Erməni terrorçusunun etirafı — Türk diplomatını öldürməkdən zövq aldım
Dunya
Oxunub: 729
16 yan 2017 | 06:42
Erməni terrorçusunun etirafı — Türk diplomatını öldürməkdən zövq aldım













Ferdinand Hodler küçəsinin qatili ilə görüş. Antuan Harari 1981-ci ildə Türkiyə diplomatını qətlə yetirib. Hadisədən 36 il keçdikdən sonra terrorçu bu barədə Fransa qəzetinə müsahibə verib.

Ölkə.Az erməni terrorçunun etirafını oxucuları ilə bölüşür.

Qətl

Ermənistanın azadlığı üçün qurulmuş gizli erməni ordusu ASALA-nın üzvü Mardiros Camkoçyan 1981-ci ildə Cenevrədə Türkiyə konsulluğunun bir əməkdaşını qətlə yetirdi. Hadisədən 36 il ötsə də, erməni terrorçu təəssüf hissi keçirmir. Hadisə belə olub:

Cenevrə, 9 iyun, 1981-ci il. “Helvetik” bulvarı ilə Ferdinand Hodler küçəsinin kəsişməsində atəş səsi eşidildi. Sonra ikinci atəş də açıldı. Sonra üçüncü… Başından, ürəyindən və kürəyindən vurulmuş bir adam yerə yıxıldı. Bir qədər aralıda, bir taksidən tüstü çıxır. Atılan güllənin dəydiyi mühərrik partlayır. Küçədə çaxnaşma düşür. Türkiyə konsulluğunun katibi Mehmet Savaş Erguz 21 yaşlı erməni terrorçu Mardiros Camkoçyan tərəfindən qətlə yetirildi. Aylarla hazırlanan bu əməliyyatın məqsədi var idi. Ermənilər Türkiyənin Cenevredə fəaliyyət göstərən kəşfiyyat missiyasının rəhbəri kimi Mehmet Savaşı bilirdilər. Bu səbəbdən diplomat qətlə yetirilməli idi.



Terrorçu qətlin 20-ə yaxın şahidi olduğunu bilir. Mardiros Fransua Hodler küçəsindəki bir binaya girir, paltarını dəyişir və silahını, istifadə etmədiyi qumbaraları bir küncə qoyaraq binadan çıxır. Binadan çıxan terrorçu qəti addımlarla “Sent Antoin” parkına tərəf istiqamət götürür. O, buradan da Ədliyyə Sarayına tərəf üz tutur. Mardiros siqaret almaq üçün bir köşkün qabağında dayanır. Bu zaman küçədən keçən bir nəfər onu tanıyır və polisə xəbər verir. Polis terrorçunu yerə uzadır. Mardiros fransız dilində bildiyi yeganə cümləni: “mənim sənədlərim yoxdur” deyə bilir. Terrorçu həbs edilir.

Görüş

İrəvan, 2016-cı ilin payızı. Ermənistan paytaxtının ticarət küçələrinin birində “Café de Paris” adlı kafedə əyləşən Mardiros Camkoçyan törətdiyi qətl barədə ətraflı məlumat verir. 60-ı adlamış yaşına və ağarmış saçına baxmayaraq, terrorçu hələ də şux görünməyə çalışır. Mardiros uzun illər ötsə də, peşman deyil və heç bir vicdan əzabı çəkmir. O, sanki hadisə dünən olubmuş kimi qətl barədə danışır: 6 gün idi ki, İngilis parkında yatırdım. Silahımı “Cornavin” vağzalında bir saxlama kamerasına qoymuşdum. Əsas diqqətim konsulu izləməyə yönəlmişdi. Düzgün zamanı gözlədim və hərəkətə keçdim”.



Mardiros Beyrutda anadan olub və burada Ermənistanın azadlığı üçün gizli erməni ordusu-ASALA-nın üzvü kimi yetişdirilib. Livandakı vətəndaş müharibəsi dövründə erməni məhəlləsini qoruyub və bu zaman silahdan istifadə etməyi öyrənib. Mardiros 17 yaşından cənubi Livandakı təlim düşərgələrinə gedir və sonradan Cenevrəyə göndərilir. Bu dövrdə ASALA beynəlxalq ictimaiyyətin diqqətini uydurma erməni soyqırımına yönəltmək üçün hücumlar təşkil etməyə başlayır. Qruplaşmanın əsas fəaliyyət forması Avropanın hər yerində Türkiyənin maraqlarına qarşı bombalı hücumlar həyata keçirmək idi.

9 iyun qrupunun yaradılması

Mardirosun həbsindən sonra ASALA onun azad edilməsi üçün “9 iyun” adlı qrup yaratdı. İsveçrədə yaradılan bu qrup 1981-ci ilin 19-22 iyun tarixləri arasında 4 bombalı hücum təşkil edir. Hava limanı, Berndəki Federal Sarayın qarşısında törədilən hücumlar zamanı insan itkisi olmayıb. Amma Lozannada dükanın qadınlara məxsus mərtəbəsində törədilən partlayışda 26 nəfər yaralanır.

Dördüncü aksiya “Cornavin” vağzalında baş verir. Vağzaldakı saxlama qutularından birinə qoyulmuş bombanın partlaması bir nəfərin ölümü, dörd nəfərin yaralanması ilə nəticələnir.

Bu təzyiqlərə baxmayaraq, İsveçrə hökuməti geri addım atmır və Mardiros 1981-ci ilin 15 dekabr tarixində 15 il müddətinə ağırlaşdırılmış həbs cəzasına məhkum edilir. 1982-ci ildə Los-Ancelsdəki “SBSB İsveçrə” bankına edilən hücumdan sonra ara sakitləşir. ASALA Beyrutda təktərəfli barışıq elan edir. İllər sonra Mardiros bu hücumlara qarşı olduğunu bildirir: “mən həmişə kor-koranə hücumların əleyhinə olmuşam. Mən nə üçün həbs yatdığımı bilirdim və bu mənim üçün problem deyildi. Mən etdiklərimlə qürur duyurdum”.

15 illik həbsxana həyatının 2,5 ili Cenevre şəhərində keçir. Sonra Mardirosu Orbe tərəfə köçürürlər. Bu illər ərzində terrorçu fransız dilini öyrənir və federal diplom da alır. Həbsxana illərini xatırlayan Mardiros deyir: “Mənim yatmaqla heç vaxt problemim olmadı. Həkimlər elə bilirdilər ki, ya mən dəliyəm, ya da narkotik maddələrdən istifadə edirəm. Onlar mənə sakitləşdirici dərmanlar vermək istəyirdilər. Bütün məhkumlar belə sakitləşdirici dərmanlar qəbul edirdi. Mənim heç vaxt belə şeylərə ehtiyacım olmayıb. Hər axşam yarım litr qatıq içirdim və bu mənə yuxu gətirirdi”.

Mardiros nümunəvi məhbus hesab edilərək cəzasının 12 ilini çəkdikdən sonra azad edilir. İki il də Cenevredə şərti azadlıqda yaşayır. İki ildən sonra Ermənistana qayıtmaq istəyən terrorçu problemlə qarşılaşır. O, artıq Sovet İttifaqının pasportuna sahib deyildi.



Qəhrəman kimi qarşılanma

İsveçrə Mardirosdan qurtulmaq istəyirdi. Amma keçmiş məhkumu sənədsiz də göndərmək mümkün deyildi. Terrorçu deyir: “Mən onlara dedim ki, siz həqiqətən də mənim burada qalmağımı istəyirsiniz?”

Bu sualdan bir həftə sonra mənə bir ay müddəti olan bir passport verdilər ki, mən Ermənistana qayıda bilim. Bu dövrdə Dağlıq Qarabağ münaqişəsi başlamışdı. Məni dərhal ön cəbhəyə göndərdilər”.

O dövrün hərbi rəhbərliyi ilə yaxın münasibətləri olan Mardiros onunla bərabər yüksəlir. Müdafiə naziri və Dağlıq Qarabağdakı əməliyyatlara görə məsul olan Vazgen Sarqsyan 1995-ci ildə baş nazir oldu. Mardiros Cakoçyan da 1997-ci ilə qədər onun şəxsi mühafizəçilərindən biri oldu.

Sonradan terrorçu 4 il müddətinə ABŞ-a mühacirət edir. Mardiros bu barədə ətraflı danışmasa da, o dövrdə Ermənistanda vəziyyətin çətin olduğunu əsas gətirərək ABŞ-a mühacirətini əsaslandırır. Sonradan o, Ermənistana qayıdır. 2000-ci illərin əvvəllərində o, minalardan təmizləmə üzrə ekspert olur. Amma artıq adını və soyadını dəyişmişdi. Mardiros Martirosa, Camkoçyan isə Zamkoçyana dəyişmişdi.

Martiros yenidən nüfuz qazanır və BMT-nin minalardan təmizləmə üzrə beynəlxalq konfranslarında iştirak etmək üçün tez-tez Cenevreyə səfər edir. Vaxtının qalan hissəsini isə Ermənistan sərhədlərini müşahidə etmək, erməni ordusunu tədqiq etməklə keçirir.

Aradan uzun illər ötsə də, Mardiros Türkiyəni tarixi düşmən sayır və baxışlarını qoruyub saxlayır. O, deyir: “Mən həmişə bir ASALA üzvü olaraq qalacam. Türklər məni qorxudur və onlar haqlıdırlar”. Mardiros tünd rəngli şüşəli gözlüyünü çıxarıb jurnalistə deyir: “Siz, ey avropalılar, heç bir şey anlamırsınız. Onlar gec və ya tez sizi işğal edəcəklər. Sonra isə ağlamaq və yalvarmaq üçün gec olacaq”.

ASALA

ASALA terror qruplaşmasının təməli 1975-ci ildə qoyulub. Ermənistanın azadlığı üçün gizli erməni ordusu 90-cı illərin əvvəllərinə qədər fəaliyyət göstərib. Təşkilatın əsas hədəfi Türkiyəyə erməni soyqırımını tanıtmaq, qəbul etdirmək idi.



Marksist-leninist itaət qaydaları ilə fəaliyyət göstərən ASALA, erməni soyqırımının tanıdılmasından başqa “Böyük Ermənistan”ın bir hissəsinin qaytarılmasına çalışıb. Bu torpaqlar isə Türkiyənin şərqində böyük ərazini əhatə edir. Ermənilərin bu iddiaları 1920-ci ildə Vudro Vilson tərəfindən imzalanmış Sevr müqaviləsinə əsaslanır.

İsveçrə, ABŞ, Livan və Fransada fəal olan ASALA-nın törətdiyi terror hücumları nəticəsində 46 nəfər öldürülüb, 299 nəfər isə yaralanıb. Bu hücumlar əsasən Türkiyənin Avrova və Amerikadakı maraqlarına qarşı yönəlib.

Təşkilat ən güclü vaxtlarında yüzlərlə üzvə sahib olub. Amma 1988-ci ildə Afinada Haqopyan qətlə yetirildi. Bundan sonra ASALA zəifləməyə başlayır. Amma ASALA əsas məqsədinə nail oldu və dünya ictimaiyyətinin diqqətini erməni soyqırımı məsələsinə yönəldə bildi. Türkiyə isə bunu qəbul etmədi və bu təşkilat yox olana qədər ASALA-nın bir çox üzvünü məhv etməyə nail oldu. Bu əməliyyatlarda Abdullah Çatlının rolunu xüsusi qeyd etmək lazımdır.

ASALA üzvləri Ermənistanda bir qəhrəman kimi qəbul edilir. Bu terrorçular Ermənistan ordusunda 90-cı illərdə yüksək vəzifələr tuturdular.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE