Trampla Putinin telefon söhbətini kim dinləyirmiş? - Şok açıqlama
Dunya
Oxunub: 895
10 fev 2017 | 10:39
Trampla Putinin telefon söhbətini kim dinləyirmiş? - Şok açıqlama







Xəbər verdiyimiz kimi, yanvarın 28-də ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında 45 dəqiqəlik telefon söhbəti olub. ABŞ mənbələrinin verdikləri məlumatlardan belə məlum olur ki, həmin söhbət naməlum üçüncü şəxs tərəfindən dinlənilirmiş

Virtualaz.org “Forbes” jurnalının məlumatına əsasən xəbər verir ki, bununla bağlı ABŞ prezident administrasiyasının nümayəndəsi xüsusi açıqlama ilə çıxış edib. “Biz vəziyyəti araşdırırıq, bəli, bu çox təhlükəli haldır”, - o deyib.

Ağ Ev Trampla Putinin söhbətinin dinlənilməsi barədə məlumatların araşdırıldığını bildirir. Bundan əlavə, ABŞ prezidentinin digər dövlət başçıları ilə telefon söhbətlərinin bəzi təfərrüatları üzə çıxıb. Bunu bu gün ABŞ prezidentinin mətbuat katibi Şon Spayserə istinadən “The Hill” nəşri yayımlayıb.

“Bu təfərrüatlardan bəziləri elə xarakter daşıyır ki, bir çox beynəlxalq protokol və qanunların birbaşa pozulmasıdır”, - nəşrin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, Tramp baş verənlərlə əlaqədar çox narahatdır. “Bu söhbətlərin mövzusunun açıqlanması ehtimalı çox narahatlıq doğurur. Axı biz ölkəmizin adından ciddi işlər görməyə çalışırıq”, - mətbuat katibi qeyd edib.

Məlum olduğuna görə, Trampla Putinin söhbətinin gedişində “Strateji hücum silahlarının azaldılması ilə əlaqədar saziş” barədə mövzuya toxunulub və Tramp müşavirləri ilə məsləhətləşməli olduğunu deyib. Bundan sonra ABŞ prezidenti Putinə bildirib ki, həmin saziş Moskvanın maraqlarına xidmət edir və Vaşinqton üçün sərfəli deyil.

“Məsələ o deyil ki, Trampın bu müqavilədən xəbəri yoxdur, - Spayser deyib. – Sadəcə olaraq, o, müşavirlərinin bununla bağlı mövqeyini öyrənmək istəyib, bu isə tamam başqa məsələdir”.
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill