Çin üç saata Rusiyaya hücum edəcək: ilk addım atıldı - Gözlənilməz işğal planı
Dunya
Oxunub: 877
6 fev 2017 | 09:40
Çin üç saata Rusiyaya hücum edəcək: ilk addım atıldı - Gözlənilməz işğal planı





Çinin Rusiyaya müdaxiləsi 99,9 faizdir. Çünki Çin əhalisi bu ölkənin indiki sərhədlərinə sığışmır

Publika.az xəbər verir ki, bu proqnozla Rusiyada Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini Aleksandr Alladin çıxış edib.

Çinin Rusiyanı işğal planı

Onun sözlərinə görə, Çin Rusiya sərhədləri istiqamətində genişzolaqlı beton yolun inşaasını aparır: “Bu yollar ona görə betondan inşa olunur ki, ağır texnika və silah yükünə dözümlü olsun. Bu yolun istifadəyə verilməsindən sonra Çin rahat şəkildə Rusiya ərazisinə hərbi texnika çıxara və strateji əhəmiyyətli istiqamətlər üzrə hücum əməliyyatları apara biləcək. Hərbi hücum başlayan kimi Çin bir hissəsinə sahib olduğu Böyük Ussurskiy adasından (bu adanın bir hissəsinə Rusiya, digər hissəsinə isə Çin nəzarət edir – red) bölgənin mərkəzi hesab olunan Xabarovsk şəhərinə üç saat içində ordu çıxaracaq və bu müddətdə heç kimin gözləmədiyi halda hücum başlanacaq. Çin ordusu buradan Rusiyanın başqa ərazilərinə də çıxış əldə edəcəklər. Əvvəllər adada hərbi qoşun var idi və hərbi vəziyyət zamanı şəhəri müdafiə edə bilirdi. İndi həmin qüvvələr ləğv olunub və şəhər müdafiəsiz qalıb. Şəhərin alınması zamanı Amurda dəmir yol körpüsü götürüləcək, avtomobil yolları kəsiləcək və Uzaq Şərq Rusiyadan alınacaq. Bölgənin taleyini Çin özü həll edəcək. Rusiya praktiki olaraq o bölgəyə heç nə ilə kömək edə bilməyəcək. Çünki onun belə gücü yoxdur, ordu dağıdılıb, silahlanma yararsız vəziyyətdədir, yeni texnikalar yoxdur. Rusiyada ordunun müasirləşdirilməsindən sonra 85 fərsiz briqadadan başqa heç nə qalmadı. Ordudan kütləvi ixtisarlar nəticəsində zabit heyəti Uzaq Şərq və Şərqi Sibiri tərk etdi”.

Urala qədər ərazilər ələ keçiriləcək və ruslar məhv ediləcək

Çinin Rusiya torpaqlarına soxulacağı haqda dəhşətli proqnozları başqaları da verirdi. Rusiya mənbələrinə görə, hətta XIX əsrdə gələcəyi görmə qabiliyyətinə malik olan insanlar da bu müdaxilədən danışıblar.

Bu gün Çinin hərbi büdcəsi 78 milyard dollardır. Lakin iddialara görə, bu, rəsmi Pekinin açıqladdığı rəqəmdir, reallıqda büdcə deyiləndən bir neçə dəfə böyükdür. Bununla yanaşı, 200 milyona yaxın aktiv əsgər istənilən an hücuma hazır vəziyyətə gətirilə bilər.

A.Alladin hesab edir ki, Çinin müdaxilə əməliyyatı Rusiyanın Urala qədər ərazilərinin işğalı ilə başa çatacaq: “Bundan sonra Uraldan rusları deportasiya edəcəklər, yaxud məhv edəcəklər. Qalibləri heç kim mühakimə etmir”.

İqtisadi işğal artıq başlanıb

Uzaq Şərqdə və Sibirdə Çinin Rusiya ilə iqtisadi əməkdaşlığı artıq işğalın başlanğıcı hesab edilir.

A.Alladin deyir ki, Rusiya Uzaq Şərqin və Şərqi Sibirin xammal bazasını çinlilərə verəcək: “Razılaşmaya görə, yataqların hazırlanması birgə aparılacaq, lakin yenidən emal və istehsal edən müəssisələr Çin ərazisində tikiləcək. Çin bizim ərazimizdə sərhəd buraxılış məntəqələri, körpülər, yataqlara yollar tikəcək. Həmçinin, evlər və kərpic zavodları inşa edəcək. Bu, əslində işğala hazırlıqdır və hazırda inşa olunan infrastruktur ordunun və hərbi texnikanın Rusiyaya daha sürətli hücumunu təmin etməyə imkan verəcək”.

Onun sözlərinə görə, qızıl, gümüş, molibden, mis, vanadium, volfram kimi strateji yataqlar Çinin istismarına verilib: “Bütün bu metallar tanklar, təyyarələr, raketlər şəkilində Rusiyaya qayıdacaq. Çinlilər tərəfindən həmin bölgədə tikilən evlər gələcəkdə öz vətəndaşlarının yaşaması üçündür. Çünki Çin bura həmişəlik gəlir”.

Yaxın onilliklərdə…

Hərbi analitik Aleksandr Xramçikin də Alladinlə razıdır.

Onun fikrincə, Rusiya-Çin sərhədinə doğru inşa olunan yolların cəbhə boyu yollar kimi ixtisaslaşması müşahidə olunur: “Yəni yollar cəbhə xəttinə paraleldir. Çin həqiqətən Rusiyanın Uzaq Şərq bölgəsinə müdaxilədə maraqlıdır. Sadəcə olaraq, bunun üçün lazımi şəraiti gözləyir. Məsələ ondadır ki, Çin öz ərazisini genişləndirmədən sağ qala bilməyəcək. Buna görə də Rusiya ərazilərinin zorla alınması planı var və hesab edirəm ki, bu yaxın bir neçə onillikdə baş verəcək”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...