənqidçisi Alexander Litvinenkonun – 2006-cı ildə mühacirətdə olduğu Londonda polonium-210 radioaktiv maddəsi ilə zəhərlənərək öldürülən sabiq DTK zabitinin işinin təhqiqatına cəlb olunub.

Endryu Vud Rusiyadakı mənbələrin Stilə yanlış məlumat ötürməsi ehtimalına inanmır. Onun sözlərinə görə, Stilin hazırda gizlənməsi təəccüblü qarşılanmamalıdır. Axı Rusiya onun informasiya mənbəyini mütləq öyrənməyə çalışacaq.

Chatham House-da Rusiya və Avrasiya proqramının rəhbəri Ceyms Niksenin sözlərinə görə, kompromat ictimaiyyətə açıqlanmayana qədər güclü bir vasitədir. Üstündə daşıdığın və rəqibi qorxudan bir silah kimi. Açıqladıqdan sonrasa aidiyyəti şəxs məhv olsa da, artıq həmin kompromatın bir gücü qalmır.

//Virtualaz.org
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb